Azvak.az

Azvak.az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azvak.az, Business consultant, Baku.

08/04/2026

Administrator-kassir, Aşpaz, xadimə tələb olunur

İşəgötürən: MER Group

Vəzifələr:

👤 Administrator-kassir
👨‍🍳 Aşpaz
🧹 Xadimə

📍 Vakansiya olan bölgələr:

🏙 Qəbələ (Nic kəndi)
🏙 Oğuz (Dəymədərə kəndi)
🏙 Goranboy (Dəliməmmədli)
🏙 Salyan (Aşağı Kürkənd)
🏙 Lənkəran (Haftuni kəndi)
🏙 Masallı (Xıl kəndi)
🏙 Astara (Şahağacı kəndi)

📩 Müraciət üçün:

Maraqlanan namizədlər sizə uyğun vakansiyanın adını və bölgənin adı qeyd edərək öz məlumatlarını və ya CV-lərini 051 929 55 11 nömrəsinə WhatsApp vasitəsilə göndərə bilərlər. (ZƏNG ETMƏYİN)
📌 Qeyd: Müraciət zamanı mütləq müraciət etdiyiniz vəzifəni və bölgəni qeyd edin.

08/04/2026

📌 KNM üzrə Sürücü tələb olunur

🏢 İşəgötürən: LVIV ŞOKOLAD EVİ

📍 İş yeri: Xətai rayonu (Xətai metrosu yaxınlığı)

💰 Əmək haqqı: 600 AZN + nahar pulu

📝 İş şərtləri:

• 📅 İş rejimi: 6 günlük;
• 📄 Rəsmi işə qəbul: AR əmək qanunvericiliyinə uyğun;
• 🚚 İş prosesi: KNM və anbar/çatdırılma marşrutları üzrə;
• 👤 Yaş: 30–45.

📝 Əsas tələblər:

• 🚛 Təhkim edilmiş nəqliyyat vasitəsi ilə yüklərin vaxtında çatdırılması və geri daşınması;
• 🛠️ Yükləmə–daşınma prosesində təhlükəsizlik və qaydalara əməl olunması;
• 🕒 Minimum 3 il sürücü təcrübəsi (anbar/istehsalat/logistika sahəsində üstünlük);
• 🪪 Müvafiq sürücülük vəsiqəsi;
• 🚦 Yol hərəkəti qaydalarını yaxşı bilmək;
• ⚠️ Yükləmə–boşaltma prosesinə nəzarət;
• 🛠️ Texniki baxış və nəqliyyatın sazlığı üzrə əsas biliklər;
• 🧑‍💼 Nizam-intizam, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
• ⏱️ Dürüstlük, dəqiqlik və tapşırıqları vaxtında icra etmək;
• 🗺️ Şəhər daxili yolları yaxşı bilmək;
• ✈️ Ezamiyyətlərə hazır olmaq.

⭐ Üstünlük verilir:

• İstehsalat–anbar daşınmalarında təcrübə;
• Marşrut planlama və çatdırılma qrafiki üzrə iş təcrübəsi;
• Səliqəli sənədləşmə vərdişi (təhvil-təslim aktı, qaimə və s.);
• Şəhər daxili yolları tanımaq və yol hərəkət qaydalarına ciddi riayət etmək.

📧 Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini “KNM üzrə Sürücü” mövzusu ilə [email protected]
elektron ünvanına göndərə bilərlər.

08/04/2026

📌 Ofisiant tələb olunur

🏢 İşəgötürən: Lvov Şokolad Evi

📍 İş yeri: Cresent Mall

💰 Əmək haqqı: 450–550 AZN

📝 İş şərtləri:

• 📅 6 günlük iş həftəsi;
• ⏰ Növbəli iş rejimi;
• 📄 Əmək müqaviləsi rəsmi;
• 🍴 Yemək pulu ilə təmin olunacaq;
• 🎁 Bonus.

📧 Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini “Ofisiant” mövzusu altında [email protected]
elektron ünvanına göndərə bilərlər və ya 📞 055 444 47 95 nömrəsi ilə əlaqə saxlasınlar.

İnsan Resursları üzrə mütəxəssis tələb olunurİşəgötürən: MER Groupİş şəraiti:İş yeri: Gumush Plazaİş qrafiki: Həftənin 5...
08/04/2026

İnsan Resursları üzrə mütəxəssis tələb olunur

İşəgötürən: MER Group

İş şəraiti:
İş yeri: Gumush Plaza
İş qrafiki: Həftənin 5 günü
İs saatı: 09:00-18:00
Əmək haqqı: 1000 AZN
Azərbaycan Respublikası Əmək Qanunvericiliyə əsasən rəsmiləşdirilmə;

Vəzifə Öhdəlikləri:

Əmək qanunvericiliyinə uyğun sənədləşmə: İşçilərin işə qəbulu, işdən azad edilməsi, başqa vəzifəyə keçirilməsi, ezamiyyət və məzuniyyət əmrlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun hazırlanması;
1C Proqramı ilə iş: Bütün kadr kargüzarlığı proseslərinin 1C (8.3 versiyası) proqram təminatına vaxtında və xətasız daxil edilməsi;
E-hökumət portalı: Əmək müqaviləsi bildirişlərinin E-sosial.az (ƏMAS) portalında qeydiyyata alınması, xitam verilməsi və dəyişikliklərin edilməsi;
Şəxsi işlərin aparılması: İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin tamlığına nəzarət edilməsi və arxivləşdirilməsi;
Əmək kitabçaları: Qorunub saxlanılması (və ya elektron qaydada izlənilməsi);
Tabel uçotu: İş vaxtının uçot tabelinin tərtib edilməsi, işçilərin davamiyyətinə və bülletenlərə nəzarət;
Arayış və hesabatlılıq: İşçilərin müraciəti əsasında iş yerindən arayışların hazırlanması və HR menecerə dövri hesabatların təqdim edilməsi.

Namizədə dair tələblər:

Təhsil: Ali təhsil
Təcrübə: HR sahəsində minimum 2 il iş təcrübəsi;
Proqram bilikləri: * 1C (mütləqdir);
MS Office (xüsusilə Excel);
E-hökumət portallarından sərbəst istifadə bacarığı.
Qanunvericilik bilikləri: Azərbaycan əmək qanunvericiliyini bilmək
Bacarıqlar: Detallara diqqətlilik, məsuliyyətlilik və konfidensiallığı qorumaq bacarığı.
Korporativ etik qaydalar və işçi münasibətləri

Aygul Abbasova: Müraciət: CV-lərinizi [email protected] elektron poçtuna göndərin və ya 051 929 55 11 nömrənin vatsapına göndərə bilərsiniz.

e-Sosial - Vahid sosial reyestr | sosial müdafiə hüquqlarınızı buradan öyrənin

08/04/2026

Pizzaçı tələb olunur

İşəgötürən: Papa Johns

İş Şərtləri:

- İş qrafiki: Növbəli 10:00-18:00; 13:00-21:00; 15:00-23:00
- 6 günlük iş həftəsi.

- Yaş: 18-40
- Tələbə qəbul edilmir.

- Növbəli iş rejimi.
- Əmək haqqı 400-450 manat + bonus
- Nahar ödənişi verilir

- Təcrübəyə ehtiyac yoxdur. İş 0-dan öyrədilir.
- Bəy namizədlərə üstünlük verilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Pizzaçı” mövzusu altında [email protected] elektron ünvanına göndərə bilərlər. Və ya 0502294277 Whatsapp nömrəsinə mesaj yaza bilərsiniz. ( zənglərə baxılmır)

08/04/2026

AŞPAZ tələb olunur - Sevinc Mall( Qara Qarayev)

İşəgötürən: BURSA KEBAP EVİ

Əsas vəzifələr:

Qida məhsullarının reseptlərə uyğun hazırlanması
Qida keyfiyyətinin və gigiyena standartlarının yüksək səviyyədə qorunması
Məhsul və xammal təchizatına nəzarət, sifarişlərin planlaşdırılması.
Komanda ilə birgə səmərəli işləmək

Namizəddən tələblər:

Aşpaz vəzifəsində təcrübəsi olan (türk mətbəxi üzrə olması üstünlükdür)
Türk mətbəxi üzrə geniş biliklər və təcrübə
Qida təhlükəsizliyi və sanitariya qaydalarına dair məlumat və təcrübə

Təklif etdiklərimiz:

Rəsmi əmək müqaviləsi
Əmək haqqı: 800 AZN + nahar üçün əlavə ödəniş
Rahat və sabit iş mühiti
Peşəkar kollektiv
Nizamlı iş saatları
Karyera və şəxsi inkişaf dəstəyi

İş yeri: Sevinc Mall( Qara Qarayev)
İş rejimi: 6 günlük iş qrafiki
Müraciət etmək üçün:

Zəhmət olmasa CV-nizi mövzu yerində “Aşpaz” qeyd etməklə [email protected] e-mail ünvanına və ya 055 444 47 95 nömrənin vatsapına göndərin:

08/04/2026

KNM Meneceri (İstehsalat + anbar idarəetməsi) tələb olunur

İşəgötürən: LVOV ŞOKOLAD EVİ

KNM (Keyfiyyət-Nəzarət və Məhsul İstehsalına Nəzarət Meneceri) bölməsində istehsalat proseslərinin planlı, standartlara uyğun , eyni zamanda anbar uçotu, məhsul hərəkəti və inventar nəzarətinin dəqiq qurulmasını təmin etmək.

Gündəlik/həftəlik istehsal planının hazırlanması və icrasına nəzarət
Reseptura və texnoloji kartlara uyğun istehsalın təşkili (qramaj, norma, çıxım)
İstehsalatda keyfiyyət, gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi
Məhsuldarlığın artırılması, vaxt itkisi və xammal itkilərinin azaldılması üzrə yaxşılaşdırma addımları
İstehsalat heyətinin (növbə, iş bölgüsü, intizam) idarə olunması
Xammal və hazır məhsul anbarında qəbul-saxlanma-buraxılış proseslərinin idarəsi
Minimum/maksimum stok səviyyələrinə nəzarət edilməsi, çatışmazlıq risklərinin önlənməsi
FIFO/FEFO prinsipləri ilə işləmə, son istifadə tarixlərinə nəzarət
Qaytarma, silinmə, zay/itki aktlarının düzgün sənədləşdirilməsi və əsaslandırılması
Məhsul hərəkəti: anbar -> istehsalat -> restoranlar/satış nöqtələri prosesinin izlənməsi
İnventarizasiyaların (gündəlik/aylıq/dövri) təşkili, fərqliliklərin analizi və səbəblərinin araşdırılması
Daxili nəzarət, risklər, uyğunsuzluqlar, təkrarlanan səhvlərə qarşı tədbirlər
Hesabatların hazırlanması: stok, itki, çıxım, istehsal icrası və s.
Satış/filial ehtiyaclarına uyğun tələbat planının hazırlanması
Satınalma ilə birgə xammal sifarişlərinin əsaslandırılması (norma, plan, stok, itki)
Təchizat gecikməsi və keyfiyyət problemi risklərinin idarə edilməsi

Namizədə tələblər:

Ali təhsil (qida mühəndisliyi, logistika, menecment və ya uyğun sahə - üstünlükdür)
İstehsalat və anbar idarəetməsi üzrə minimum 2-3 il təcrübə (FMCG, qida istehsalı, restoran/KNM - üstünlükdür)
Stok idarəetməsi, inventar nəzarəti, FIFO/FEFO, norma/çıxım anlayışları
Güclü təşkilatçılıq, komandanın idarə edilməsi və operativ qərarvermə bacarığı
Exceldə sərbəst işləmək (hesabat, cədvəl, analiz)
Dəqiqlik, intizam, məsuliyyət, sistemli yanaşma
1C / anbar proqramı ilə işləmə təcrübəsi
Qida təhlükəsizliyi və sanitariya standartları üzrə bilik (HACCP və s.)

Əmək haqqı: müsahibə əsasında təyin olunacaq (təcrübəyə görə)
İş qrafiki : 6 günlük
İş yeri: Xətai

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “KNM Meneceri” mövzusu altında [email protected] elektron ünvanına göndərə bilərlər və ya 055 444 47 95 nömrəsi ilə əlaqə saxlasin.

08/04/2026

Qeydiyyatçı menecer qadın tələb olunur

Dahi Academy komandamıza qoşulmaq üçün məsuliyyətli və enerjili xanım menecer axtarır.

📌 Vəzifə öhdəlikləri:

Filialın gündəlik idarə olunması

Müştərilərlə ünsiyyət və qeydiyyat prosesinin təşkili

Ofis sənədləşməsinin aparılması

Rəhbərliyə hesabatların təqdim edilməsi

Komanda işinin koordinasiyası

✅ Tələblər:

Xanım namizəd

Yaş həddi: 22–28 (32) yaş

Ofis proqramlarını mükəmməl bilməli (Word, Excel və s.)

Ünsiyyət bacarığı yüksək, məsuliyyətli və intizamlı

🕘 İş qrafiki:

Bazar ertəsi – Şənbə

Saat 09:00 – 18:00

💰 Əmək haqqı: 400 AZN

İşlə bağlı müraciətinizi 0 70 992 33 00 nömrənin vatsapına yaza bilərsiniz.

08/04/2026

Gözətçi tələb olunur (Xətai filialı üçün)

İşəgötürən: LVOV Şokolad Evi

İş Şərtləri:

- İş qrafiki: Növbəli (bir gündən bir)
- Yaş: 30-50 yaş aralığı
- Əmək haqqı ştat cədvəlinə uyğun şəkildə təyin olunacaq.
- Nahar ödənişi verilir

Vəzifə öhdəlikləri

-İstehsalat ərazisinin mühafizəsini təmin etmək
-Əraziyə giriş-çıxışa nəzarət etmək
-Təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək
-Fövqəladə hallarda rəhbərliyə məlumat vermək

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Gözətçi” mövzusu altında [email protected] elektron ünvanına göndərə bilərlər. Və ya 055-444-47-95 nömrəsinə yaza bilərsiniz.

08/04/2026

LVOV ŞOKOLAD EVİ QƏNNADÇI vakansiyası elan edir!

İş yeri ünvanı: Nərimanov filialı

Vəzifə öhdəlikləri:

Fəsəli, pankek, waffles və digər şirniyyat növlərinin hazırlanması
Hazırlanmış məhsulların bişirilməsi və təqdimata hazır vəziyyətə gətirilməsi
Meyvələrin (banan,çiyələk və s.) təmizlənməsi, hazırlanması və desertlərə əlavə edilməsi
Qozun təmizlənməsi və desertlərdə istifadəsi
Dad və keyfiyyətə nəzarət
Mətbəxdə səliqə və gigiyena qaydalarına riayət olunması

Tələblər:

Un və desert məmulatları üzrə minimum təcrübə
Səliqəli və məsuliyyətli olmaq
Komandada işləmək bacarığı
Operativ və diqqətli olmaq

İş şəraiti:

İş qrafiki: 6 günlük iş həftəsi, növbəli iş rejimi
Əmək haqqı : İlkin olaraq 500 (1 il ərzində 2 dəfə əmək haqqı artımı)
Nahar pulu və bonus ilə təmin olunma
Rahat iş mühiti

Qeyd olunan tələblərə cavab verən namizədlər müraciət üçün CV-sini [email protected] elektron ünvanına göndərə bilərlər və ya 055 444 47 95 nömrəsi ilə əlaqə saxlasın.

08/04/2026

Problemli kreditlər üzrə kiçik mütəxəssis tələb olunur

İşəgötürən: “OLS COMPANY” MMC

Vakansiyanın adı: Problemli kreditlər üzrə kiçik mütəxəssis

Namizədə dair tələblər:

Ali və ya orta ixtisas təhsili (maliyyə, iqtisadiyyat, hüquq və oxşar sahələr arzuolunandır);
Müvafiq sahədə təcrübə arzuolunandır
Azərbaycan dilində səlis danışıq (rus dili arzuolunandır);
Ünsiyyət qurma və inandırma bacarığı;
Stresə davamlı, məsuliyyətli və nəticəyönümlü olmaq;
MS Office proqramları ilə işləmə bacarığı.
Cins: hər iki cins (qadın və kişi). Üstünlük bəylərə verilir.
Yaş:20-35
İş təcrübəsi müddəti: tələb olunmur

Vəzifə öhdəlikləri:

Problemli kredit portfeli üzrə borcalanlarla əlaqə saxlamaq;
Borcların geri qaytarılması məqsədilə telefon danışıqları aparmaq;
Borcalanların maliyyə vəziyyətinin ilkin təhlilində iştirak etmək;
Ödəniş qrafiklərinin hazırlanmasında dəstək göstərmək;
Müştəri məlumatlarının sistemə daxil edilməsi və yenilənməsi;
Görülmüş işlər üzrə gündəlik və aylıq hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən verilən digər operativ tapşırıqları icra etmək.
Əməkhaqqı məbləği: 500-800 manat civarında (əmək haqqı + bonus)

Biz nə təklif edirik:

Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
Stabil və uzunmüddətli iş imkanı;
Peşəkar təlimlər və inkişaf proqramları;
Karyera yüksəlişi imkanları;
PAŞA Həyat sığortası üzrə yığım paketlərinə qoşulma imkanı;
Push30 platforması vasitəsilə fitness və sağlam həyat tərzi xidmətlərindən yararlanmaq imkanı;
Müasir və komfortlu ofis mühiti;
Gənc və dinamik kollektiv.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
İş yerinin ünvanı: Yasamal rayonu Şəfayət Metiyev 100-104
Həftənin iş günləri: Bazar ertəsi – Şənbə
İş saatları: 1-5-ci günlər 10:00 -18:00, Şənbə günü 11:00-16-00.

Müraciət qaydası: Tələblərə uyğun namizədlər öz CV-sini “Problemli kreditlər üzrə kiçik mütəxəssis” başlığı ilə [email protected] electron poçt ünvanına göndərə bilərlər

Vatsap: 051 213 83 45

Müraciət üçün son tarix: 07.05.2026

"OLS Company" (Objective Legal Services) – Azərbaycanda hüquqi və maliyyə məsələlərinin həlli üzrə ixtisaslaşmış müasir xidmət platformasıdır. Şirkət korporativ və fərdi müştərilərə geniş spektrli hüquqi problemlərin həllində dəstək göstərilməklə yanaşı kredit portfellərin alışı və idarəetməsi üzrə ixtisaslaşıb.

08/04/2026

AzVak-da bu günə olan yeni elanlar 2-ci HİSSƏ ( 08.04.2026 )

Qeydiyyatçı (Receptionist) tələb olunur

Ətraflı tanış ol və müraciət et: https://azvak.az/vakansiyalar/qeydiyyatci-resepsn/10694

Hostess (restoran üzrə) tələb olunur

Ətraflı tanış ol və müraciət et: https://azvak.az/vakansiyalar/hostes/10695

Satış Müdiri (İzolyasiya Məhsulları üzrə) tələb olunur

Ətraflı tanış ol və müraciət et: https://azvak.az/vakansiyalar/mudir/10696

Aparıcı mühasib tələb olunur

Ətraflı tanış ol və müraciət et: https://azvak.az/vakansiyalar/muhasib/10697

Reception tələb olunur

Ətraflı tanış ol və müraciət et: https://azvak.az/vakansiyalar/qeydiyyatci-resepsn/10698

Ərazi koordinatoru (Klassik Qeyri-Qida Məhsulları üzrə) tələb olunur

Ətraflı tanış ol və müraciət et: https://azvak.az/vakansiyalar/koordinator/10699

Zəng Mərkəzi operatoru tələb olunur

Ətraflı tanış ol və müraciət et: https://azvak.az/vakansiyalar/operator/10700

Fəhlə (Ayaqqabı İstehsalatı) tələb olunur

Ətraflı tanış ol və müraciət et: https://azvak.az/vakansiyalar/fehle/10701

Ağdaş rayonu üzrə kredit mütəxəssisi tələb olunur

Ətraflı tanış ol və müraciət et: https://azvak.az/vakansiyalar/kredit-mutexessisi/10702

Şirkət Direktoru (Mebel istehsalı) tələb olunur

Ətraflı tanış ol və müraciət et: https://azvak.az/vakansiyalar/direktor-seddr/10703

Daha çox elanlarla tanış olmaq üçün 👉 https://azvak.az/

Address

Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Azvak.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share