DMSA GROUP LLC

DMSA GROUP LLC Bildiyimiz kimi, Azərbaycan Respublikası zəngin faydalı qazıntı ehtiyatlarına malikdir.

www.dmsa.az

Sizlərə yeni texnologiyalarla daimi əlaqə, servis, ətraf-mühitin dünya standartlarına uyğun mühafizəsi prinsiplərinə əsaslanan dağ-mədən və sənaye avadanlıqlarını təklif edirik. Aparılmış kəşfiyyat işlərinin miqyasına və yataqların işlənmə səviyyəsinə görə bu faydalı qazıntılar arasında ilk yeri neft və qaz tutur. Bundan başqa respublika ərazisində digər faydalı qazıntı ehtiyatları da

mövcuddur. Respublikamızın müxtəlif rayonlarında çoxlu sayda filiz faydalı qazıntıları, o cümlədən dəmir filizi, alunit, mis, kobalt, qızıl, civə, molibden, volfram, qurğuşun, sink yataqları aşkar edilmişdir
Bildiyimiz kimi, Azərbaycan Respublikası zəngin faydalı qazıntı ehtiyatlarına malikdir. Respublikamızın müxtəlif rayonlarında çoxlu sayda filiz faydalı qazıntıları, o cümlədən dəmir filizi, alunit, mis, kobalt, qızıl, civə, molibden, volfram, qurğuşun, sink yataqları aşkar edilmişdir. Bundan başqa digər faydalı qazıntıların varlığı ilə əlaqədar olaraq kəşfiyyat işləri də aparılmış və nəticədə bir sıra müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları da aşkar edilmişdir. Bunlara Mişar daşı, Üzlük daşı, Gil, Sement xammalı, Əhəngdaşı, Qırmadaş, Qum-çınqıl, Qum, Bitumlu qumlar, Perlit, Pemza, Gips, Anhidrit, Gəc, Bentonit gilləri, Xörək duzu, Dolomit, Kvarsitlər, Flyus və Soda üçün əhəng daşı, Keramika xammalı, Mineral boya (gilli oxra), Kvars qumları, Barit, Çini daşı, Kükürd, Islandiya şpatı, Odadavamlı və çətinəriyən gillər, Şüşə istehsalı üçün xammal, Seolit yataqları aid edilir. Faydalı qazıntıların zənginliyi, onların ərazisində kiçik ölçülü dağ-mədən çıxarma və dağ-mədən zənginləşdirmə müəssisələri qurulmasına şərait yaratmışdır. Sovet və Postsovet dövrlərində lazimi investisiyanın çatışmamazlığı bu yataqlardakı hasilatın dayandırılmasına səbəb olmuşdur. Dağ-mədən sənayesində yataqların sənaye əhəmiyyətli işlənməsinə əsasən XX əsrin ikinci yarısından etibarən başlanmışdır. Hazırkı dövrdə Respublikamızda əldə edilmiş dinamik inkişaf tempi hər bir sahəyə olduğu kimi, dağ-mədən sənayesində də öz əksini tapır. 11 fevral 2004-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının inkişafı Dövlət Proqramı” ölkədə qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi inkişafın bütün ölkə ərazisində tarazlığının təmin edilməsi, regionların mövcud potensialında səmərəli istifadə edilməsi, investorların regionlara cəlb olunması və bu kimi amillər dağ-mədən sənayesinin inkişafına da şərait yaradır. Bununla əlaqədar, Azərbaycanın yataqları üçün müasir tеxnоlоgiyaya əsaslanan istehsal üsullarının işlənməsi, əsaslandırılması və tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu iqtisadi cəhətdən çox əlverişli olmaqla yanaşı, həm də ətraf mühitə ziyan vurmadan faydalı qazıntıların kоmplеks çıxarılmasına şərait yaradır. Bu məqsədlə, Sizlərə yeni texnologiyalarla daimi əlaqə, servis, ətraf-mühitin dünya standartlarına uyğun mühafizəsi prinsiplərinə əsaslanan dağ-mədən sənayesi avadanlıqlarını təklif edirik. Təklif etdiyimiz iri və orta tipli avadanlıqlar güclü istehsala malik istehsalçılar tərəfindən ölkəmizə ixrac edilir və ya yerli istehsal şəraitimizdə istehsal olunur. Bu avadanlıqlara tez-tez material üyüdən zavodlarda, sement zavodlarda, əhəng zavodlarda, polad metal yayıcı zavodlarda, nəcib metalların zənginləşdirilməsi müəssisələrində, kimyəvi zavodlarda və tikinti materiallarının istehsalı müəssisələrində rast gəlmək olar. Avadanlıqlar üzərində hər illik aparılan təkmilləşdirmə proqramı digər istehsalçılarla uğurlu rəqabət aparmağa zəmin yaradır. İstehsal etdiyimiz məhsullar “qiymət-keyfiyyət” prinsipinə arxalanır. Məhsullarımız dünya standartlarına cavab verən keyfiyyətli məhsul kimi bir sıra sertifikatlarla təltif olunmuşdur.

https://youtube.com/?si=ZyiSKJk5c1kW2cfK
11/04/2026

https://youtube.com/?si=ZyiSKJk5c1kW2cfK

Learn different languages, by 1 video. 1 video vasitəsilə, fərqli dilləri öyrənin. Изучайте разные языкы, с помощью 1-ного видео. 1 video ile, farklı dilleri öğrenin. تعلم لغات مختلفة، من خلال فيديو واحد. Для онлайн ...

02/10/2021

Növbəti layihəmiz: 25 ton/saat istehsal gücünə malik sement üyütmə dəyirmanı və separator avadanlığı tam gücü ilə işə salındı.

Növbəti Layihəmiz: Yevlax şəhərində, 90m3/saat istehsal gücü olan Beton-Zavod. Məlumat üçün qeyd edim ki, bütün avadanlı...
02/10/2021

Növbəti Layihəmiz: Yevlax şəhərində, 90m3/saat istehsal gücü olan Beton-Zavod.
Məlumat üçün qeyd edim ki, bütün avadanlılqlar öz yerli istehsal şəraitimizdə hazırlanıb.

Növbəti yük -  Sement dəyirmanı, model 2400*13000 və Separator avadanlığı Sifarişçinin ünvanına çatdırıldı.
23/06/2021

Növbəti yük - Sement dəyirmanı, model 2400*13000 və Separator avadanlığı Sifarişçinin ünvanına çatdırıldı.

23/06/2021

Sement dəyirmanı Şanxay-Poti-Bakı istiqamətində daşınması

23/06/2021

Növbəti sifarişimiz: Sement dəyirmanı, model 2400*13000

Şnek (Шнек) - istənilən ölçüdə şneklərin istehsalı.
23/06/2021

Şnek (Шнек) - istənilən ölçüdə şneklərin istehsalı.

Tamet və bordyur istehsalı xətti. Etrafli melumat - www.dmsa.az
23/06/2021

Tamet və bordyur istehsalı xətti. Etrafli melumat - www.dmsa.az

Address

Baku
AZ1002

Alerts

Be the first to know and let us send you an email when DMSA GROUP LLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DMSA GROUP LLC:

Share

Category