ELhərrac - auction house

ELhərrac - auction house Maraqlı əşyaları həm hərraca çıxarmaqa həm də qazanmağa Sizi dəvət edirik. Qoşulun və iştirak edin! Bu qiymət iştirakçılarnan bölüşülmür.
(1)

Əziz Qonaqlar,
Elhərrac Sizləri səhifəmizdə səmimi salamlayır! Ümid edirik ki, bizim köməyimizlə marağ doğuran nadir əşyaları burada tapıb və əldə edərək öz şəxsi kolleksiyanızı daha da zənginləşdirə bilərsiniz. Burada (sikkələr, əskinazlar, istiqrazlar, döş nişanlar, medallar, stolüstü medallar, antik əşyalar, avtograflar, markalar, oyuncaqlar, samovarlar, kitablar, saatlar, suvenirlər, antikvari

at, xaritələr, minerallar, köhnə üzüklər, klonlar və sayrı) Sizin üçün marağlı olan əşyalar təqdim olunacaq. Sizdən hərraclarımızda iştirak etmək üçün, aşağıda qeyd olunan qayda və məlumatlar ilə tanış olmağınız xahiş olunur. Hərracların növləri:
Səhifəmizdə hərracın 5 növü tətbiq ola bilər:
-Sadə hərrac – təyin olan vaxt çərçivəsində, ən yüksək təklif verən iştirakçı qalib sayılır. Gün ərzində başlayan hərraclar, ertəsi günün saat 23:29:59-da başa çatır. 23.30-dan sonra gələn təkliflər qəbul edilmir.
-Rezervli hərrac - Hərrac başlamadan öncə Satıcı lotun qiymətini ELhərrac ilə bölüşür. Satıcının arzu etdiyi qiymətə çatdığı halda, ən yüksək təklif edən iştirakçı avtomatik qalib sayılır. Əks halda, Elhərrac hər iki tərəfnən ayrı və şəxsiyə alaqə saxlıyır və çalışır razıllığa gəlsinlər. Razılaşma baş versə, ən yüksək təklif verən iştirakçı qalib sayılır. Əks halda, lot hərracdan çıxarılır ve Satıcıya qaytarılır. Gün ərzində başlayan hərraclar, ertəsi gün saat 23:29:59-da başa çatır. 23.31-dən sonra gələn təkliflər qəbul edilmir.
-Sürətli hərrac – Satıcı, lotun və onun arzu etdiyi qiyməti Elhərracın sahifəsində bölüşür. Şərhdə ilk plüs (+) qoyan iştirakçı qalib sayılır. Elhərrac, Sürətli hərracın nə zaman baş tutacağına və lota(lara) dair məlumatı öncədən Sizlər ilə bölüşəcək.
-Uzun hərrac – hərracın müddətsiz növüdür və bitməsi iştirakçılardan asılı olacaq. İlk təklif ediləndən sonra, 30 dəqiqə ərzində növbəti təklif gəlməsə, həmin son təklif verən iştirakçı qalib sayılır. 30 dəqiqə ərzində növbəti təklif olsa, hərrac davam edəcək.
-Canlı hərrac - Hərrac canlı formatında keçirilir. Elhərrac, Canlı hərracın nə zaman baş tutacağına və lota(lara) dair məlumatı öncədən Sizlər ilə bölüşəcək. Qaydalar

Geyd: Elhərrac getdikcə gaydalari dəyişə bilər, onlar hər 3 (üç) aydan bir baxılacaq.

1.0 Harraclarda iştirak etməyin qaydaları:
1.1 Elhərrac üç dildə (AZ,EN,RU) mövcud olacaq. Hərracın növünü, həmçinin əşyanın şəkillərini,ona dair qısa məlumat, ilkin qiymət, minimal artım və bitmə vaxtı ( sadə və ya rezervli hərraclarda) hər lot üçün bölüşəcək.
1.2 Lotlar, hərracın növüdən asılı olmayarag, ilki̇n qi̇ymətlə hərraca çıxarılır. Təkliflər, yalnız AZN-lə yazıla bilər. Qəpiklər artımları, həmçinin digər valyutalar sayılmayacaq və silinəcək.
1.3 İlkin qiymət və minimal artım Elhərrac və Satıcı arasında öncədən razıllaşdırılmalıdır.
1.4 Elhərrac, hərrac tamamlandıqdan sonra, qalibnən Messenger vasitəsi ilə əlaqə saxlayıb, alışı təstiqləyir və sonra qalibi satıcı ilə calaşdırır. Alış təstiqlənmədiyi halda, ikinci yüksək təklif edən iştirakçı qalib sayıla bilər.
1.5 İştirakçılar şərhlərdə yalnız öz qiymət təkliflərini yaza bilərlər. Lota(lara) aid və aid olmayan suallar, şərhlər və müzakirələr silinəcək. Sual cavab Messenger vasitəsilə Elhərrac tərəfindən cavablandıracaq. Ölkəmizin qanunlarını pozanlar, özlərini qeyri-etik aparanlar, kimisə və ya nəyisə söyənlər və ya təşviq edənlər, digər iştirakçıları çaşdıran hərəkət edənlər, reklam paylaşan insanları Elhərrac xəbərdarlıq etmədən daimi bloklanacaq.
1.6 Hərracın vaxtı bitdikdən sonra, Elhərrac, 1 gün ərzində qalibin adını və ödənilən məbləği təstiqləyib bölüşəcək. Heç bir halda, Elhərrac seçimizin düzgünlüyü sübüt eləməyəcək yani saniyələrin, dəqiqələrin şəkilləri, skrinşotları bölüşməyəcək. Lakın əmin edirik ki, hər bir lotun qalibi həqiqətən qalib gələn iştirakçıdır.



2.0 Satıcılar
2.1 Potensial Satıcı, ElHərracnan əlaqə saxlayaraq, avtomatik halda Elhərracın bütün qaydalarını qəbul etmiş hesab edilir.
2.2 Potensial lotu Elhərrac vasitəsilə satmaq istəyən şəxs ilk növbədə Messengera yazıb,əşyanın təsviri/şəkillərini Elhərraca göndərməlidir.
2.3 ELhərrac hər hansı lotun hərraca çıxarılmasını yaxud çıxarılmamasını özü qərar verir. Elhərrac hərracın növünü özü seçir. ELhərrac lotun hərraca çixarılmasına dair razıllığı və şərtləri yalnız Facebookun Messenger vasitəsilə potensial satıcıya çatdırır. Satıcı bu şərtləri yerinə yetirdikdən sonra Elhərrac lotu hərracda paylaşır .
2.4 İlkin qiymət və minimal artım satıcı ilə öncədən razılaşdırılır.
2.5 Satıcı Sadə, Sürətli, Uzun və Canlı hərraclarda lotuna verilən ən yüksək verən təklifi qəbul edərək satmalıdır. Son təklif satıcının nəzərdə tutduğundan fərgli ola bilər. Satıcı lotu satmadığı halda, səhifəmizdən kənarlaşdırılır və daha sonra nə satıcı, nə alıcı qismində iştirak etməyəcək və bloklanacaq. Yalnız Rezervli hərracda, iştirakçının təklifi satıcın arzu etdiyi qiymətə çatmadığı halda, o zaman satıcı lotun satmağından imtina edə bilər.
2.6 Satıcı hərracdan sonra 3 (üç) gün ərzində alıcı ilə birbaşa əlaqə saxlayaraq lotu təqdim etməlidir.
2.7 Satıcı təklif etdiyi lotun keyfiyyətinə, orijinallığına, təsvirinə və qayda qanunlara uyğun olması ilə bağlı bütün məsuliyyəti daşıyır. Elhərrac yalnız vasitəçi rolu oynayır və heç bir növ məsuliyyət daşımır. Eyni zamanda, hərraca çıxarılan lotlar yalnız etibarlı mənbələrdən göturüləcək.
2.8 Lotun satıcısı həmdə satıcının “köməkcilər” hərraca müdaxilə etməməlidir. Elhərrac bu cürə halları aşkar etsə, həmin lot hərracdan çıxarılacaq və Satıcı (həmdə aşkar olmuş köməkçilər) bloklanacaqlar.


3.0 Alıcılar
3.1 Hərrac iştirakçısı, təklif verən anda avtomatik olaraq Elhərracın bütün gaydalarını qəbul etmiş hesab edilir.
3.2 İştirakçı qalib gəldiyi halda, Elhərrac tərəfindən təstiq olunan məbləği satıcıya birbaşa ödəməlidir. Alıcı Elhərraca heçnə ödəməməlidir.
3.3 Alıcı lotu almasa, səhifəmizdən kənarlaşdırılır və nə satıcı, nə alıcı qismində iştirak etməyəcək və bloklanacaq.

LOT: 02427. SADƏ HƏRRAC.ÇİLİ, 10 PESO, 1958.ALÜMİNİUM; 2.96qr.; 29.00mm.İLKİN QİYMƏT - 4 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİT...
23/05/2026

LOT: 02427. SADƏ HƏRRAC.
ÇİLİ, 10 PESO, 1958.
ALÜMİNİUM; 2.96qr.; 29.00mm.
İLKİN QİYMƏT - 4 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİTMƏ VAXTI - 23:29:59, 24.05.2026.

LOT: 02242. SADƏ HƏRRAC.SƏFƏVİLƏR, HÜVEYZƏ ZƏRBİ. GÜMÜŞ;3.18qr.;17.90mm.İLKİN QİYMƏT – 15 AZN, MİNİMAL ARTIM – 1 AZN, Bİ...
23/05/2026

LOT: 02242. SADƏ HƏRRAC.
SƏFƏVİLƏR, HÜVEYZƏ ZƏRBİ.
GÜMÜŞ;3.18qr.;17.90mm.
İLKİN QİYMƏT – 15 AZN, MİNİMAL ARTIM – 1 AZN, BİTMƏ VAXTI - 23:29:59, 24.05.2026.

LOT: 02241. SADƏ HƏRRAC.RUSİYA İMPERİYASI, 10 və 15 QƏPİK BİR YERDƏ, 1915.HÖKMDAR: ll NİKOLAY.GÜMÜŞ; 10 QƏPİK (1.80qr.; ...
23/05/2026

LOT: 02241. SADƏ HƏRRAC.
RUSİYA İMPERİYASI, 10 və 15 QƏPİK BİR YERDƏ, 1915.
HÖKMDAR: ll NİKOLAY.
GÜMÜŞ; 10 QƏPİK (1.80qr.; 17.5mm.); 15 QƏPİK (2.70qr.; 17.50mm.).
İLKİN QİYMƏT - 22 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİTMƏ VAXTI - 23:29:59, 24.05.2026.

LOT: 01285. SADƏ HƏRRAC.BRAZİLİYA, 50 KRUZEYRO, UNC, 1966-1967.İLKİN QİYMƏT – 15 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİTMƏ VAXTI...
23/05/2026

LOT: 01285. SADƏ HƏRRAC.
BRAZİLİYA, 50 KRUZEYRO, UNC, 1966-1967.
İLKİN QİYMƏT – 15 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİTMƏ VAXTI - 23:29:59, 24.05.2026.

LOT: 02326. SADƏ HƏRRAC.BÖYÜK BRİTANİYA. BÖYÜK BRİTANİYANIN RƏSSAMLARI MÖVZULU MARKALARIN SETİ. 1973. MÖHÜRSÜZ.İLKİN QİY...
23/05/2026

LOT: 02326. SADƏ HƏRRAC.
BÖYÜK BRİTANİYA. BÖYÜK BRİTANİYANIN RƏSSAMLARI MÖVZULU MARKALARIN SETİ. 1973. MÖHÜRSÜZ.
İLKİN QİYMƏT – 8 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİTMƏ VAXTI - 23:29:59, 24.05.2026.

LOT: 01650. SADƏ HƏRRAC.MAKEDONİYA (QƏDİM YUNANİSTAN).HÖKMDAR: İSKƏNDƏR, EƏ 336-323 İLLƏRİ.ZƏRBİ: HERAKLİYA.BÜRÜNC; 4.75...
23/05/2026

LOT: 01650. SADƏ HƏRRAC.
MAKEDONİYA (QƏDİM YUNANİSTAN).
HÖKMDAR: İSKƏNDƏR, EƏ 336-323 İLLƏRİ.
ZƏRBİ: HERAKLİYA.
BÜRÜNC; 4.75qr.; 17.2mm.
İLKİN QİYMƏT- 40 AZN, MİNİMAL ARTIM- 5 AZN, BİTMƏ VAXTI - 23:29:59, 24.05.2026.

LOT: 01645. SADƏ HƏRRAC.ÇİN, 200 FEN, 1988, UNC.İLKİN QİYMƏT- 4 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİTMƏ VAXTI - 23:29:59, 24.0...
23/05/2026

LOT: 01645. SADƏ HƏRRAC.
ÇİN, 200 FEN, 1988, UNC.
İLKİN QİYMƏT- 4 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİTMƏ VAXTI - 23:29:59, 24.05.2026.

LOT: 01232. SADƏ HƏRRAC.TAYLAND, 20 BAT, UNC.İLKİN QİYMƏT – 5 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİTMƏ VAXTI - 23:29:59, 20.02....
23/05/2026

LOT: 01232. SADƏ HƏRRAC.
TAYLAND, 20 BAT, UNC.
İLKİN QİYMƏT – 5 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİTMƏ VAXTI - 23:29:59, 20.02.2026.

LOT: 02351. REZERVLİ HƏRRAC.OV BICAĞI. ŞƏRQ ALMANİYA İSTEHSALI, ƏN AZI 50 YAŞI VAR. CEYRAN AYAĞl ORİJİNALDIR. İSTİFADƏ O...
23/05/2026

LOT: 02351. REZERVLİ HƏRRAC.
OV BICAĞI. ŞƏRQ ALMANİYA İSTEHSALI, ƏN AZI 50 YAŞI VAR. CEYRAN AYAĞl ORİJİNALDIR. İSTİFADƏ OLUNMAYIB.
İLKİN QİYMƏT - 150 AZN, MİNİMAL ARTIM - 10 AZN, BİTMƏ VAXTI - 23:29:59, 24.05.2026.

LOT: 01092. SADƏ HƏRRAC. AZƏRBAYCAN, 50 QƏRİK, İKİ DƏNƏ BİR YERDƏ, 1993.ALÜMİNİUM; 3.30qr (bir yerdə).; 22.3mm.İLKİN QİY...
23/05/2026

LOT: 01092. SADƏ HƏRRAC.
AZƏRBAYCAN, 50 QƏRİK, İKİ DƏNƏ BİR YERDƏ, 1993.
ALÜMİNİUM; 3.30qr (bir yerdə).; 22.3mm.
İLKİN QİYMƏT - 2 AZN, MİNİMAL ARTIM - 1 AZN, BİTMƏ VAXTI - 23:29:59, 24.05.2026.

LOT: 02426. SADƏ HƏRRAC.RUSİYA İMPERİYASI, 500 RUBL, 1912, AUNC+.İLKİN QİYMƏT - 40 AZN, MİNİMAL ARTIM - 5 AZN, BİTMƏ VAX...
21/05/2026

LOT: 02426. SADƏ HƏRRAC.
RUSİYA İMPERİYASI, 500 RUBL, 1912, AUNC+.
İLKİN QİYMƏT - 40 AZN, MİNİMAL ARTIM - 5 AZN, BİTMƏ VAXTI - 23:29:59, 22.05.2026.

Address

Baku

Opening Hours

Monday 10:00 - 00:00
Saturday 10:00 - 00:00
Sunday 10:00 - 00:00

Website

Alerts

Be the first to know and let us send you an email when ELhərrac - auction house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category