GenDar Art

GenDar Art "GenDar Art" layihəsinin əsas məqsədi gənclərin gender mövzuları barədə məlumatlandırılmasıdır. Layihə müddətində təlimlər və sosial teatr baş tutacaq.

Siz də yararlanmaq istəyirsizsə, qeydiyyat formunu doldurun.

USAID Azerbaijan və Black Sea Trust-ın maliyyə dəstəyi ilə Baku Community Space tərəfindən həyata keçirilən  “Öz Sözün O...
17/04/2022

USAID Azerbaijan və Black Sea Trust-ın maliyyə dəstəyi ilə Baku Community Space tərəfindən həyata keçirilən “Öz Sözün Olsun” proqramının gender qrupu sizi "GenDar Art” layihəsində iştiraka dəvət edir!

Gender mövzularının nə qədər gen, bu mövzularla bağlı fikirlərin isə bir o qədər dar olduğu cəmiyyətdə gənclərin məlumatlandırılması layihənin əsas məqsədidir. Seçilən iştirakçılarla
“Gender və cinsi sağlamlıq” “Zorakılıq və zorakılıqla mübarizə yolları” ilə bağlı təlimlər keçiriləcək. Əlbəttə, “Art” hissəsi də unudulmayıb. Bunun üçün sonda təlimlərdə qazanılan bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə Sosial Teatr baş tutacaq.

Layihəyə Bakı ərazisində yaşayan 18-26 yaş aralığında olan tələbələr, məzunlar və digər gənclər müraciət edə bilər.

Təlimlər Azərbaycan dilində keçiriləcək və sonda iştirakçılar sertifikatla təltif ediləcək.

Layihə 5 günlük nəzərdə tutulmuşdur. 7, 8, 9, 14, 15 may 2022
Müraciət üçün son tarix: 28 aprel 2022

Layihənin baş tutacağı məkan: Baku Community Space
Ünvan: SAT plaza, 7-ci mərtəbə, Bəşir Səfəroğlu 133

Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın:
E-mail: [email protected]

Qeyd: Müsahibəyə dəvət edilmə və seçim mərhələsi namizədlərin müraciət etmə tarixinə əsasən aparılacaq. Bu səbəblə iştirakçılardan mümkün qədər tez müraciət etməyi xahiş edirik.

Qeyd: Layihədə iştirak üçün COVİD-19 pasportu və ya COVİD-19 immunitet sertifikatı vacibdir.

Qeydiyyat formu aşağıdadı:

https://docs.google.com/forms/d/1CRmelPhpW77ZfN1M-7MI3LrOWbRnmWBZtMkFFfAUl-c/edit

Address

Baku Community Space
Baku

Alerts

Be the first to know and let us send you an email when GenDar Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share