Səni sevindirəcək yeni kampaniya və sərfəli təkliflərdən xəbərdar olmaq üçün linkə keç: http://k-h.az/kampaniyalar 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başladıq. Eyni ildə daha 3 mağazamızı istifadəyə verdik. İlk mağazalarımızın adı “Kontakt Mobile” idi.
2010-cu ildə təklif etdiyimiz məhsulların sırasına kompüter və foto
aparat kateqoriyalarını əlavə etdik, həmçinin xidmət sahəsini bir qədər genişləndirdik.
2011-ci ildə məhsul kateqoriyaları siyahısına məişət texnikası əlavə olundu. Mağazalarımızın təklif etdiyi məhsulların növ və çeşidliliyi daha da artdı və şəbəkənin adını “Kontakt Electronics” adına dəyişdik.
2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olundu. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarıldı. Kiçik mağazadan ölkənin ən böyük riteyl şəbəkələrindən birinə çevrildik. Məqsədimiz həmişə artan məhsul və xidmətlərimizlə sənə daha çox sevinc yaşatmaqdır. Hazırda 30-dan çox beynəlxalq brendin rəsmi distributeri olaraq Azərbaycan üzrə 60 mağaza və 1 online mağaza ilə xidmət etməyə davam edirik.