SMART AUDIT

SMART AUDIT AUDIT, ACCOUNTING, LEGAL REGISTRATION OF COMPANIES, HR MANAGEMENT, TAX CONSULTING, LEGISLATION, EVALUATION

Smart Audit is a leader in assurance, tax, transaction and advisory services since 2004. The insights and quality services we deliver help build trust and confidence in the capital markets and in economies the world over. We develop outstanding leaders who team to deliver on our promises to all of our stakeholders. In so doing, we play a critical role in building a better working world for our people, for our clients and for our communities.

08/07/2022
Xaqımızı, Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə ürəkdən təbrik edirik !
12/11/2020

Xaqımızı, Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə ürəkdən təbrik edirik !

Hesabatlar və ödənilməli vergilər barədə yaddaş2020-ci ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyanna...
25/02/2020

Hesabatlar və ödənilməli vergilər barədə yaddaş
2020-ci ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə

Əlavə dəyər vergisinin bəyannaməsi,
Aksiz bəyannaməsi,
Yol vergisinin bəyannaməsi,
Mədən vergisinin bəyannaməsi,
Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2020-ci ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və bu bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

Xüsusi notariusların 2020-ci ilin fevral ayı üzrə hesabladığı gəlir vergisi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Muzdlu işlə əlaqədar 2020-ci ilin fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2020-ci ilin fevral ayı üzrə hesablanmış sığorta haqları 2020-ci ilin mart ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta haqqı üzrə hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” formasında təsdiq edildiyindən muzdlu işlə əlaqədar ödənilmiş vergi və məcburi dövlət sosial sığortası, həmçinin işsizlikdən sığorta üzrə ödənilmiş sığorta haqları barədə 2020-ci ilin I rübü üzrə bəyannamə qeyd edilən vahid bəyannamə formasında cari ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir.

15/01/2020

Vergilər Nazirliyi mənfəət vergisi, gəlir vergisi, sadələşdirilmiş vergi, aksiz vergisi, əlavə dəyər vergisinin bəyannnamə formaları və onların hazırlanması qaydalarını təsdiq edib. Sənədə əsasən, qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi, dövlət rüsumunun tutulması haqqında hesabatın, ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin forması və onların doldurulması, eləcə də daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin tərtib edilməsi, yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamənin tərtib edilməsi qaydaları təsdiqlənib. Həmin sənədlərə əlavələr qəbul olunub. Bununla 2005-2019-cu illərdə təsdiq edilən eyniadlı sənədlər ləğv edilib.

Qaydalar 1 yanvar 2020-ci ildən qüvvəyə minib.

ƏDV-yə mallar hansı halda cəlb olunmur?Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı bu fəslə uyğun olar...
13/01/2020

ƏDV-yə mallar hansı halda cəlb olunmur?
Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı bu fəslə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyiciləri tərəfindən malların idxalına görə əlavə dəyər vergisinin, o cümlədən tranzit yük daşınması qaydasında və müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə əlavə dəyər vergisinin (ƏDV) hansı qaydada hesablandığını müəyyənləşdirməkdir. Tranzit qaydada və müvəqqəti idxal şəklində Azərbaycan Respublikasına daxil olan mallar ƏDV-nin obyekti deyil. Tranzit dedikdə, hər hansı hüquqi və ya fiziki şəxsin malların bir ölkədən digər ölkəyə daşınması zamanı üçüncü və ya daha çox ölkənin ərazisindən istifadə etməsidir. Müvəqqəti idxal zamanı isə mallar bir ölkəyə daxil olur, amma müəyyən müddətdən sonra geri qaytarılır. Bu iki halda mallar ƏDV-yə cəlb olunmur.

Vergi Məcəlləsinə əsasən, ƏDV ilə bağlı əməliyyatlar 3 növə bölünür: ƏDV-yə 18 faizlə cəlb olunan, (0) dərəcə ilə cəlb olunan və ƏDV-dən azad olunan əməliyyatlar.

Əməliyyatların ƏDV-yə cəlb olunması üçün əsas məqamlardan biri də malların, işlərin və xidmətlərin Azərbaycan Respublikasında təqdim olunmasıdır. Əgər mallar, işlər və xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim olunursa, bu zaman ƏDV yaranmır, belə dövriyyələr ƏDV obyekti deyil. Qeyd edək ki, bu məsələ ilə malların ixracı məsələsini qarışdırmaq olmaz.

Dəyərli müştərimizdən :)
28/12/2019

Dəyərli müştərimizdən :)

"SMART AUDİT" MMC-də "Beynəlxalq Mühasiblər Günü"nü qeyd etdik. Başda şirkətimizin mühasibləri olmaqla, bütün mühasiblər...
08/11/2019

"SMART AUDİT" MMC-də "Beynəlxalq Mühasiblər Günü"nü qeyd etdik. Başda şirkətimizin mühasibləri olmaqla, bütün mühasibləri öncədən təbrik edirik.

Happy İndependence day of Azerbaijan!
18/10/2019

Happy İndependence day of Azerbaijan!

Smart Audit 15-ci il dönümünü qeyd edir.Smart Audit celebrate 15th anniversary.
15/10/2019

Smart Audit 15-ci il dönümünü qeyd edir.
Smart Audit celebrate 15th anniversary.

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən sentyabrın 1-dən ölkədə minimum əm...
03/09/2019

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.
Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Report agentliyinə verilən məlumata görə, bu il Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.
Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.

Nazirlər Kabineti "Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından...
05/08/2019

Nazirlər Kabineti "Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.

Qeyd edək ki, indiyədək kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 120 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1.500 nəfər, balansın yekun məbləği 300 milyon manatdan az olmamalı idi.

Yeni dəyişikliyə əsasən, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəlir və balansın yekun məbləğinə dair göstərici artırılır, hesabat ili ərzində işçilərin orta hesabla sayı isə dəyişmir.

Başqa sözlə, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 180 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1.500 nəfər, balansın yekun məbləği isə 450 milyon manatdan az olmamalıdır.

Address

609 J. Jabbarli Str Baku, Azerbaijan, 12 Floor, Globus Center
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125975515

Alerts

Be the first to know and let us send you an email when SMART AUDIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SMART AUDIT:

Share