02/09/2021
Biz deyəndə ki, «Pets onun dostu, sizin köməkçinizdir», heç də şişirtmirdik. Xidmətlərimizə baxmaq kifayətdir ki, balaca dostunuzun bütün ehtiyaclarını bir platformaya topladığımızı görəsiniz.🤩🐶
Dostunuzu baytara aparmaq lazımdır? Yaxşı baytarlıq klinikası axtarırsınız? Peyvəndinin vaxtını unutmusunuz? 🥵
Narahat olmayın!😎 Biz sizin yerinizə hər şeyi həll etmişik.😉Məsələn, balaca dostunuzun peyvəndinin vaxtına ən azı 3 gün qalmış, sizə xəbərdarlıq bildirişi gələcək. Beləcə, işinizi sağlam tutacaqsınız və onu vaxtında peyvənd vurdurmağa aparacaqsınız.⏰
Deyək ki, dostunuz anidən xəstələnib və onu təcili baytara aparmaq lazımdır - yenə də doğru ünvandasınız. Çünki sizə təqdim edəcəyimiz baytarlar və baytarlıq klinikalarının siyahısını xüsusi diqqət və həssaslıqla hazırlamışıq. Yalnız sertifikatı olan peşəkar tibbi personal və klinikalar sizin xidmətinizdə olacaq. 😍
Aranızda qidanın anidən bitməsindən şikayətlənənlər də az deyil. Ona görə də axtarış sistemimiz vasitəsilə sizə ən yaxın zoo mağazanı seçin və balaca dostunuzun qida ehtiyacını qısa zamanda həll edin. Eyni zamanda, lazım olan qidanı, ona özəl aksessuar və oyuncaqları da bir kliklə evə sifariş edə bilərsiniz.👍🏻
Xidmətlərimiz bir deyil, iki deyil! Pets vasitəsilə ev heyvanınızın qulluğu üçün salon axtarışı, siz işdə olan zaman onların qayğısına qalacaq güvənilir dayələrin siyahısı, ailə üzvlərilə proqramdan ortaq istifadə üçün icazə funksiyası və daha nələr, nələr!🤩🤩🤩🤩