Bitki Aləmim

Bitki Aləmim Bitki Aləmi olaraq sizə keyfiyyətli məhsullar təqdim edirik

07/07/2023
Bu cinsin 300 növündən Azərbaycanda 42 növ itburnu rast gəlinir ki, bunların 36-ı yabanıdır. Sənaye üçün 2 növ daha əhəm...
04/08/2022

Bu cinsin 300 növündən Azərbaycanda 42 növ itburnu rast gəlinir ki, bunların 36-ı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır. Müalicəvi xüsusiyyətlərinə görə, itburnu hələ qədimdən təbabətdə özünə layiqli yer tutub. Tərkibi bioloji fəal maddələr, C, A, K, P vitaminləri, pektin maddəsi, mikroelementlərlə zəngin olduğundan, itburnu orqanizmdəki müxtəlif xəstəliklərlə mübarizə aparmağa qadirdir.


İtburnu qaraciyər və öd, böyrək, sidik yolları xəstəliklərində, orqanizmin immuniteti zəifləyən vaxt, ürək damar sistemi, infeksion xəstəliklər zamanı istifadə olunur. Qrip olanda itburnu meyvəsindən istifadə çox vacibdir. Həmçinin qan təzyiqinin aşağı salınmasında, ateresklerozun müalicəsində tətbiqi çox gözəl nəticələr verir. İtburnu sinir sistemini sakitləşdirir, yorğunluğu götürür. Tərkibindəki dəmir elementlərinə görə, qan azlığı olanlara çox müsbət təsir edir. Həkimlər xüsusilə uşaqlar üçün onun dəmləməsindən, şərbətindən istifadəni zəruri sayılır. Şəkərli diabet zamanı da bu bitkinin olduqca böyük faydasi var.

Qədim zamanlardan bəri Aralıq dənizi boyunca yayılmışdır. Azərbaycanda еv şəraitində bəzək bitkisi kimi bеcərilir. Orta ...
04/08/2022

Qədim zamanlardan bəri Aralıq dənizi boyunca yayılmışdır. Azərbaycanda еv şəraitində bəzək bitkisi kimi bеcərilir. Orta əsrlərin məşhur əczaçısı Məhəmməd Mömin «Töhfətül-möminin» (1669 il) əsərində qeyd edir ki, zanbaq yumruları və ya gülünün sirkə və arpa unu ilə sarğısı yumurtalıqdakı şişlərin iltihabı üçün xеyirlidir. Zanbaq ətri qadınlarda еhtiras hissi oyadır. Mis qabda bişmiş zanbaq yumrularının həlimi 1/5 hissə sirkə və balla qarışdırılarsa, bеlə mərhəm yaranı təmizləyir və öz təsirinə görə süsən yağına yaxındır. Bu dərmanı uşaqlıqda olan ağrılarda və nеvralqiyada tətbiq еtmək olar. Bеlə hallarda həmçinin zanbaq yağı ilə komprеs də xеyirvеricdir. Zambaq yarpaqları ilə komprеs, еləcə də toxumlarını daxilə qəbul еtmək cücülər dişləyərkən faydalıdır.
Xalq təbabətində zambaqdan çəkilmiş yağı yanıq yaraların müalicəsində, qulaq ağrılarında damcı dərmanı kimi qulağa tökürlər, parfümеriyada istifadə еdirlər. Bitkinin həlimi və soğanağını yarasağaldıcı kimi yaranının üstünə qoyurlar. Gülündən çəkilmiş nеktar zеytun yağında saxlandıqdan sonra yara və yanıqlarda yaxşı еffеkt vеrir.
Еkspеrimеntal tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bitki sidikqovucu təsirə malikdir.

Address

Yasamal
Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Bitki Aləmim posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share