İnvest Audit

İnvest Audit Yeni yaranmasına baxmayaraq, audit, vergi, hüquq, konsaltinq, mühasibatlıq və digər sahələrdə peşəkar, bacarıqlı, təcrübəli işçi heyəti ilə əhatə olunub.

Biznesin qiymətləndirilməsinə müxtəlif xidmətlər aid edilir. Bunlar əsasən torpaq sahələri, ev, mənzil, avtomobil və fir...
06/05/2019

Biznesin qiymətləndirilməsinə müxtəlif xidmətlər aid edilir. Bunlar əsasən torpaq sahələri, ev, mənzil, avtomobil və firmaya məxsus daşınmaz əmlakın qiymətləndirilməsidir. Eləcə də buraya nəqliyyat vasitələri, avadanlıqlar və digər maddi dəyərlər də daxildir. Sadalanan maddi dəyərlərin qiymətləndirilməsi üçün Beynəlxalq qiymətləndirmə standartlarına uyğun sizə konsaltinq xidmətlərini təklif edirik.

Peşəkar mütəxəssislərimiz sayəsində siz vergi, vergi öhdəlikləri, hüquqi xidmətlər haqqında geniş məlumat ala bilərsiniz...
06/05/2019

Peşəkar mütəxəssislərimiz sayəsində siz vergi, vergi öhdəlikləri, hüquqi xidmətlər haqqında geniş məlumat ala bilərsiniz. Bizim göstərdiyimiz xidmət sayəsində siz öz vergi eləcə də hüquqi problemlərinizi daha asan və tez bir zamanda həll edəcəksiniz.
Bizim vergi və hüquq məsləhəti xidmətlərimizə aiddir:

Azərbaycandakı fəaliyyəti zamanı sizin şirkətinizin rastlaşa biləcəyi gündəlik məsələlərlə bağlı ümumi vergi və hüquq məsləhəti xidmətləri və Azərbaycanın müxtəlif dövlət orqanları tərəfindən aparılan yoxlamalar zamanı peşəkar dəstək
Korporativ, ƏDV, şəxsi və sair vergilərlə bağlı xidmətlər
Transfert qiymətqoyma
Əmək haqqı xidmətləri
Azadolma sertifikatlarının, fərdi icazələrin və s. alınması
Vergi mübahisələrinin həlli
Birləşmə və satınalma əməliyyatlarında vergi və hüquq sahələrində dəstək göstərilməsi
Vergi və hüquq sahəsində digər xidmətlər
Vergi hesabatlarının hazırlanması

İnvest Audit aşağıdakı növ Hüquq xidmətləri həyata keçirir:Hüquqi şəxslər üçün xidmətlər:Daşınmaz əmlak üzrə hüquqların ...
06/05/2019

İnvest Audit aşağıdakı növ Hüquq xidmətləri həyata keçirir:
Hüquqi şəxslər üçün xidmətlər:
Daşınmaz əmlak üzrə hüquqların və onunla bağlı sövdələşmələrin rəsmiləşdirilməsi və qeydiyyatı;
Torpaq sahələri üzrə hüquqların rəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi);
Torpaq sahəsinin İcarə Müqaviləsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi;
Tikinti fəaliyyətinin hüquqi müşayiəti;
qeyri-kommersiya təşkilatlarına hüquqi yardım;
Hüquqi şəxslərin və fərdi sahibkarların qeydiyyatı;
Lisenziyalaşdırma;
Təşkilatlara hüquqi xidmət göstərilməsi
İqtisadi mübahisələrin həlli yollarının təklif edilməsi;
Hüquq konsultasiyaları
Hüquq və biznes konsaltinqi, korporativ və müqavilə hüququ, əqli mülkiyyət hüququ sahəsində xidmətlərin göstərilməsi
Müxtəlif təşkilati-hüquqi formalara sahib şirkətlərin yaradılması, yenidən təşkili və ləğv edilməsi
Mülki-hüquqi müqavilələrin hazırlanması, mövcud müqavilələrə hüquqi rəylərin verilməsi
Fiziki şəxslər üçün xidmətlər:
Daşınmaz əmlak üzrə hüquqların və onunla bağlı sövdələşmələrin rəsmiləşdirilməsi və qeydiyyatı;
Torpaq sahələri üzrə hüquqların rəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi);
Yaşayış yerlərinin özəlləşdirməsi;
Yaşayış yerinin yenidən planlaşdırılması və yenidən qurulması;
Tikintiyə icazələrin alınması, layihə sənədləşməsinin razılaşdırılması, evlərin istismara verilməsi;
Torpaq mübahisələrində hüquqi dəstəyin göstərilməsi;
Daşınmaz əmlakla bağlı sövdələşmələrin hüquq müşayiəti;
Müqavilələrin tərtib edilməsi;- Vərəsəliyə daxil olan zaman kömək;
Məhkəmədə mülki işlərin aparılması ilə bağlı məsləhətlərin verilməsi;
Hüquq konsultasiyaları.

Bizim mühasibat uçotu xidmətlərimizə daxildir: Yerli qanunvericiliyə və MHBS-ə uyğun olaraq gündəlik mühasibat xidmətlər...
06/05/2019

Bizim mühasibat uçotu xidmətlərimizə daxildir:
Yerli qanunvericiliyə və MHBS-ə uyğun olaraq gündəlik mühasibat xidmətlərinin göstərilməsi
• Hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi
• Hüquqi və fiziki şəxslərin mühasibat uçotunun qurulması, aparılması və optimizasiyası
• Əsas vəsaitlərin inventarizasiyası

Audit xidmətlərimizə aşağıdakılar daxildir: • Maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza və təhlillərin...
06/05/2019

Audit xidmətlərimizə aşağıdakılar daxildir: • Maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza və təhlillərin aparılması və yazılı rəy verilməsi
• Milli və beynəlxalq maliyyə-uçot standartlarına uyğun maliyyə hesabatlarının auditi
• Daxili audit xidmətləri
• Maliyyə hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək
• Şirkətin debitor və kreditor borclarının təhlili və audit risklərinin qiymətləndirilməsi
• Maliyyə xərclərinin optimallığının araşdırılması
• Mühasibatlığın və vergi hesabatlılığının auditi
Bizim ən vacib məqsədimiz sizin bizneslə bağlı hər hansı tələb və istəklərinizi dinləyib biznesinizin tez bir zamanda uğur qazanması üçün sizə yardım etməkdir. Bunun üçün isə öncə sizin biznes əməliyyatlarınızı analiz edib, ona uyğun təkliflər və məsləhətlər veririk.

Konsaltinq xidmətlərimiz bunlardır: • Biznes və strateji planlaşdırma• İqtisadi araşdırma və konsaltinq• Menecment hesab...
06/05/2019

Konsaltinq xidmətlərimiz bunlardır: • Biznes və strateji planlaşdırma
• İqtisadi araşdırma və konsaltinq
• Menecment hesabatları
• Maliyyə nəzarəti və maliyyə modellərinin hazırlanması
• İT konsaltinq (ERP sistemlərinin seçilməsi, həyata keçirilməsi və dəstəyi)
• Pul vəsaitlərinin hərəkəti, büdcə və maliyyə modelləşdirilməsi
• Biznes və sahibkarlıq strukturları üzrə məsləhət
• Mühasibat (MHBS) təlimlərinin təşkili
• HR, viza və miqrasiya sahəsində xidmətlərin göstərilməsi
• Investisiya layihələrinin, biznes-planların, investisiya memorandumlarının işlənməsi və analizi
• Maliyyə risklərinin təhlili və kredit layihələrinin analizi
Bir çoxları mühasibata “biznesin və iqtisadiyyatın dili” deyir. Bu dil bir çox müəssisələrin vəziyyətini müəyyən edir, onların gələcəyi haqqında proqnozlar verir. Əgər peşəkar mühasibatlarla çalışırsınızsa bir pillə irəlidəsiniz deməkdir.

MƏN MÜHASİB OLMAQ İSTƏYİRƏM – NƏDƏN BAŞLAMALIYAM?Sıfırdan necə mühasib olmalı?Tatyana Sufiyanovanın economics.studio say...
06/12/2018

MƏN MÜHASİB OLMAQ İSTƏYİRƏM – NƏDƏN BAŞLAMALIYAM?
Sıfırdan necə mühasib olmalı?

Tatyana Sufiyanovanın economics.studio saytında dərc olunmuş yazısını sizin diqqətinizə çatdırırıq.

Birinci, dəqiq hədəf seçiminə diqqət yetirmək lazımdır. Siz adi mühasib olmaq və baş mühasibin rəhbərliyi altında işləmək istəyirsiniz, konkret bir sahə üzrə fəaliyyət göstərmək istəyirsiniz və ya baş mühasib kimi çalışmaq əzmindəsiniz? Bu çox mühümdür – o səbəbdən öncə bunu dəqiq müəyyən etməlisiniz. Çünki, təhsil qaydası, öyrənəcəyiniz material, gələcək işinizlə bağlı hazırlığın həcmi, məhz, bununla bağlıdır.

Harada təhsil almaq istədiyinizi müəyyən edin. Aşağıdakı ardıcıllığa diqqət yetirin:

sizin şəhərdəki kurslar;
internetdə online kurslar;
seminarlar;
vebinarlar;
çap ədəbiyyatı və s.
Həmçinin bax: Mühasib peşəsinin incəlikləri
Nəyin rahat olub-olmadığını, nəyi və hansı üsulla öyrənmək lazım olduğunu, materialın qavranılması üçün bu üsullar arasında özünün seçim etməyin vacib olduğunu anlamaq lazımdır.

Səbirli olmağa çalışın. İş ondadır ki, bütün proseslərdən baş çıxarmaq üçün sizə ən azından iki və ya üç aylıq tam iş qrafiki lazım gələcək. Uğurlu mühasib olmaqdan ötrü təkcə qiymət təyin edilməsini (provodka) öyrənmək kifayət etmir, eləcə də 1C proqramında düymələri düzgün basmağı öyrənmək və ya hesab-fakturanı tərtib etmək yetərli deyil. Bunlar çox azdır. Səbirli şəkildə aşağıdakı mövzuları öyrənmək lazımdır:

Vergitutma sistemləri;
Vergi növləri;
Vergi yoxlamaları;
Vergi məsuliyyəti;
Kadrlar işi (əsasları);
Əmək yoxlamaları;
Hesaba həbs qoyulduqda, nə etməli;
Vergiləri necə azaltmalı;
Rəhbərliyə bu və ya digər vergi məbləğini necə izah etməli;
Vergi reqistrləri və ilkin sənədlərin tərtibatı;
Uçot siyasəti.
Burada mən öyrənməli olduğunuz əsas mövzuları qeyd etmişəm. Hər şeyi dərhal əhatə etmək və qanunları yadda saxlamaq, vergi xidməti və maliyyə nazirliyindən gələn məktublardan baş çıxarmaq mümkün deyil. Və bunu etməyə də lüzum yoxdur.

Diqqəti cəmləşdirmək və vəziyyətdən tez baş çıxarmaq çox vacibdir.

Həmçinin bax: Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip
Siz öz proqramınızda sənədi necə daxil etməyi, müştəri-bankdan necə istifadə etməyi və fakturanı necə çap etməyi, hesabı yaratmaq və vergi xidmətinə məktub tərtib etmək kimi işləri bilirsiniz. Amma, əgər vergi müfəttişliyindən daxil olan adi bir tələb və ya dövlət əmək müfəttişliyindən gələn bir telefon zəngi sizi təlaşa salacaqsa, bu heç də yaxşı bir əlamət deyil.

Unutmayın, hətta təcrübə olmadan belə uğurlu baş mühasib olmaqdan ötrü qanunvericilikdə olan bütün dəyişikliklərə sürətli reaksiya verməyi, vəziyyəti savadlı şəkildə qiymətləndirməyi və onu rəhbərliyə çatdırmağı öyrənməlisiniz.

Getdiyiniz kurslarda mütəxəssislərin məhz, bu məsələlərə istinad etmələri çox vacibdir. Əgər, belə olarsa, onda sizi nə vergi yoxlamaları, nə rəhbərliyin p*s əhvalı, nə əmək müfəttişi və ya işçinin prokurorluğa şikayət etməsi, müştərinin məhkəməyə müraciəti və ya müfəttişliyin qəfil yoxlamaları qorxutmayacaq. Mən işlərinizi tormozlaya və sizləri qorxuda biləcək məqamları diqqətə çatdırdım. Söylədiklərimə əməl etsəniz bunların heç biri baş verməyəcək. Və siz söylənilənlərə tam yiyələnsəniz və onlara tam hazır olsanız, bax, həmin vaxt uğurlu baş mühasib olcaqsınız.

Bank fəaliyyəti öz başlanğıcını Qədim Babilistandan götürüb, o zaman məbədlər girov və ya yazılı öhdəlik məktubları müqa...
06/12/2018

Bank fəaliyyəti öz başlanğıcını Qədim Babilistandan götürüb, o zaman məbədlər girov və ya yazılı öhdəlik məktubları müqabilində müştərilərə faizlə ssuda verirdilər. Analoji əməliyyatlar, eləcə də pul ödənişləri Qədim Yunanıstanda kahinlər, məbədlər və pul “dəyişdiriciləri” tərəfindən, Qədim Romada isə mensariyalar tərəfindən həyata keçirilirdi. Roma imperiyasının süqutu ilə bank sənətkarlığı da süquta uğradı.

Orta əsrlərdə istehsalın və ticarətin inkişafı bank işlərinin də intibahına gətirib çıxardı. 1171-ci ildə Venesiya bankı təsis olundu, XIV-XV əsrlərdə isə bankirlər çox qüvvətli ictimai gücə çevrildilər. Bir çox Avropa ölkələrində banklar ticarətin inkişafı sayəsində təşəkkül tapdılar.

Sonrakı dövrlərdə bank işi daha intensiv inkişaf yolu tutur və təkmilləşməyə başlayır. Bank əməliyyatlarında pulları tədricən borc öhdəlikləri sıxışdırıb aradan çıxarmağa başlayır. Həmin öhdəliklərdən, adlı veksellərdən banknotlar yaranır, çeklərin tətbiq dairəsi genişlənir, nağdsız hesablaşmalar təcrübəsi genişlənirdi ki, bu da bankların inkişafına təkan verirdi. Kredit verilməsi əhəmiyyətli şəkildə şəxsi bankir-sələmçilərin əlində cəmləşmişdi.

Bank biznesinin aktivləşməsində və bank işinin təkmilləşdirilməsində kapitalist istehsalının inkişafı güclü bir təkan rolu oynadı. Məlum olduğu kimi, klassik kapitalizmin vətəni İngiltərə hesab olunur, o səbəbdən bank işinin müasir anlamda əsasları və prinsipləri məhz, həmin ölkədə meydana gəlib. Kommersiya kreditləşdirməsini həyata keçirən ilk iri səhmdar bank İngiltərə bankı oldu, onun ardınca isə digər banklar yarandı.

İlk növbədə banknotların verilməsi, öz vəsaitlərindən kreditlərin ayrılması, bu gün bizə “depozit” adı altında məlum olan müştəri depoziti şəklində qoyulan əmanətlər hesabına kreditləşdirməyə əsaslanan fəaliyyətlər, bank əməliyyatlarının inkişafında keyfiyyətcə yeni bir mərhələ açmış oldu. Ödəmə və kreditləşdirmədə vasitəçilik prioritet təşkil etməyə başladı. Passiv əməliyyatlar sürətlə inkişaf edir – əhalidən, sahibkardan, tacirlərdən yığımlar, sərbəst vəsaitlərin cəlb olunması, ilk növbədə mənfəət əldə etmək məqsədi ilə fəal əməliyyatların genişləndirilməsini və əsasən “pul ticarətini” (mənfəətli yerləşdirməni) müəyyən edir.

Bankların öz kapitalı fəal əməliyyatlar mənbəyi kimi ilkin funksiyasını itirir və müştərilərin depozitlərini və bank təşkilatının ödəmə qabiliyyətini təmin edən əsas kimi xidmət edir.

Bu funksiyaların inkişafı ilə banklar da xüsusi kapitalist müəssisələri kimi inkişaf etməyə başlayır. XVII əsrdə səhmdar cəmiyyət formasında olan banklar meydana gəlir, XIX əsrin sonlarından isə inkişaf etmiş kapitalist ölkələrində səhmdar banklar aparıcı mövqeyə sahiblənirlər. Sənayedə istehsalın cəmləşməsi təsiri altında bankların təmərküzləşməsi güclənirdi. Bu, iri bankların intensiv inkişafı, digər banklarla birləşməsi, eləcə də zəif bankların güclü banklar tərəfindən udulması yolları ilə baş verirdi. XX əsrin başlanğıcında əksər kapitalist ölkələrində kredit sistemində bir neçə nəhəng bank aparıcı mövqeyə malik idilər, hansı ki, yüzlərlə filialları (şöbələri) var idi və sənaye monopoliyaları ilə sıx əlaqədə idilər. Elə indinin özündə də inkişaf etmiş bazar münasibətlərinə malik ölkələrdə bankların cəmləşməsi çox yüksəkdir.

Address

Bakı, Xocalı Prospekti, Dəmirçi Plaza, 22-ci Mərtəbə
Stepan Razin
AZ1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994 50 234 94 00

Alerts

Be the first to know and let us send you an email when İnvest Audit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to İnvest Audit:

Share