KSM Azerbaycan (CSR Azerbaijan)

KSM Azerbaycan (CSR Azerbaijan) Azərbaycan-da ilk Korporativ Sosial Məsuliyyət üzrə çalışan şirkət. Bu iqtisadi və sosial layihələrdəki ismarıclar cəmiyyətin inkişafına birbaşa dəstəkdir.

Vizion

Iş dünyası və cəmiyyətin geniş təbəqələri ilə əməkdaşlıqda müxtəlif layihələr həyata keçirilir. Biz bu dəstəyi bütün iş dünyasına təklif edirik. Missiya

Hər bir şirkətin sosial, iqtisadi və ekoloji mövzularda məsuliyyəti var. Bu məsuliyyəti anlamaq və qəbul etmək həmin şirkətlərin öz maraq dairələrindədir. Bütün bu vasitələrdən istifadə edərək, hər bir iqtisadi qurum cəmiyyətin inkişafın

da müxtəlif formada öz sözünü deməlidir. Bu baxımdan da, KSM Azərbaycan sosial məsuliyyəti necə yerinə yetirməyin yollarını göstərən şirkətdir. Missiyamız şirkətlərin sosial, iqtisadi və ekoloji mövzulardakı məsuliyyətlərini yerinə yetirməsinə imkan yaradacaq vasitə, qaynaq və üsulların yaradılmasını təmin edərək cəmiyyətin inkişafına dəstək olmaqdır. Strategiya

KSM Azərbaycan davamlı biznes təcrübələri haqqında informasiya, təlim, tədqiqat və məsləhət xidmətlərinin aparıcı təchizatçısıdır. Dinamik sosial müəssisə kimi fəaliyyət göstərən KSM Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları və tam kommersiya konsaltinqləri arasında unikal orta yer tutur. Biz, KSM Azərbaycan olaraq təşkilatların ətraf mühit və sosial dayanıqlığı ilə yanaşı iqtisadi davamlılığını qiymətləndirir, Azərbaycanda peşəkar iş prinsipləri əsasında fəaliyyət göstərir və eyni zamanda KSM-in təbliğini həyata keçirdirik . Bizim əsas maliyyə mənbələrimiz strateji partnyorlarımız, təlim və konfranslar, konsaltinq xidmətləri və reklamdan gəlir.

Əsas fəaliyyət istiqamətlərimiz:

Azərbaycanda KSM prinsiplərini təbliğ etmək. KSM məsələlər haqqında məlumatlandırıcı rol oynamaq.
Şirkətlərə və paydaşlara (stakeholder) peşəkar KSM xidmətləri təqdim etmək. Azərbaycanda davamlı inkişafa tövhə vermək. Xidmətlərimiz

KSM Azərbaycan şirkətlərin davamlı və məsuliyyətli biznes aparması üçün aşağıdakı xidmətləri təqdim edir:

KSM treninq və seminarların təşkil olunması. KSM tədqiqatların hazırlanması. KSM üzrə konsaltinq servisləri. KSM layihələrin hazırlanması və təşkilatçılığı. KSM barədə məlumatların yayımı. Loqomuz

Buta Azərbycanı təmsil edir. Göy - nüfuz və məhsuldarlığın simvoludur. Ağ – sabitlik və davamlılığı işarə edir. Butanın daxilində yerləşən yazılar KSM-lə bağlı birləşmələrdir. Biz Azərbaycanda davamlı inkişafı təbliğ etmək və şirkətlərin dayanıqlı iş görmələrinə tövhə vermək istəyirik.

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when KSM Azerbaycan (CSR Azerbaijan) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KSM Azerbaycan (CSR Azerbaijan):

Shortcuts

Share