09/10/2026
Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development (EBRD)və Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən Xankəndi şəhərində ABB-nin Qarabağ regionunda fəaliyyət göstərən 20 KOB müştərisi üçün Biznes və Maliyyə İdarəetməsi üzrə növbəti təlim təşkil olunmuşdur. Təlim SAT Group tərəfindən keçirilmiş və iştirakçılar tərəfindən yüksək maraqla qarşılanmışdır. Bu sessiya 2026-cı il üzrə proqram çərçivəsində keçirilən üçüncü təlim olmuşdur və il ərzində daha iki sessiyanın təşkili planlaşdırılır.
Təşəbbüs ötən il uğurla həyata keçirilmiş regional təlimlər seriyasının davamıdır. 2025-ci ilin iyun–noyabr ayları ərzində EBRD, ABB və icraçı tərəfdaş SAT Group əməkdaşlığı ilə Mingəçevir, Şəki, Lənkəran və Naxçıvanda ABB-nin KOB müştəriləri üçün “Biznes və Maliyyə İdarəetməsi” mövzusunda 4 təlim keçirilmiş və ümumilikdə 91 KOB sahibkarına biznes idarəetməsi, maliyyə savadlılığı və performansın yaxşılaşdırılması üzrə praktiki biliklər təqdim edilmişdir.
✅ Xankəndi sessiyasında 20 KOB iştirak etmişdir. Təlim interaktiv formatda keçirilmiş, praktiki nümunələr, müzakirələr və tətbiqyönümlü tapşırıqlar vasitəsilə iştirakçılara effektiv biznes idarəetməsi, strateji planlaşdırma və məlumat əsaslı qərarvermə üzrə bacarıqlar qazandırılmışdır. Sessiya yüksək məmnuniyyətlə qarşılanmış və regionlarda bu cür praktik və əlçatan təlimlərə olan tələbatı bir daha təsdiqləmişdir.
Bu təşəbbüs EBRD-nin Azərbaycanda Kiçik Bizneslərə Məsləhət Proqramı çərçivəsində həyata keçirilir və regionlarda inklüziv iqtisadi inkişafı dəstəkləyir. Layihə Avropa İttifaqının dəstəyi ilə icra olunur Delegation of the European Union to Azerbaijan / EU Enlargement & Eastern Neighbourhood
📌 2026-cı il ərzində EBRD və ABB tərəfindən yerli KOB-lar üçün daha iki təlimin keçirilməsi planlaşdırılır.
***
The European Bank for Reconstruction and Development (EBRD) and the International Bank of Azerbaijan (ABB) delivered another Business and Financial Management training in Khankendi for 20 SME clients of ABB that function in Karabakh region. The session was facilitated by SAT Group and was very positively received by participants. This marked the third training under the 2026 programme, with two additional sessions planned later this year.
This initiative builds on the successful regional training series delivered in the previous year. From June to November 2025, EBRD, in partnership with ABB and implementing partner SAT Group, organized four training sessions across Mingachevir, Sheki, Lankaran, and Nakhchivan, reaching a total of 91 SMEs. The trainings were designed to enhance financial literacy and business management skills, enabling SMEs to improve their operations and overall business performance.
Attended by 20 SMEs, the Khankendi session was delivered in an interactive format, combining practical examples, discussions, and hands-on exercises, equipping participants with tools for effective business management, strategic thinking, and data-driven decision making. The training was highly appreciated and reconfirmed strong demand for accessible, practice-oriented support for regional SMEs.
This initiative is implemented under the EBRD’s Advice for Small Businesses Programme in Azerbaijan, supporting inclusive economic development in the regions, and is funded by the European Union.
📌 In 2026, EBRD and ABB plan to deliver two more training sessions for the local SMEs.