27/06/2022
Bu gün Gəncə şəhərində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) tərəfindən təşkil olunan işgüzar görüşə dəvət aldıq.
Görüşün əsas məqsədi bölgədə sahibkarlığın inkişafına təkan vermək və şəbəkələşmə prinsipini təbliğ etmək idi.
Məhsuldar keçən görüşdə həmçinin sahibkarlar KOBSKA-nın fəaliyyəti haqqında da məlumat aldılar.
Dəvət üçün Nigar xanıma və Pərvanə xanıma təşəkkür edirəm.