08/01/2025
29 Dekabr 2024-cü il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə “İşgüzar Klub” üzvləri 1 saylı sosial xidmət müəssisəsinə baş çəkiblər. Yeni ilə həsr olunmuş bu tədbir əsnasında İşgüzar Klubun üzvləri xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni il sovqatları gətiriblər. İşgüzar Klubun üzvü “Başkent” restoranlar şəbəkəsinin rəhbəri Mətanət xanıma və “Predo” şirkətinin rəhbəri Gökhan bəyə göstərdiyi dəstəyə görə “İşgüzar Klub” adından dərindən təşəkkürümüzü bildiririk.
Tədbirin sonunda Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən “İşgüzar Klub”a və onun üzvlərinə təşəkkürnamə təqdim olundu.az