Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi

Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, Business Center, Agsu, Akhsu.

Azerbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tabeliyində Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxs Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi

29/08/2026

*Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma üzrə ödəniş imkanları genişləndirilib*

Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti üzrə xidmət haqqının ödənilməsinin əlçatanlığının və operativliyinin artırılması məqsədilə ödəniş imkanları genişləndirilib.

Belə ki, vətəndaşların xidmət haqqını daha rahat və çevik şəkildə ödəmələri üçün bütün ödəniş terminalları, eləcə də MPAY mobil tətbiqi vasitəsilə onlayn ödəniş imkanı yaradılıb.

Yeni ödəniş imkanları xidmətin əldə olunması prosesində vətəndaş rahatlığının artırılmasına, ödəniş prosedurunun sadələşdirilməsinə və xidmət üzrə proseslərin daha operativ həyata keçirilməsinə imkan yaradır.

27/08/2026

27.08.2026-cı il
Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Girdiman çayında təxirəsalınmaz tədbirlər davam etdirilir.
Çayda su səviyyəsinin artması nəticəsində Girdiman çayının Qızılburun istiqamətində suyun suvarma arxlarına yönləndirilməsi məqsədilə idarə tərəfindən qurulmuş bənd yuyularaq sıradan çıxmışdır.
Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən canlı qüvvə və texnika cəlb olunaraq bənddə bərpa işləri həyata keçirilmişdir. Görülən tədbirlər nəticəsində Girdiman çayından qidalanan suvarma arxlarına suyun qoşulması təmin edilmişdir.

27/08/2026

27.08.2026-cı il
Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Bozavand kəndi ərazisində yerləşən suvarma arxında təmizləmə işləri həyata keçirilib.
Aparılan işlər çərçivəsində suvarma arxında toplanmış kol-kos, lil və çöküntülər təmizlənərək, suyun axınının maneəsiz şəkildə ötürülməsi üçün müvafiq tədbirlər görülüb.

27/08/2026

27.08.2026-cı il

Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Sarvan kəndi ərazisində yerləşən suvarma arxında təmizləmə işləri aparılıb.

Belə ki, suvarma suyunun maneəsiz ötürülməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə arx kol-kosdan, lil və çöküntülərdən təmizlənib.

İdarə tərəfindən rayon ərazisində balansda olan suvarma arx və kanallarında tədbirlər planına uyğun olaraq təmizləmə və istismar işləri davam etdirilir.

27/08/2026

Küşəş çayında təmizləmə işləri davam etdirilir
27 avqust 2026-cı il

Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Küşəş çayının Qaraməmmədli kəndi ərazisindən keçən hissəsində texnika cəlb olunmaqla təmizləmə işləri davam etdirilir.

Çay məcrası lil, çöküntü, kol-kos və digər maneələrdən təmizlənərək suyun sərbəst axını və su ötürmə qabiliyyətinin yaxşılaşdırılması təmin olunur.

27/08/2026

27.08.2026-cı il

Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən texnika cəlb edilməklə rayonun Bənəcik kəndi ərazisində suvarma suyundan səmərəli istifadə olunması və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə müvafiq işlər görülüb.

Belə ki, kəndin həyətyanı və əkin sahələrinin suvarılmasında mühüm əhəmiyyət daşıyan əsas suvarma arxının başlanğıc hissəsində suötürücü boru qoyularaq suyun nizamlanması işləri aparılıb. Görülən işlər nəticəsində arxdan ayrılan qol vasitəsilə əkin sahələrinin su ilə təminatı yaxşılaşdırılıb və suvarma suyunun sahələrə çatdırılması təmin edilib.

İdarə tərəfindən rayon ərazisində suvarma şəbəkələrinin səmərəli istismarı, əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

26/08/2026

26.08.2026-cı il
Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Bozavand kəndi ərazisində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə suvarma arxının lil və çöküntülərdən təmizlənməsi işləri aparılıb.

26/08/2026

Küşəş çayında təmizləmə işləri davam etdirilir

26 avqust 2026-cı il

Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən texnika cəlb edilməklə Küşəş çayının Qaraməmmədli kəndi ərazisindən keçən hissəsində çayın lil və çöküntülərdən, kol-kosdan və digər maneələrdən təmizlənməsi işləri davam etdirilir.

Görülən işlər çay məcrasının təmizlənməsi, su axınının normal keçidinin təmin olunması, həmçinin çayın dayazlaşmasının qarşısının alınması məqsədilə həyata keçirilir.

Eyni zamanda, qarşıdakı dövrdə yağıntıların artması ehtimalı nəzərə alınaraq, çay məcrasının su ötürmə qabiliyyətinin yaxşılaşdırılması və əkin sahələrinin mümkün su basma riskindən qorunması istiqamətində zəruri tədbirlər görülür.

26/08/2026

26.07.2026-cı il

Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən texnika cəlb edilərək rayonun Mustafalı kəndi ərazisində suvarma arxlarının kol-kosdan, lil və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir.

Həyata keçirilən tədbirlər suvarma suyunun maneəsiz ötürülməsinin və suvarma şəbəkəsinin səmərəli fəaliyyətinin təmin olunmasına xidmət edir.

Təmizləmə işləri davam etdirilir.

Address

Agsu
Akhsu
0600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share