24/03/2020
Bizim biznesdə niyə hər kəs qazanmır?Səbəbinin nə olduğunu bilməliyik. Əslində biznesimiz çox sadədir. Adi bir misal çəkəcəm.
Hər kəs qazanmag üçün, öz karyerasını qurub, gələcəyini dəyişmək, sığortalamag üçün bir yola çıxır?
-Bəli
Bəs hamı axıra kimi gedir bu yolu?
-Əlbəttə ki, yox.
Bəs niyə ?
Çünki biz hamımız insanıg. Hər kəsdə o səbr , istək, məqsəd yoxdur, varsa da eyni dərəcədə olmur. Və bunu belə qəbul etmək lazimdi.
Bəziləri nəticəni indi və bu saniyə görmək istəyir baxmayaraq ki, bu 1 bəlkə də 2-3 ilimizi ala bilər. Misal bütün gün yeyib- içiriy, xüsusən də bu evdə qaldığımız karantin günlərində.Beləliklə, organizmamızın idarəsi bizim əlimizdən çıxır və bir müddət sonra çəkimiz xoşagəlməz bir hal alır.Bu elə sağlamlığımıza ən böyük zərərdi. Amma elə ilk başdan bütün bunlara diqqət etsək, gözümüz doyana qədər deyil də qarnımız doyana qədər qida qəbul etsəydik, faydalı şeylərlə bəslənsəydik bütün bunlar olmazdı. Bunu bacaran insanlara sizcə xoşdu?Amma sonda onlar qazanır, siz yox.
Eynilə bizim biznesimiz kimi: etirazlarla rastlaşırsan, “yox” eşidirsən, insanlar qoşulur,bir müddət sonra isə ayrılır, ətrafdakıların inamı azalır. Amma bir müddət keçir və sən yanında qalan məqsədli, güclü insanlarla elə bir məqama çatırsan ki.. Öz qazancın, daimi gəlirin, işin, komandan. İrəlilədikcə irəliləyirsən. Dünya ölkələrinə səyahətlər, tədbirlər, mükafatlar bla bla bla. Bunları gördükcə, yaşadıgca düşünürsən ki, dəyər, bütün əziyyətlərə, əzmkarlıglara, bəzən asanlıgla addımlayıb bəzən isə yerə çakılmalara dəyər. Səbrli ol, inan və hərəkət et, işlə. Hərdən düşünürəm ki, bir şirkətdən çıxıb başqasına qaçanların düşüncəsi hardan gəlir!? Necə yəni, sən burda qazana bilmədin, guya orda qazana biləcəksən, təbii ki yox. Axı sən elə məqsədli, həvəsli olsan, ağlınla hərəkət etsən, çoxdan qazanmışdın. Əslində biri komandamdan ayrılmag istədikdə düşünürəm ki, yaxşı ki indi getdi. Çünki onsuz da bu insanın gedəsi var, bir gün gedəcəkdi, bu gün olmasa da sabah. Amma məni daha az yormuş olur. Dediklərim onsuz da havaya gedirmiş axı, öyrətdiklərim, əziyyətlərim. Bir şeyi demək istəyirəm, altını çizərək...
100 NƏFƏRLƏ YOLA ÇIXA BİLƏRSƏN, AMMA O YOLUN SONUNDA 100 NƏFƏR YANINDA OLMAYACAG, SADƏCƏ GÜCLÜLƏR QALACAG, EYNƏN SƏNİN KİMİ GÜCLÜLƏR!!!🌷