18/10/2023
TƏHLÜKƏLƏRİN TƏHLİLİ VƏ KRİTİK NƏZARƏT NÖQTƏSİ - HACCP
HACCP, yəni Təhlükələrin təhlili və kritik nəzarət nöqtəsi, qida itehsalçılarının - istehsal prosesində baş verən potensial təhlükələri müəyyən etməsinə və aradan qaldırmasına xidmət edən qida təhlükəsizliyi sistemidir. Bu sistem, keyfiyyətə nəzarəti və qanuni tələblərə uyğunluğu artdıraraq, xammaldan hazır məhsulun dağıtımı prosesinə qədər qida təhlükəsizliyinin təmin edilməsi üçün sərfəli və effektiv həllər təqdim edir. Faydaları arasında xərclərə qənaət olunması, qida təhlükəsizliyinin və keyfiyyətinin artması, təkmilləşdirilmiş proseslər, komanda işinin təkmilləşdirilməsi və hüquqi cəhətdən üstünlüyün təmin olunması və s. kimi amillər yer alır. Bu standart qida istehsalı və əlaqədar sahələrlə məşğul olan bütün şirkətlərə tətbiq olunur.