204 N-li orta məktəb

204 N-li orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 204 N-li orta məktəb, Business Center, Gen. Şıxlinski 11, Baku.

Elm və təhsil nazirliyinin, Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə keçirilən Məktəblilərin respublika idman ol...
23/06/2026

Elm və təhsil nazirliyinin, Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə keçirilən Məktəblilərin respublika idman olimpiadasında iştirak edən Xətai rayon Ə.Əliyev adına 204 N-li məktəbin 10b sinif şagirdi Məmmədova Fatimə cüdo üzrə yarışlarda 2ci yerə layiq görülüb.

13.06.2026-cı il tarixində Xətai rayonu Ə.Əliyev adına 204N-li məktəbdə keçirilən “Son Zəng” tədbiri
13/06/2026

13.06.2026-cı il tarixində Xətai rayonu Ə.Əliyev adına 204N-li məktəbdə keçirilən “Son Zəng” tədbiri

📢 BİLİK YARIŞI: Birinci Türkoloji Qurultay – 100 İL! 🇦🇿📚​Məktəbimizdə tarixi və mədəni irsimizi yaşatmaq, şagirdlərimizi...
12/06/2026

📢 BİLİK YARIŞI: Birinci Türkoloji Qurultay – 100 İL! 🇦🇿📚
​Məktəbimizdə tarixi və mədəni irsimizi yaşatmaq, şagirdlərimizin bu sahədəki biliklərini artırmaq məqsədilə möhtəşəm bir tədbir keçirildi!
​Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş bilik yarışı çərçivəsində VIII siniflər arasında gərgin mübarizə baş tutdu. 🧠💡
​🏆 Yarışın yekununda yüksək bilik nümayiş etdirən 8a sinfinin "TARİXÇİLƏR" komandası bütün rəqiblərini geridə qoyaraq QALİB adını qazandı!🥇👏
​🌟 Bu yüksək səviyyəli tədbirin təşkili və gənc nəslin vətənpərvər ruhda maarifləndirilməsində göstərdiyi xüsusi əməyə görə məktəbimizin müəllimi Həşimova Gülgün xanıma dərin təşəkkürümüzü bildiririk! Belə təşkilatçılıq şagirdlərimizin həm elmə, həm də tariximizə olan marağını daha da artırır. 🌹
​📌 Tədbirin məqsədi: Türk dünyasının ortaq mədəniyyətini, dil tariximizi və 1926-cı ildə Bakıda keçirilmiş tarixi qurultayın əhəmiyyətini gənc nəslə aşılamaqdır.
​Tarixini bilən gənclik, parlaq gələcəyin təminatıdır! Qalib gələn şagirdlərimizi və zəhməti keçən müəllimlərimizi ürəkdən təbrik edirik! 🇦🇿✨
​

26.05.2026-cı il tarixində Xətai rayonu Ə.Əliyev adına 204N-li məktəbin 9b sinif şagirdləri 5 nömrəli peşə litseyində ol...
31/05/2026

26.05.2026-cı il tarixində Xətai rayonu Ə.Əliyev adına 204N-li məktəbin 9b sinif şagirdləri 5 nömrəli peşə litseyində oldular. Həmin günü litseydə açıq qapı günü idi.

28/05/2026
Xətai rayonu Ə.Əliyev adına 204N-li məktəbin 8-ci sinif şagirdləri ilə Reproduktiv sağlamlıq mövzusunda tədbir keçirildi...
14/05/2026

Xətai rayonu Ə.Əliyev adına 204N-li məktəbin 8-ci sinif şagirdləri ilə Reproduktiv sağlamlıq mövzusunda tədbir keçirildi. Tədbirdə Ailə qadın uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyi ictimai Səhiyyə və İslahatlar mərkəzinin həkimi Ülkər Cavadova şagirdlərə zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında şagirdlərə məlumat verdi.

YAP Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olma...
13/05/2026

YAP Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Ulu bir sərkərdə, ulu bir öndər" mövzusunda keçirilən inşa yazı müsabiqəsi yekunlaşmışdır.
​204N-li Məktəbin 8C sinif şagirdi Seyfullayeva Aytən Elnur qızı öz yaradıcılığı və dərin bilikləri ilə fərqlənərək müsabiqədə III yerə layiq görülmüşdür.
​Bu münasibətlə şagirdimizi, onun valideynlərini və üzərində əməyi olan müəllimlərimizi ürəkdən təbrik edir, Aytənə müvəffəqiyyətlər arzulayırıq!
​

Xətai rayonu Ə.Əliyev adına 204N-li tam orta məktəbin kitabxanasında 5b sinfi ilə Səməd Vurğunun 120 illik yubileyinə hə...
07/05/2026

Xətai rayonu Ə.Əliyev adına 204N-li tam orta məktəbin kitabxanasında 5b sinfi ilə Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçiriıdi.

Address

Gen. Şıxlinski 11
Baku

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when 204 N-li orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share