15/08/2020
Elektronika mühəndisliyini niyə seçək? Niyə də seçməyək?
Bu ixtisasa sahiblənmək istəyirsinizsə ilk növbədə bu sahə üzrə biraz məlumat verək. Elektronika sahəsi hazırda çox inkişaf etmişdir lakin bu inkişaf başlanğıcını 1950-ci illərdən götürür . 1950-ci illərə qədər elektron lampa texnologiyasından istifadə olunaraq televizorlar radiolar , rabitə vasitələri və s. Elektronika ümumi götürəndə əsas iki hissədən ibarətdir :
Rəqəmsal elektronika və Analoq elektronika. Analoq elektronikada dövrə elementləri iki yerə bölmək olar :
1. Passiv dövrə elementləri
2. Aktiv dövrə elementləri.
Passiv dövrə elementlərinə rezistor , kondensatorlar , induktorlar və s. Misal göstərmək olar.
Aktiv dövrə elementlərinə isə diod , tranzistor , mosfet və s. Misal göstərmək olar.
Rəqəmsal elektronikada isə daha çox məntiq mikrosxemləri , mikrokontroller və s. öyrənilir. Elektronika mühəndisliyi çox geniş sahə olduğundan bu barədə uzun-uzun danışmağ olar. Əsas məsələ heç vaxt ruhdan düşməmək və daim mutailə edərək bilik imkanlarınızı artırmaqdı. İş həyatına atılmazdan əvvəl bu sahəyə giriş etdikdə istər istəməz ətrafınızda "elektronşik" tanışlarınız olmağa başlayacaq. Həmin mühitində sizə həm öyrənməkdə həm də iş həyatına hardansa başlamağa köməyi dəyəcək. Bu sahədə uğur əldə etmək üçün təməl bilgiləri öyrəndikdən sonra özünüzü təcrübə əldə etmək üçün bu işlə məşğul olan şirkət və zavodlara yönləndirin. Araşdıraraq seminar və təcrübə programları rahatlıqla tapa bilərsiniz. Təhsil aldığınız müddətdə bacardığınız qədər nəzəri bilikləri öyrənin. İnanın təhsil müddətində öyrəndikləriniz iş həyatınızda sizə çox kömək edəcək. Həmçinin bu vaxt ərzində əgər xarici dil bilikləriniz yoxdursa xarici dil öyrənməkdə sizin üçün daha xeyirli olacaq. Onuda qeyd edək ki, bu ixtisasa yiyələndikdən sonra iş imkanlarınız çox olacaq və gəlirli bir işlə məşğul olacaqsınız. İş imkanlarınız bilik və təcrübələrinizdən asılı olaraq dəyişəcək. Nə qədər çalışqan olsanız bir o qədər uğur qazanacaqsınız. İstər ölkə daxilində olsun istər ölkə xaricində olsun elektronika mühəndislərinə daim təlabat var. Bu təlabat günü gündən artır. Və sonda daha ətraflı məlumat almaq üçün rəyə qeyd etdiyimiz Elgün Hasanov'un video materialını izləyin