17/05/2022
Maybo MMC 18-20 may 2022-ci ildə “Caspian Agro” sərgisində iştirak edəcək. “Caspian Agro” sərgisi artıq 15 ildir ki kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir. Sərgi zamanı Maybo MMC–in ekskluziv distiribyutluq etdiyi kənd təsərüffatına aid bir çox şirkətlərin məhsulları sərgilənəcək. Hər biriniz sərgi zamanı stendimizə yaxınlaşıb məhsullarımızla yaxından tanış ola bilərsiniz.
Bu şirkətlərə “FOSS”,” Akyürek”, “BioLabTest”, “Merck Animal Health”, “Wile”, “Atago”, “ Stafor” daxildir.
“Wile” şirkəti 50 ildən çoxdur ki fəaliyyət göstərir. Şirkət taxıl və toxumlardan əlavə saman, pambıq, qəhvə və kakao kimi bir çox digər məhsulların nəm, turşuluq, şəkər və digər parametrləri ölçmək üçün test cihazlar istehsal edir.
“Atago” ‘şirkəti 25 ildən çoxdur ki, fəaliyyət göstərir və meyvə, tərəvəzdə şəkər və turşuluq ölçmək üçün analizatorlar istehsal edir.
“Stafor” şirkəti 40 ildən çoxdur ki üzüm bağı və bağçılıq üçün calaq, budama və s. alətlər istehsal edir. Qida və kənd təsərrüfatı sənayesində mütəxəssislər analiz üçün “FOSS” brendinin avadanlıqlarından istifadə edirlər. “FOSS” şirkəti 100-dən çox patent və dünyada 20 ilk innovativ məhsulun istehsalı ilə adını tarixə yazdırıb. “Akyürek” şirkəti 1973-cü ildən taxıl, paxlalı bitkilər, toxumlar və yağlı toxumların qida emalı texnologiyaları sənayesi üçün maşınlar istehsal edir. “Merck Animal Health” 125 il, “BioTestlab” şirkəti isə 25 ildən çoxdur ki, fəaliyyət göstərir. Hər iki şirkət heyvan sağlamlığı üçün peyvəndlər və dərmanlar istehsal edir.
(012) 530 50 70
(050) 273 26 96 satış şöbəsi
🌐 http://www.maybo.az⠀
📧 [email protected]⠀
Bakı, Şəfaət Mehdiyev 273E