04/09/2026
İcraçıdan Liderə Keçid: Praktiki Menecmentə Giriş Kursu.
Yaxşı mütəxəssis olmaq hələ yaxşı idarəçi olmaq demək deyil. İdarəçilik — fərdi bacarıqlardan komanda nəticəsinə keçid etməyi, düzgün qərarlar almağı və prosesləri idarə etməyi tələb edən ayrıca bir sistemdir.
BIBS Company tərəfindən təqdim olunan "Praktiki Menecmentə Giriş" kursu idarəçilik bacarıqlarını sıfırdan sistemli şəkildə formalaşdırmaq və rəhbər vəzifələrə inamla hazırlaşmaq istəyənlər üçün hazırlanıb.
Təlim Proqramı (4 Modul | 16 Saat)
Modul 1: İcraçıdan İdarəçiyə Keçid və Menecer Düşüncəsi (4 saat)
Menecerin 4 əsas funksiyası (planlama, təşkiletmə, motivasiya, nəzarət), vaxtın idarə olunması və prioritetlərin təyini.
Modul 2: İş Bölgüsü (Delegasiya) və Komanda Dinamikası (4 saat)
Nəyi, necə və kimə tapşırmalı? Mikromenecmentdən uzaqlaşma, komanda daxili rollar və situasiyaya uyğun rəhbərlik.
Modul 3: Düzgün Kommunikasiya və Feedback (əks əlaqə) Mədəniyyəti (4 saat)
SBI modeli ilə effektiv feedback, fərdi (1-ə-1) görüşlərin aparılması və münaqişələrin peşəkar həlli.
Modul 4: Hədəf Qoyma, Nəzarət və Nəticə Alma (4 saat)
SMART və OKR metodları ilə ölçülə bilən hədəflərin təyini, KPI sistemi və real idarəetmə keyslərinin simulyasiyası.
Təlim Sizə Nə Qazandıracaq?
1. İdarəetmənin universal mexanizmlərini tətbiq etmək bacarığı
2. Komandanı düzgün yönləndirmək və vaxta qənaət etmək metodları
3. Real keyslər, işçi şablonlar və idarəetmə alətləri
4. Kursu uğurla bitirənlərə rəsmi Sertifikat
Başlama tarixi: 10 Oktyabr
Format: İntensiv qrup (Hər biri 4 saatlıq 4 modul / Cəmi 16 saat)
Kurs peşəkar mütəxəssis tərəfindən tədris olunur və kursu uğurla bitirən iştirakçılara peşəkar sertifikat təqim edilir.
İştirak ödənişlidir.
15 sentyabr tarixinədək qeydiyyatdan keçən hər kəsə xüsusilə tələbələrə 50 AZN həcmində ENDİRİM tətbiq olunacaqdır.
Komandanızı və karyeranızı yeni səviyyəyə qaldırmaq üçün yerinizi indidən rezerv edin.
Qeydiyyatdan keçmək və ya ətraflı məlumat üçün mesaj bölümünə yazın və ya aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlayın.
E-poçt: [email protected]