Expertech

Expertech Expertech is a monthly tech meetup series organized by ATL Group to bring IT minds together.

The goal of this meetup series is a commitment to the development of the local IT ecosystem.

14/02/2023

Sonuncu görüşümüzdən bəzi məqamları sizinlə paylaşmaq istərdik.

EXPERTECH platformasında bu dəfə Məhsul Menecmentliyi müzakirə olundu!Dəyərli spikerlərimiz Aydın Xəlilzadə və Şahlar Də...
03/02/2023

EXPERTECH platformasında bu dəfə Məhsul Menecmentliyi müzakirə olundu!
Dəyərli spikerlərimiz Aydın Xəlilzadə və Şahlar Dəmirli ilə birlikdə maraqlı və faydalı görüşlərimizdən birini başa çatdırdıq.
Tədbirdə iştirak edən bütün dinləyicilərə və spikerlərə təşəkkür edirik.
Bizi izləməyə davam edin. Növbəti tədbirləri tezliklə sizinlə paylaşacağıq!

Rəqəmsal məhsullara təlabatın çox olması, süni intellektin inkişafı, komandaların əsas oyunçularının getdikcə yeni (GenZ...
26/01/2023

Rəqəmsal məhsullara təlabatın çox olması, süni intellektin inkişafı, komandaların əsas oyunçularının getdikcə yeni (GenZ) nəsli ilə dəyişilməsi məhsul sahibinin qarşısında çətin tapşırıqlar qoyur. Bu da öz növbəsindən məhsul sahibindən yeni bacarıqları inkişaf etdirməyi, məhsulu rəqəmlərlə analiz etmək bacarığına hakim olmağı tələb edir.
EXPERTECH olaraq bu dəfəki görüşümüz Məhsul Menecmentliyinə həsr olunacaq!
Tədbir zamanı bu sahədə inkişaf etmək, təcrübələrini və biliklərini artırmaq üçün tələb olunan alətlər haqqında müzakirə aparaçağıq!
İştirak etmək üçün aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçməyiniz kifayətdir!

https://forms.gle/FyaivVCS3uX24BudA

Ötən həftə EXPERTECH cəmiyyətinin üzvləri ilə oyun sənayesi haqqında müzakirə apardıq.Görüş zamanı qonaqlarımız PolyDrea...
24/01/2023

Ötən həftə EXPERTECH cəmiyyətinin üzvləri ilə oyun sənayesi haqqında müzakirə apardıq.

Görüş zamanı qonaqlarımız PolyDream Studio şirkətinin Biznesin inkişafı üzrə meneceri Fidan Rüstəmli və AzDimension şirkətinin təsisçisi və direktoru Fərid Haqverdiyev ilə birlikdə yerli oyun sənayesinin inkişaf mərhələləri, yeni trendləri, əsas problemləri və tələb olunan mütəxəssislər, iş imkanları haqqında məlumatları üzvlərimiz ilə paylaşdıq.

Spikerlərimizə, dinləyicilərimizə və Aytac Müzəfərovaya təşəkkür edirik!

Bizi izləməyə davam edin! Yeni görüşümüzü tezliklə sizinlə paylaşacağıq.

Qeyd edək ki, EXPERTECH görüşləri Innovation and Digital Development Agency - Innovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi təşkil olunur.

İstisnasız olaraq, hər il oyun sənayesi ilə bağlı yeni anlayışlar təqdim olunur. İlk dəfə 1958-ci ildə yaradılmasına bax...
16/01/2023

İstisnasız olaraq, hər il oyun sənayesi ilə bağlı yeni anlayışlar təqdim olunur. İlk dəfə 1958-ci ildə yaradılmasına baxmayaraq video oyunlar 1970-ci illərdə məşhurlaşmağa başlamışdır.

Uzun inkişaf yolu keçmiş oyun sənayesi hal-hazırda özünün sürətli inkişaf mərhələsini yaşayır. Pandemiyanın böyük miqyasda mənfi təsirlərini görsək də, oyun sənayesi üçün bu şərait bir fürsətə çevrilmişdir. Bir sözlə, yaradıcılığın oyun sənayesində inkişaf tempi sürətlənmiş, iqtisadiyyatda çəkisi artmışdır.

EXPERTECH-in növbəti görüşündə yerli oyun sənayesindən danışacağıq! Dünyada sürətlə inkişaf edən bu sahənin yerli inkişaf perspektivləri, yerli mütəxəssislərin hazırlanma prosesi haqqında müzakirələr aparacağıq. Əminik ki, həmişəki kimi çox maraqlı və faydalı olacaq!

İştirak etmək üçün aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçməyiniz kifayətdir!
https://forms.gle/KWzTDWRfymscBmS3A

EXPERTECH ideaları, fikirləri və fərqli yanaşmaları paylaşmağa davam edir!Bu dəfə informasiya texnologiyası sahəsində ça...
15/11/2022

EXPERTECH ideaları, fikirləri və fərqli yanaşmaları paylaşmağa davam edir!

Bu dəfə informasiya texnologiyası sahəsində çalışan qadınlardan danışdıq.

Hamıya məlumdur ki, texnologiya sahəsində cins nisbətinə nəzər yetirsək kişilərin sayının qadınlardan çox olduğunun şahidi olacağıq. Görüş zamanı buna səbəb olan amillərə toxunduq, qadınların qarşılaşdığı çətinliklərdən danışdıq.

Texnologiya sahəsində çalışan auditoriyamız da bizimlə öz maraqlı təcrübələrini paylaşdılar.

Dəvətimizi qəbul edib iştirak etdiklərinə görə spikerlərimizə və dinləyicilərimizə təşəkkür edirik.
Bizi izləməyə davam edin!

İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təşkil etdiyimiz tədbirlər silsiləsi davam edir!

İT sahəsində çalışan qadınlara həsr etdiyimiz növbəti görüşümüzün spikerlərini qarşılayın!Səbinə Qurbanova, Pluss şirkət...
08/11/2022

İT sahəsində çalışan qadınlara həsr etdiyimiz növbəti görüşümüzün spikerlərini qarşılayın!

Səbinə Qurbanova, Pluss şirkətinin təsisçisi və direktoru. Digital Banking sahəsində böyük təcrübəyə malik olan Səbinə xanım öz təcrübələrini və fərqli yanaşmasını bizimlə bölüşəcək.

Safiya Ağamirova, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təlim və İnkişaf üzrə menecer vəzifəsində çalışır. Eyni zamanda texnologiyalarda qadınlara dəstək ictimai birliyi “Femmes Digitales”- in idarə heyətinin üzvüdür. Texnologiya sahəsində uzun müddət çalışmış Səfiyə xanımın fikrilərini və təşkilatın fəaliyyətini dinləmək imkanımız olacaq.

Və tədbirimizin moderatoru Aytac Cabbarova Muzafarova dır.

Qeyd etmək istərdik ki, EXPERTECH İcmasının bütün üzvləri tədbirdə iştirak edə bilər.

Hələ üzv deyilsinizsə www.expertech.az saytından "ÜZV OL" bölməsinə daxil olaraq müraciət edə və EXPERTECH Cəmiyyətinə qoşula bilərsiniz!

Innovation and Digital Development Agency
Lotfi Zadeh Technology Center

Onlar işlərində peşəkardılar.Dünənki tədbirdə Rəşad Mirzəyev və Ceyhun Fərzəliyev Şəxsi Brendinqin vacibliyini əyləncəli...
29/07/2022

Onlar işlərində peşəkardılar.

Dünənki tədbirdə Rəşad Mirzəyev və Ceyhun Fərzəliyev Şəxsi Brendinqin vacibliyini əyləncəli və informativ şəkildə çatdırdılar.

Brend, məzmun strategiyası və səmimiliklə bağlı dəyərli fikirlər müzakirə olundu.

O qədər maraqlı və karyera inkişafı üçün vacib nüanslara toxunuldu ki, bir də gözümüzü açdıq, 3 saata yaxınlaşırıq.

Dinləyicilər fərqli suallarla gəlmişdilər. Əminik ki, bir çoxu gözəl cavablarla və xoş hislərlə ayrıldı.

Hər bir iştirakçıya təşəkkür edir, iştirak etmə şansını itirənləri növbəti tədbirlərdə gözləyirik

Gəlin 28 İyul tədbirinin spikeri ilə tanış olaq👇🏻Yaradıcıdır. İnsanları sözləri ilə asanlıqla cəlb edir. Səni anlamaqda ...
27/07/2022

Gəlin 28 İyul tədbirinin spikeri ilə tanış olaq👇🏻

Yaradıcıdır.
İnsanları sözləri ilə asanlıqla cəlb edir. Səni anlamaqda və yazdıqlarını oxutdurmaqda ustadır.



O, Marcom Marketinq və Kommunikasiyalar şirkətinin İcraçı direktoru Ceyhun Fərzəliyevdir.

Qabaqcıl Marketinq şirkətlərində yüksək vəzifələrdə çalışarkən əldə etdiyi Brendinq, Marketinq və Layihə Menecmenti ilə bağlı geniş təcrübələrini sosial media hesablarında bölüşür. Şəxsi Brendinq mövzusunda ondan qazanacaqların əvəzolunmaz olacaq 💯

Tanıyanlar bilir, ilk sözündə belə başqalarından seçilir.

Sən də seçilmək istəyirsənsə, tədbirimizə qoşul və suallarına cavab tap👍🏻

Dünən dəyərli spikerlərimiz Babak Nağıyev və Şəhriyar Rzayev ilə birlikdə ən maraqlı, səmimi və faydalı görüşlərimizdən ...
22/07/2022

Dünən dəyərli spikerlərimiz Babak Nağıyev və Şəhriyar Rzayev ilə birlikdə ən maraqlı, səmimi və faydalı görüşlərimizdən birini başa çatdırdıq.

2 saat ərzində məsafədən iş mövzusu haqqında bütün məsələrə aydınlıq gətirdik.

Tədbirdə iştirak edən bütün dinləyicilərə və spikerlərə təşəkkür edirik.

Bizi izləməyə davam edin. Növbəti tədbirləri tezliklə sizinlə paylaşacağıq!

Lotfi Zadeh Technology Center
Imran Baghirov

Növbəti spikerimizi qarşılayın!BST LABS' Portable Cloud Operating System-CAIOS-da Proqram təminatı üzrə baş mühəndis ola...
20/07/2022

Növbəti spikerimizi qarşılayın!

BST LABS' Portable Cloud Operating System-CAIOS-da Proqram təminatı üzrə baş mühəndis olaraq fəaliyyət göstərən Şəhriyar Rzayev, eyni zamanda Azərbaycan Python İstifadəçiləri qrupunun da lideridir.

Bununla yanaşı Open Source ilə maraqlınır və böyük həvəslə fəaliyyət göstərir.
Bakıda və regionlarda proqramlaşdırma və Python dilinin inkişafı üçün bir çox seminarlarda iştirak edir. Clean Code və Clean Architecture məsələlərinə xüsusi marağı var.

Təbiətsevərdir, camping, velosiped sürməyi sevir və ekoloji problemlərə biganə qalmır.

EXPERTECH-in "Efficient Remote Working" görüşünün ilk spikerini qarşılayın!Babək Nağıyev Dövlət İdarəçilik Akademiyasınd...
19/07/2022

EXPERTECH-in "Efficient Remote Working" görüşünün ilk spikerini qarşılayın!

Babək Nağıyev Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil almış, iş fəaliyyətinə isə “Amazon mütəxəssisi” kimi başlamışdır. Lakin sonradan o, fəaliyyət istiqamətini tamamilə dəyişərək proqramlaşdırma sahəsinə yönəlib.
Backend və frontend üzrə bir çox layihələrdə çalışaraq önəmli təcrübə qazanmışdır.
Bu sahədə olan yeddi illik təcrübəsinin son iki ili ərzində ölkədə ən önəmli layihələrdən biri olan elektron vergi sistemi “E-Portal”ın komanda rəhbəri və front-end arxitekti olaraq rahat oxunan kod arxitekturası üzərində çalışıb.
2021-ci ildən etibarən NFT, kriptovalyuta, “DAO (Mərkəzləşməmiş Avtonom İdarəetmə)” kimi “Web 3.0” layihələri üzrə fəaliyyət göstərir.
O hazırda "Grid dynamics" şirkətində çalışır və bir neçə xarici şirkətə kod arxitekturası və proqramçıların yetişdirilməsi üzrə xidmət göstərir 👏

Address

City Point Baku Business Center, Jalil Mammadguluzadeh Str. 102A
Baku
AZ1022

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Expertech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Expertech:

Share

Category