25/07/2023
Rəsmi Aşxabad əslində nə demək isyəyir?
Rza kimi qohum… və ya əmiuşaqların KƏMƏR sevdasının gizlinləri
Bu açıqlamanı dolayısı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada səsləndirdiyi bəyanata rəsmi Aşxabadın TƏKZİBİ kimi qiymətləndirmək olar.
Əslində bununla Türkmənistan rəhbərliyi 1996-cı ildən gündəmdə olan Transxəzər qaz kəmərinin reallaşdırılmaması üçün növbəti dəfə əlindən gələni ortaya qoyduğunu göstərir.
Açıqlamanın maraqlı bir hissəsi Xəzərin Hüquqi Konvensiyası üzrə sənədin 12 avqust 2018-ci il tarixdə imzalanmasından sonrakı dövrün imkanlarına həsr edilib. Rəsmi Aşxabadın qənaətincə, Transxəzər qaz kəmərinin reallaşması Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin bölünməsi məsələsinə bağlıdır. Yəni Aşxabad yenə də Xəzərin dibinin sektoral olaraq bölünməsini ümumən qəbul etsə də, amma özünə sərf edən “ayrıca məqamlar”ın (Abşeron yarımadası, Çilov adası kimi coğrafi subyektlərin orta xəttə təsiri) nəzərə alınmamasında Bakı ilə olan əvvəlki fikir ayrılıqlarını yenidən gündəmə gətirir.
Mənim qənaətimcə, 2021-ci ilin yanvarında Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanmış Sazişin indiyə qədər kağız üzərində qalması məhz rəsmi Aşxabadın tez-tez dəyişən mövqeyinin nəticəsidir.
İndi sual edirəm: bəs Aşxabad nədən dövlət səviyyəsində belə bir açıqlama ilə çıxış edir?
Mənim qənaətimcə, məqsəd aşağıdakılardır:
- “Türkmənistan özünün qaz resurslarının çoxşahəli şəkildə beynəlxalq bazarlara çıxarılmasında maraqlıdır” tezisini gündəmdə saxlamaq üçün;
- Bu ideyanın gerçəkləşdirilməsi yönümündə əsas baryerin Xəzərin dibinin bölüşdürülməsinə dair Azərbaycanla olan fikir ayrılığının qalmasını göstərmək üçün;
- Türkmənistan qazının indiyə qədər Avropadakı istehlakçılara çatdırılmaması üçün bütün məsuliyyətin rəsmi Brüsselin çiyinləri üstünə yıxmaq istəyi (necə də Kremlin arzuları ilə üst üstə düşür).
В последнее время в ряде международных СМИ стали появляться комментарии, касающиеся возможностей реализации проекта поставок туркменского природного газа в запа...