RTH

RTH Consulting & Soft company

12/02/2026

Vacib Yenilik! Müavinətlərin hesablanması qaydası dəyişdi! 📢

Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ödənilən müavinətlər və sosial sığorta ödəmələri ilə bağlı yeni Qaydalar təsdiqlənib. Artıq hesablamalar yeni mexanizm üzrə aparılacaq.

Bəs bu dəyişikliklər bizə nə vəd edir? İşəgötürənlər nələrə diqqət etməlidir?

Bütün bu sualların cavabını hazırladığım təqdimatda topladım. Slaydları vərəqləyərək yeniliklərdən xəbərdar ola bilərsiniz. 🔍

Faydalı olacağını ümid edirəm. Paylaşın ki, digər həmkarlarımız da məlumatlansın! ✅

Diqqət: Borc aldığınız pul üçün ƏDV ödəməli ola bilərsiniz! 📢Vergi ödəyiciləri arasında bəzən malın dəyərini "borc" kimi...
09/02/2026

Diqqət: Borc aldığınız pul üçün ƏDV ödəməli ola bilərsiniz! 📢

Vergi ödəyiciləri arasında bəzən malın dəyərini "borc" kimi rəsmiləşdirib ƏDV-ni gecikdirmək istəyi yaranır. Lakin Vergi Məcəlləsinin 166.4-cü maddəsi buna aydınlıq gətirir:

🔹 Ssenari A: Malı verdiniz, pul yerinə "borc" aldınız ➡️ Borcu aldığınız an ƏDV hesablanmalıdır.
🔹 Ssenari B: Əvvəlcə borc aldınız, sonra malı verdiniz ➡️ Malı verdiyiniz an ƏDV hesablanmalıdır.

Niyə bu vacibdir? Çünki vergi yoxlaması zamanı bu vəsaitlər satışdan daxilolma kimi qiymətləndirilə bilər. Qanunu bilmək sizi artıq cərimələrdən qoruyur.

📌 Qeyd: Bank kreditləri bu qaydaya aid deyil.

Mövzu ilə bağlı suallarınızı rəydə yaza bilərsiniz. 👇

🚀 1C + Power BI inteqrasiyası uğurla tamamlandı!Greentech MMC üçün 1C proqram təminatının Power BI ilə tam inteqrasiyası...
09/02/2026

🚀 1C + Power BI inteqrasiyası uğurla tamamlandı!

Greentech MMC üçün 1C proqram təminatının Power BI ilə tam inteqrasiyasını uğurla həyata keçirdik.

Bu layihə çərçivəsində:
✅ 1C sistemində olan məlumatlar real vaxt rejimində Power BI-yə inteqrasiya olundu
✅ Maliyyə, satış və əməliyyat göstəriciləri vizual və interaktiv dashboard-lar üzərindən izlənilir
✅ Manual hesabat prosesləri avtomatlaşdırıldı
✅ Menecment üçün daha operativ və dəqiq qərarvermə imkanı yaradıldı

📊 Nəticə: məlumatlara əsaslanan, çevik və şəffaf idarəetmə modeli.

Greentech MMC-yə etimada görə təşəkkür edirik.
1C + Power BI inteqrasiyası ilə bağlı maraqlanan şirkətlər bizimlə əlaqə saxlaya bilərlər.


Dövlət Vergi Xidməti iri vergi ödəyiciləri üçün xərclərin açıqlanması üzrə detallı cədvəllər təqdim edir və doldurulması...
23/01/2026

Dövlət Vergi Xidməti iri vergi ödəyiciləri üçün xərclərin açıqlanması üzrə detallı cədvəllər təqdim edir və doldurulmasını tələb edir.
Bu cədvəllərin əl ilə doldurulması isə çox vaxt aparır, risklidir və resurs itkisinə səbəb olur.
❓ Siz bu hesabatı hələ də Excel-də əl ilə tərtib edirsiniz?
✅ Bizim proqramdan istifadə edən userlər isə bu hesabatı bir neçə kliklə avtomatik formalaşdırır:
- Məlumatlar uçotdan birbaşa götürülür
- Manual səhvlər minimuma enir
- Saatlarla vaxt qənaəti əldə olunur

Vergi hesabatları vaxt aparmalı deyil.
Avtomatlaşdırın, rahatlayın.

Daha bir əməkdaşlıq xəbərimiz var!Şirkətimiz ölkəmizin əsas mühərrik və sənaye yağ istehsalçısı TECHNOIL ilə mühasibat u...
23/01/2026

Daha bir əməkdaşlıq xəbərimiz var!
Şirkətimiz ölkəmizin əsas mühərrik və sənaye yağ istehsalçısı TECHNOIL ilə mühasibat uçotunun aparılması üzrə dəstək və məsləhət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa başlamışdır.
Bu əməkdaşlıq çərçivəsində maliyyə uçotu, hesabatlılıq və məsləhət xidmətləri üzrə peşəkar dəstəyimiz təqdim ediləcək.
Uzunmüddətli və səmərəli əməkdaşlıq olacağına inanırıq.
hashtag hashtag hashtag hashtag

Yeni əməkdaşlıq xəbərimiz var!Şirkətimiz SOBSAN ilə uçotun aparılması üzrə dəstək və məsləhət xidmətlərinin göstərilməsi...
15/01/2026

Yeni əməkdaşlıq xəbərimiz var!
Şirkətimiz SOBSAN ilə uçotun aparılması üzrə dəstək və məsləhət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa başlamışdır.
Bu əməkdaşlıq çərçivəsində maliyyə uçotu, hesabatlılıq və məsləhət xidmətləri üzrə peşəkar dəstəyimiz təqdim ediləcək.
Uzunmüddətli və səmərəli əməkdaşlıq olacağına inanırıq.

31/12/2025
Əziz xanımlar! Sizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edirik!
08/03/2025

Əziz xanımlar! Sizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edirik!

25/02/2025

BUNU BİLİRSİNİZMİ? - Part 19

24/02/2025

BUNU BİLİRSİNİZMİ? - Part 18

Address

B. SAFAROGLU 133, SAT Plaza 7th Floor
Baku
AZ1009

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

http://www.rth-soft.com/

Alerts

Be the first to know and let us send you an email when RTH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share