IDEA Consulting and Solutions

IDEA Consulting and Solutions Sizin üçün də bir "İDEA"mız var!

“IDEA Consulting and Solutions” şirkətinin rəhbəri Ceyhun Məmmədov aprelin 2-i “İşgüzar görüş” çərçivəsində “Marsol Grou...
02/04/2026

“IDEA Consulting and Solutions” şirkətinin rəhbəri Ceyhun Məmmədov aprelin 2-i “İşgüzar görüş” çərçivəsində “Marsol Group” partnyorları ilə növbəti dəfə bir araya gəldi.

Görüş zamanı yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə məhsuldar müzakirələr aparılıb.

Həmçinin “IDEA Consulting and Solutions” şirkətinin məhsulu olan Lorex LMS-in bazardakı rolu, üstünlükləri və əməkdaşlıq imkanları xüsusi olaraq qeyd olunub:

Lorex LMS — Azərbaycanın ilk yerli təlim idarəetmə sistemi olaraq Veysəloğlu kimi geniş şəbəkəli holdinqlər üçün mərkəzdən idarə olunan vahid təlim platforması təqdim edir. Müxtəlif sahələrdə və ölkənin fərqli bölgələrində çalışan əməkdaşların eyni standartlarla təlimini, sertifikatlaşdırılması və nəticələrin real vaxtda izlənməsini təmin etməklə yanaşı, təlim proseslərində əhəmiyyətli dərəcədə xərc azalmasına imkan yaradır.

Şirkət rəhbəri uğurlu biznes üçün rəqəmsal həllər təklif etdiklərini və bu istiqamətdə istənilən əməkdaşlığa açıq olduqlarını bildirdi.

əməkdaşlıq biznes

Novruz Bayramınız Mübarək Olsun! 🎉Həyatınızda yeni rənglərin, sevincin və uğurların bir arada olduğu bir bayram keçirmən...
20/03/2026

Novruz Bayramınız Mübarək Olsun! 🎉

Həyatınızda yeni rənglərin, sevincin və uğurların bir arada olduğu bir bayram keçirmənizi arzulayırıq!

Ramazan Bayramınız mübarək 🌙🕌Allah dua və oruclarınızı qəbul etsin 🙏🏻
20/03/2026

Ramazan Bayramınız mübarək 🌙🕌

Allah dua və oruclarınızı qəbul etsin 🙏🏻

Mobil tətbiq bu günün tələbidirsə, sabah onunla üstünlük qazanan siz olacaqsınız ✅Autoscop-un mobil tətbiqinin arxitektu...
25/02/2026

Mobil tətbiq bu günün tələbidirsə, sabah onunla üstünlük qazanan siz olacaqsınız ✅

Autoscop-un mobil tətbiqinin arxitekturası və inkişafı komandamız tərəfindən həyata keçirilib.

Biz bizneslər üçün:

• Sıfırdan mobil tətbiqlər
• Korporativ idarəetmə platformaları
• SaaS sistemlər
• Xüsusi proqram təminatları
hazırlayırıq.

İdeyanız varsa, texnologiya tərəfi bizdədir.

Daha ətraflı məlumat əldə etmək və ödənişsiz konsultasiya üçün bizə müraciət edin ✅

☎️ 012 377 11 33
📱 077 377 11 33
📍 Nizami 69, ISR Plaza

"IDEA Consulting and Solutions" MMC-nin rəhbəri Ceyhun Məmmədov İctimai Radionun  "İdarəetmənin əsasları"  verilişində b...
17/02/2026

"IDEA Consulting and Solutions" MMC-nin rəhbəri Ceyhun Məmmədov İctimai Radionun "İdarəetmənin əsasları" verilişində biznes sahəsində "Şirkətdə qərarların qəbul edilməsi" mövzusunda qonaq olacaq. 📻🎙

✨ Biznesinizin gələcəyinə təsir edən strateji qərarları düzgün qəbul etmək və idarəetmədə seçim prosesini necə effektiv qurmağı öyrənmək istəyirsinizsə bizi dinləməyi unutmayın! ✅

18 fevral saat 13:00-da diqqətiniz efirdə olsun.

Linkə keçid edərək dinləyə bilərsiniz: ⬇

https://itv.az/live-radio

“IDEA Consulting and Solutions” şirkətinin rəhbəri Ceyhun Məmmədov yanvarın 27-i “İşgüzar səhər yeməyi” çərçivəsində 30-...
29/01/2026

“IDEA Consulting and Solutions” şirkətinin rəhbəri Ceyhun Məmmədov yanvarın 27-i “İşgüzar səhər yeməyi” çərçivəsində 30-a yaxın “Marsol Group” partnyorları ilə “Başkent” restoranında bir araya gəldi.

Müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar bir-biri ilə yeni və aktual olan iş imkanlarını dəyərləndirmək üçün öz biznes təcrübələrini bölüşüblər.

Həmçinin şirkət rəhbəri Ceyhun Məmmədov, şirkətin uğurlu biznes və rəqəmsal həlli yolları təklif edən xidmətləri və bu istiqamətdə aparılan qarşılıqlı əməkdaşlıqlar haqqında məlumat verdi.

Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib.

Bir çox sahibkar cərimələri qaçılmaz bir xərc və ya gözlənilməz bir “hadisə” kimi qəbul edir. Bu situasiya əslində daha ...
07/01/2026

Bir çox sahibkar cərimələri qaçılmaz bir xərc və ya gözlənilməz bir “hadisə” kimi qəbul edir. Bu situasiya əslində daha öncə qurulmamış bir sistemin, diqqətdən qaçan bir qaydanın və ya idarəetmədəki bir boşluğun bədəlidir. Şirkəti cəriməyə aparan yol çox vaxt qanunların mürəkkəbliyindən deyil, proseslərin nəzarətsizliyindən keçir.

İstər inzibati, istər maliyyə, istərsə də hüquqi sahədə olsun – hər bir sanksiya şirkətin daxili intizamının və peşəkar nəzarət mexanizminin zəifliyini göstərir. Bir rəhbər olaraq diqqətinizi cərimənin məbləğinə deyil, onun yaranma səbəbinə yönəltməlisiniz. Çünki sistemdəki boşluq qalırsa, ödənilən hər cərimə sadəcə növbəti sanksiyanın anonsudur. Doğru idarəetmə modeli olan bir şirkətdə qanunvericilik bir maneə deyil, biznesi qoruyan bir qalxan funksiyasını yerinə yetirir.

Biznesinizi təsadüflərin ümidinə buraxmayın. Unutmayın ki, xəta təsadüf ola bilər, amma cərimədən sığortalanmaq sizin seçiminizdir.
Gəlin, biznesinizin risklərini birlikdə idarə edək və yeni “İDEYALARIMIZLA” gələcəyinizi sığortalayaq!

☎️ 012 377 11 33
📱 077 377 11 33
📍 Nizami 69, ISR Plaza

Noyabrın 28-də “IDEA Consulting and Solutions” şirkətinin rəhbəri Ceyhun Məmmədov İş Adamları Cəmiyyətinin Milli Assosia...
03/12/2025

Noyabrın 28-də “IDEA Consulting and Solutions” şirkətinin rəhbəri Ceyhun Məmmədov İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Hüquq, maliyyə və biznes konsultasiyası” Komissiyasının təşəbbüsü ilə təşkil edilən sektorial görüşdə iştirak etdi.

Görüş çərçivəsində İCMA-nın üzvləri, Milli Məclisin nümayəndələri, eləcə də bank, sığorta əməkdaşları və sahibkarlar arasında səmimi fikir mübadiləsi aparılıb. Bu tədbir tanışlıq, yeni əməkdaşlıq imkanlarının araşdırılması və mövcud problemlərin həlli yollarının müzakirəsi üçün əsaslı zəmin yaradıb.

Nəticədə, hüquq, maliyyə və biznes konsultasiyası sahələrində dövlət–özəl sektor əlaqələrinin gücləndirilməsi üçün yeni və perspektivli təşəbbüslərin formalaşmasına təkan verilib.

Azərbaycanın turizm brendi niyə hələ də güclü deyil?İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, İdea Consultin...
23/11/2025

Azərbaycanın turizm brendi niyə hələ də güclü deyil?

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, İdea Consulting MMC-nin təsisçisi, Turizm üzrə ekspert Ceyhun Məmmədov ölkənin turizm brendində əsas boşluqları açıqlayıb.

💬 Ekspert:
“Brend yalnız loqo deyil, turistin yaşadığı real təcrübədir. Hava limanından otelə qədər hər addımda eyni hekayə görünməlidir.”

Ətraflı: crossmedia.az/az/article/55868

Address

Nizami 69, İSR Plaza
Baku
AZ1005

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994773771133

Alerts

Be the first to know and let us send you an email when IDEA Consulting and Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IDEA Consulting and Solutions:

Share