EBA Konsaltinq

Call Directions Contact the business

EBA Konsaltinq Daha ətraflı paylaşımlarda.

EBA Konsaltinq olaraq əsas fəaliyyətimiz mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vergi və mühasibat uçotu sahəsində xidmətlərin göstərilməsindən ibarətdir.

07/03/2023

İŞ ELANI!

Əməkdaşlıq etdiyimiz, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətə mühasib axtarırıq.
İş rejimi: həftənin 5 günü, 09:00-18:00
Nahar və mobil nömrə şirkət tərəfindən təmin olunur.
Əmək haqqı namizəddən asılı olaraq 1000-1200 manat aralığında olacaq.

Namizədlərdən əsas tələb və istəklər:
-E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
-Bank və kassa ödənişlərinin həyata keçirilməsi;
-Hər hansı ERP-də (1C, LOGO) işləmək bacarığı;
-MS Ofis, xüsusilə EXCEL-də yaxşı işləmək bacarığı;
-Vergi, əmək və sosial sığorta sahələri üzrə nəzəri biliklərinin olması;

Türk dili bilməsi arzuolunandır.

Maraqlananlardan CV-ni aşağıdakı ünvanlara göndərmələrini xahiş edirəm.
[email protected], [email protected]

Bildiyiniz kimi artıq ödənilmiş vergilərin geri alınması ilə bağlı müəyyən çətinliklər vardır, lakin bu mümkünsüz də dey...
05/08/2022

Bildiyiniz kimi artıq ödənilmiş vergilərin geri alınması ilə bağlı müəyyən çətinliklər vardır, lakin bu mümkünsüz də deyil, son bir ildə təmsilçisi olduğumuz müştərilərimizin adından Dövlət Vergi Xidməti vasitəsilə büdcədən almış olduğumuz ödənişlər barədə icmal məlumatı sizinlə bölüşmək istəyirəm:
-müştəri sayı 8
-qeyri-rezidentlərdən ödəmə mənbəyində tutulmuş vergi məbləğinin geri alınması 181 530 manat
-sərnişindaşıma fəaliyyəti ilə məşğul olan (dizel yanacağı istifadə edən daşıyıcılar münasibətdə) vergi ödəyicilərinə dövlət tərəfindən nəzərdə tutulmuş subsidiyanın alınması 76 600 manat
Sizin də büdcədən geri almalı olduğunuz artıq ödənişləriniz və ya haqq etdiyiniz subsidiyalarınız varsa, bizimlə əlaqə saxlaya bilərsiz!

"Sosial sığorta haqqında qanun"a düzəlişlər"Sosial sığorta haqqında" qanuna düzəlişlər təsdiqləndi. Xüsusilə, fərdi sahi...
03/06/2020

"Sosial sığorta haqqında qanun"a düzəlişlər

"Sosial sığorta haqqında" qanuna düzəlişlər təsdiqləndi. Xüsusilə, fərdi sahibkarlıq fəaliyyəti göstərən şəxslərin sosial sığorta öhdəlikləri əhəmiyyətli şəkildə azaldıldı.

Yeni 14.5.1-1-ci və 14.5.1-2-ci maddələr əlavə edilib, lakin bu maddələrin qüvvəyə minmə tarixi qeyd olunmayıb.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Biznes subyektlərinin nəzərinə!Mikro, kiçik və qismən də orta sahibkarlıq subyektlərində mühasibat, vergi uçotunun aparı...
27/05/2020

Biznes subyektlərinin nəzərinə!

Mikro, kiçik və qismən də orta sahibkarlıq subyektlərində mühasibat, vergi uçotunun aparılması üçün tələb olun işçilərə təklif olunan əmək haqqı ilə onlardan gözlənilən peşəkarlıq səviyyəsi arasında fərq artmaqdadır. Biznes üçün peşəkar mühasib problemi də əsas kadr problemlərindən birinə çevrilməkdədir. Bütün dünyada bizneslər bu problemi autsorsinq – kənardan xidmət almaqla həll edirlər. Daha ucuz qiymətə, daha keyfiyyətli xidmət alınır, məzuniyyət, kadr axıcılığı, informasiya itkisi olmur.

EBA Konsaltinq olaraq aşağıdakı xidmətləri Sizə təklif edirik:

-uçot sisteminin qurulması və uçotun aparılması;
-vergi risklərinin qiymətləndirilməsi, vergi öhdəliklərinin planlaşdırılması və optimallaşdırılması;
-hesabat və bəyannamələrin standartlara uyğun şəkildə hazırlanması və təqdim edilməsi;
-maliyyə hesabatlarının hazırlanması;
-uçotla əlaqədar digər xidmətlər.

Xidmətlərimizi ehtiyac və müştərimizin imkanı nəzərə alınmaqla, müştərimizin iş yerində və ya məsafədən yerinə yetirə bilən peşəkar heyətlə icra edirik.


Siz biznesə köklənin, biz hesablayarıq!

Tel: +99412 408 15 35, +99450 265 1054

Nəhayət ki, İqtisadiyyat Nazirliyinin tərkibində olan yeni qurumların, o cümlədən Dövlət Vergi Xidmətinin əsasnaməsi yar...
13/05/2020

Nəhayət ki, İqtisadiyyat Nazirliyinin tərkibində olan yeni qurumların, o cümlədən Dövlət Vergi Xidmətinin əsasnaməsi yaradıldı. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin olunan rəis rəhbərlik edəcək. Hələ ki, rəis təyinatı barədə məlumat yoxdur, maraqla gözlənilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ƏSASNAMƏSİ 12 May 2020 16:30 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir 1. Ümumi müddəalar 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl...

Vergilər Nazirliyinin şərhindən belə başa düşülür ki, sadələşdirilmiş vergi ödəyicisi olan şəxsin ƏDV qeydiyyatına alınd...
02/05/2020

Vergilər Nazirliyinin şərhindən belə başa düşülür ki, sadələşdirilmiş vergi ödəyicisi olan şəxsin ƏDV qeydiyyatına alındıqda qeydiyyat tarixinə olan mal qalığının ƏDV qeydiyyatından sonrakı tarixdə təqdim olunması ƏDV-yə cəlb olunan əməliyyat sayılır.

Hesab edirik doğru yanaşma deyil. Belə ki, bu mallar əldə olunarkən ƏDV ödənilmişdir və əvəzləşmə hüququ olmadığından birbaşa malın maya dəyərinə əlavə olunmuşdur.

Qanunun bu formada şərhi vergi ödəyicisini əlavə öhdəlik altına salır, ödəyici isə bu öhdəlik altına girməmək üçün məcbur malların dəyərinin üzərinə 18% əlavə etməli olur, bu halda da bazarda rəqabətdə uduzur.

Vergi Məcəllənin 3.1-ci bəndində deyilir: Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır

Burada ədalətlilik prinsipi pozulur.

https://vergiler.az/news/taxes/5983.html

Pandemiyadan zərər çəkmiş sahələrə dövlət dəstəyi proqramı çərçivəsində fərdi (mikro) sahibkarlara ödəniləcək kompensasi...
21/04/2020

Pandemiyadan zərər çəkmiş sahələrə dövlət dəstəyi proqramı çərçivəsində fərdi (mikro) sahibkarlara ödəniləcək kompensasiya birdəfəlik nəzərdə tutulub. Gözlənilən o idi ki, bu növ kompensasiya da əmək haqqlarının ödənilməsi üçün nəzərdə tutulan kompensasiya kimi karantini rejiminin davam etdiyi müddətdə hər ay üçün ayrıca ödəniləcək.

Bir vaxtlar nüfuzlu "Enron" şirkəti 2002-ci ildə mühasibat işinin düzgün təşkil olunmaması və yalan məlumatlar verməsi u...
14/04/2020

Bir vaxtlar nüfuzlu "Enron" şirkəti 2002-ci ildə mühasibat işinin düzgün təşkil olunmaması və yalan məlumatlar verməsi ucbatından müflis olur. Şirkətin rəhbərləri Konqresə dəvət edilərək dinləmələr zamanı sorğu-sual edilir və onların bəzisi cinayət məsuliyyətinə cəlb olunurlar.

Uçot bu qədər önəmlidir.

#

Vergi uçotu vs maliyyə uçotu Rüşvətlə rüsumu qarışdıran keçmiş gömrük komitəsinin sədri Tahir Əliyev kimi yəqin ki, bir ...
14/04/2020

Vergi uçotu vs maliyyə uçotu

Rüşvətlə rüsumu qarışdıran keçmiş gömrük komitəsinin sədri Tahir Əliyev kimi yəqin ki, bir çoxlarımız da maliyyə uçotunu vergi uçotu ilə qarışdırdığımız zamanlar olub. Bəzən bilməməzdikdən "əşşi hər ikisi uçotdur da, nə fərqi var" deyibən keçirik. Uçotun aparılması məqsədinə diqqət yetirsək görərik ki, bu uçot növləri bir-birindən məhz məqsədlərinə görə fərqlənir. Vergi uçotu vergitutma məqsədləri üçün aparılır, maliyyə uçotu isə ümumən təsərrüfat subyektinda baş verən bütün əməliyyatların uçotunu özündə əks etdirir və bir növ müəssisənin fəaliyyətində maraqlı olan tərəflər (səhmdar, rəhbər, işçilər, tərəfdaşlar və s.) üçün informasiya mənbəyidir.



Vergi uçotu daha çox nağd pul əsaslı (cash based) bir uçotdur, maliyyə uçotu isə hesablama əsaslı (accrual based) uçot formasıdır. Adətən kiçik biznes subyektləri ancaq vergi uçotunun aparılmasını bu sahədə ixtisaslaşmış şəxslərə həvalə edirlər, əməliyyat müxtəlifliyi çox olmadığından maliyyə uçotunu isə özləri aparırlar. Orta və iri müəssisələrdə isə maliyyə uçotu çox əhəmiyyətlidir, bunun üçün bir şöbə və ya departament fəaliyyət göstərir, vergi uçotu isə bir növ məcburiyyətdən aparılmalı olduğundan bəzi sahibkarlar bu uçotun aparılmasını özlərinə əlavə yük hesab edirlər. Elə məhz bu səbəbdəndir ki, vergi uçotu üzrə mühasib bəzi iş yerlərində arzuolunmaz şəxs sayılır😊.



Dünyanın bəzi mütərəqqi ölkələrində vergi uçotu ilə maliyyə uçotunun uyğunlaşdırılması aparılmışdır, lakin bu hələ ki o qədər də özünü doğrultmur, əksər ölkələrdə bunlar ayrı aparılır, çünki dediyimiz kimi məqsədləri fərqlidir. Təsürrüfat subyektində baş verən hansısa bir əməliyyatın nəticəsinin maliyyə uçotuna görə gəlir və yaxud xərc sayılması bunun eyni zamanda vergi məqsədləri ümün də gəlir və yaxud xərc sayılması anlamına gəlmir.

Biraz utopik səslənə bilər, bəlkə də nə zamansa vergi mədəniyyətinin yüksək olduğu, vergidənyayınmanın demək olar ki, olmadığı cəmiyyətlərdə bu iki fərqli uçotun aparılmasına ehtiyac olmayacaq, maliyyə uçotu həm də vergi uçotu kimi qəbul olunacaq.

Vergi və bəyannamələrin son təqdim olunma tarixi dəyişdirildi.
31/03/2020

Vergi və bəyannamələrin son təqdim olunma tarixi dəyişdirildi.

Bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək artırılıb Yenilənib 29 Mart 2020 18:06 Məlum olduğu kimi, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və ver...

Address

Əhməd Rəcəbli 186
Baku
1075

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994502651054

Website

Alerts

Be the first to know and let us send you an email when EBA Konsaltinq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EBA Konsaltinq:

Shortcuts

Share