UNEC İnnovativ Biznes-İnkubator

26/07/2021

BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Bonn şəhərində fəaliyyət göstərən İnvestisiyaların və Texnologiyaların Təşviqi Ofisinin təşəbbüsü ilə "təmiz" texnologiyalar və davamlı torpaq idarəetməsi sahəsində innovativ həllərin təqdim olunması üzra Qlobal Çağırışla bağlı müraciətlərin qəbulu prosesinə başlanılmışdır.

(https://www.unbonn.org/news/global-call-innovative-solutions-cleantech-and-sustainable-land-management).

BMT-nin iqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin Səhralaşma ilə mübarizə Konvensiyası (UNCCD) ve "Future Cleantech Architects" şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan sözügedən təşəbbüsün məqsədi "təmiz" texnologiyalar və davamlı torpaq idarəetmesi sahesində fəaliyyət göstərən özəl müəssisələrin innovativ həllərinin müəyyənləşdirilərək təşviq olunmasından ibarətdir.

Müraciətlərin onlayn qaydada https://form.jotform.com/211453409471048 internet səhifesi vasitəsilə 2 avqust 2021-ci il tarixinədək təqdim olunmalıdır. İnnovativ həllərin nümayiş etdirilməsi üçün seçilmiş qaliblərin mükafatlandırılması mərasimi cari ilin 26 oktyabr tarixində Almaniyanın Ramşayd şəhərində keçiriləcəkdir.

19/07/2021

“Fintech Founders Bootcamp by PASHA Bank” qeydiyyatı üçün son 5 gün!

SUP VC və PASHA Bank tərəfdaçlığı ilə “Fintech Founders Bootcamp by PASHA Bank” baş tutacaq. Maliyyə sahəsi üzrə təhsilini bitirənlər, Fintech sahəsində startapı olanlar, startap qurmaq istəyən sahibkarlar və maliyyə sahəsinin mütəxəssisləri üçün keçiriləcək bootcamp 3 gün davam edəcək. Bootcamp müddətində iştirakçılara açıq bankçılıq, API xidmətləri, ödəniş xidmətləri - fintech, şifrləmə və informasiya təhlükəsizliyi, “FinTech”in məhdudiyyətləri, riskləri, ictimai siyasət və sosial təsirləri mövzularında təlimlər keçiriləcək. Yekunda iştirakçılar maliyyə, məlumat analitikası və maliyyə texnologiyasında müasir alətlər üçün çoxsahəli yanaşma tətbiq edən proqramı öyrənməklə bu bacarıqları bir təşkilata dəyər qatmaq üçün istifadə etməyin ən yaxşı təcrübə və bacarıqları əldə edəcəklər.

Qeydiyyat və ətraflı məlumat: https://fin.tech.az/

13/07/2021

“SUP.VC” və “PASHA Bank”ın təşkilatçılığı ilə “Fintech founders bootcamp by PASHA Bank” tədbiri baş tutacaq!

26, 27,28 iyul tarixlərində “Fintech founders bootcamp by PASHA Bank" tədbiri baş tutacaq. “Bootcamp” maliyyə sahəsi üzrə ixtisaslaşmış peşəkarlar və təhsil alan şəxslər, eləcə də maliyyə texnologiyaları sahəsində startap qurmaq istəyən və ya artıq startap qurmuş sahibkarlar üçün nəzərdə tutulub. Təlimlər zamanı açıq bankçılıq, “APİ” servisləri, “Fintech” ödəniş xidmətləri, şifrələmə və informasiya təhlükəsizliyi, o cümlədən “Fintech” dünyasının məhdudiyyətləri, riskləri, siyasi və sosial təsirləri kimi aktual mövzular əhatə olunacaq. İştirakçılar bu proqrama qatılmaqla, maliyyə və texnologiyalar aləminin ən yaxşı təcrübələri ilə tanış ola, çalışdıqları şirkətə dəyər gətirməkdə kömək edəcək yeni bacarıqlar qazana biləcək.

📅26, 27, 28 İyul 2021
ℹ️Ətraflı məlumat: fin.tech.az
📋Qeydiyyat linki: https://forms.gle/mjcSqEF9zsdgrNe39

"Azərbaycan 500 ASAN Startap Proqramı"nda iştirak etmək istəyənlərin nəzərinə❗️ - Öz startapımı necə qura bilərəm?- İnno...
02/03/2021

"Azərbaycan 500 ASAN Startap Proqramı"nda iştirak etmək istəyənlərin nəzərinə❗️
- Öz startapımı necə qura bilərəm?
- İnnovativ ideya necə formalaşır?
- Proqramda iştirak tələbləri nələrdir?
✔️Bu suallara cavab tapmaq və proqram haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə vebinarımıza qoşulun.

Canlı yayımı 3 mart, saat 15:00-da İnnovasiyalar Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitenin rəsmi facebook səhifələrindən izləyə bilərsiniz🤜🤛
Qoşulmağı unutmayın!
facebook.com/unecedu

Tələsin!Öz startapını yaratmaq və startap əsaslarını öyrənmək istəyirsənsə dünyanın aparıcı şirkətlərindən olan "500 Sta...
01/03/2021

Tələsin!
Öz startapını yaratmaq və startap əsaslarını öyrənmək istəyirsənsə dünyanın aparıcı şirkətlərindən olan "500 Startups" ilə birgə təsis edilən “Azərbaycan 500 ASAN Startap Proqramı”na qeydiyyatdan keç.
Niyə "Azərbaycan 500 ASAN Startap Proqramı"nda iştirak etməlisən?
- Tamamilə ödənişsiz, dünyada təsdiqini tapmış proqram ilə xarici mentorlardan öyrənmə şansı
- Səninlə eyni ideyaları paylaşan təsisçilər ilə tanış olmaq və geniş şəbəkəyə qoşulmaq
- “500 Startups” şirkətinin müxtəlif tədbirlərinə, qlobal şəbəkəsinə və investisiya alətlərinə çıxış imkanı
Güclü startap komandası yaratmaq və Azərbaycandan dünyaya çıxacaq növbəti ideyanın sahibi olmaq üçün bu imkana 19 mart 2020-ci ilə qədər qeydiyyatdan keçərək sahib ola bilərsən.
Qeydiyyat linki:https://ecosystems.500.co/azerbaijan500asan

Address

İstiqlaliyyət 6
Baku
1001

Alerts

Be the first to know and let us send you an email when UNEC İnnovativ Biznes-İnkubator posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UNEC İnnovativ Biznes-İnkubator:

Share