23/02/2023
🎯 İşçilərin performans dəyərləndirilməsinin ölçülməsi və onların mövcud performansları ilə gələcək performansları arasında olan boşluqları müəyyən etmək üçün 360 dərəcə qiymətləndirmə sorğusundan istifadə edilir. Bu qiymətləndirmə metodunu həyata keçirilərkən işçinin özü, üst rəhbərləri və ya menecerləri, tabeliyindəki olan işçilər və digər əməkdaşlar tərəfindən qiymətləndirilir.
➡️ 360 dərəcə qiymətləndirmə ilə yanaşı digər qiymətləndirmə növləri də var ki, aşağıda qeyd edirik:
✅ 90 dərəcə qiymətləndirmə - Bu qiymətləndirmə metodunda işçi onun birbaşa rəhbəri və ya meneceri tərəfindən qiymətləndirilir. Şəxsi qiymətləndirmə mövcud deyil.
✅ 180 dərəcə qiymətləndirmə - Bu qiymətləndirmə formasında işçi rəhbərin qiymətləndirməsi ilə yanaşı, özü – özünü də qiymətləndirə bilər.
✅ 270 dərəcə qiymətləndirmə - Bu qiymətləndirmə metodunda 3 maraqlı tərəf çıxış edir : Rəhbər, şəxsin özü və tabeçiliyində olan işçi.
✅ 540 dərəcə qiymətləndirmə - Bu qiymətləndirmə metodunda 360 dərəcə qiymətləndirmədən fərqli olaraq müştəri tərəfindən də qiymətləndirmə daxil olunur.
✅ 720 dərəcə qiymətləndirmə - Bu qiymətləndirmə metodu 360 dərəcə qiymətləndirməni 2 dəfə əhatə etməkdədir.
✔️ Əgər şirkətinizdə 360 dərəcə qiymətləndirmə edib əməkdaşlarınızın gələcək inkişafını müəyyən etmək və performansını artırmaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz.
📞 0772556902
📌 Jalə plaza , 4-cü mərtəbə
📩 [email protected]