03/08/2026
2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə “AzerGold” QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil olunub.
Tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” tammetrajlı bədii filmi nümayiş etdirilib. Kino həvəskarlarının böyük marağına səbəb olan nümayiş iştirakçılara Azərbaycan kinosunun ən müasir və uğurlu nümunələrindən birini izləmək imkanı yaradıb.
Xüsusi olaraq quraşdırılmış açıq hava kinoteatrında filmi 600 nəfərdən çox tamaşaçı izləyib. Nümayiş tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.