Global Management

Directions Website

Global Management Global Management - beynəlxalq idarəetmə sistemləri əsasında autsoursinq xidmətləri təqdim edən şirkətdir.

🇦🇿 18 Oktyabr – Müstəqilliyin Bərpası GünüMüstəqilliyimiz milli iradəmizin, birliyimizin və gələcəyə inamımızın təcəssüm...
17/10/2026

🇦🇿 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü

Müstəqilliyimiz milli iradəmizin, birliyimizin və gələcəyə inamımızın təcəssümüdür.

Bu əlamətdar gün hər birimizə müstəqilliyimizi qorumağın və ölkəmizin inkişafına töhfə verməyin məsuliyyətini xatırladır. Bu münasibətlə hər bir Azərbaycan vətəndaşını təbrik edirik!🇦🇿

14 Oktyabr - Dünya Standartlaşdırma Günüdür.Keyfiyyət, təhlükəsizlik və davamlı inkişafın təməlində beynəlxalq standartl...
14/10/2026

14 Oktyabr - Dünya Standartlaşdırma Günüdür.

Keyfiyyət, təhlükəsizlik və davamlı inkişafın təməlində beynəlxalq standartlara uyğun fəaliyyət dayanır.

Global Management olaraq biz də xidmətlərimizdə keyfiyyətin təmin edilməsinə, əməyin mühafizəsinə və ətraf mühitin qorunmasına xüsusi önəm veririk. Çünki standartlara uyğunluq bizim üçün yalnız tələb deyil, məsuliyyətli fəaliyyətin əsas prinsipidir.

Qeyd edək ki, Global Management aşağıdakı beynəlxalq ISO sertifikatlarına sahibdir:
• ISO 9001 – Keyfiyyətin idarə edilməsi
• ISO 45001 – Əməyin mühafizəsi və təhlükəsizliyi
• ISO 14001 – Ətraf mühitin idarə edilməsi

📈 Daha çox gəlir həmişə daha çox mənfəət demək deyil!Bəs şirkətinizin maliyyə hesabatları sizə nə deyir?💰 Pul axını şirk...
14/10/2026

📈 Daha çox gəlir həmişə daha çox mənfəət demək deyil!

Bəs şirkətinizin maliyyə hesabatları sizə nə deyir?

💰 Pul axını şirkətin maliyyə dayanıqlığını necə göstərir?
📑 Debitor borcları nə vaxt real pul axınına çevriləcək?
📊 Büdcə ilə faktiki nəticələr arasında hansı fərqlər var?
🔎 Xərclərdəki dəyişikliklər mənfəətə necə təsir edir?

Maliyyə hesabatlarının əsl dəyəri yalnız rəqəmləri əks etdirməkdə deyil, biznesin real vəziyyətini anlamağa və düzgün qərarlar verməyə kömək etməkdədir.

Global Management maliyyə və mühasibatlıq xidmətləri ilə məlumatların daha effektiv idarəetmə qərarlarına çevrilməsini dəstəkləyir.

📈 Şirkət böyüdükcə sənədlərin, məlumatların və proseslərin sayı da artır. Bu məlumatlar fərqli fayllarda və sistemlərdə ...
12/10/2026

📈 Şirkət böyüdükcə sənədlərin, məlumatların və proseslərin sayı da artır. Bu məlumatlar fərqli fayllarda və sistemlərdə toplandıqda onları idarə etmək daha çox vaxt və resurs tələb edir.

🔗 ERP sistemi maliyyə, insan resursları, satınalma və digər əsas biznes proseslərini vahid rəqəmsal platformada birləşdirir.

⚡ Nəticədə məlumatlara çıxış sürətlənir, təkrarlanan əməliyyatlar azalır, proseslər isə daha şəffaf və sistemli idarə olunur.

✅ Global Management-in rəqəmsal transformasiya həlləri ilə biznes proseslərinizi vahid sistem üzərindən idarə edin və əməliyyat səmərəliliyinizi artırın.

7 ayrı tərəfdaş, yoxsa 1 vahid idarəetmə? ⚙️Şirkətin müxtəlif dəstək funksiyaları üçün ayrı-ayrı tərəfdaşlarla işləməsi ...
09/10/2026

7 ayrı tərəfdaş, yoxsa 1 vahid idarəetmə? ⚙️

Şirkətin müxtəlif dəstək funksiyaları üçün ayrı-ayrı tərəfdaşlarla işləməsi hər funksiya üzrə fərqli kommunikasiya və koordinasiya ehtiyacı yarada bilər. 🔄

Bu isə əlavə vaxt və idarəetmə resursu tələb edə bilər. ⏱️

Global Management maliyyə, İR, hüquq, İT, satınalma, marketinq və KT/KN kimi dəstək funksiyalarını vahid autsorsinq idarəetmə modeli çərçivəsində koordinasiya edir. 📊

Nəticə:
▪️ Daha az koordinasiya yükü
▪️ Daha uzlaşdırılmış proseslər
▪️ Daha çevik idarəetmə
▪️ Əsas biznesə daha çox fokus

Biznesiniz üçün uyğun autsorsinq modelini birlikdə müəyyənləşdirək.

07/10/2026

🔎 Vakansiya uzun müddət bağlanmırsa, problem haradadır?

Həftələr keçir. Müraciətlər gəlir, müsahibələr keçirilir, amma uyğun namizəd hələ də tapılmır.

İlk sual adətən “Niyə yaxşı namizəd yoxdur?” olur. Amma problem həmişə namizəddə deyil. 👇
📌 Vakansiyanın tələbləri real olmaya bilər.
🎯 Elan doğru namizəd auditoriyasına çatmaya bilər.
⏳ İşəqəbul prosesi həddindən artıq uzana bilər.
⚖️ Qərarverənlərin namizəd qiymətləndirmə meyarları fərqli ola bilər.
📊 Şirkətin təklifi əmək bazarının reallıqları ilə uyğunlaşmaya bilər.

📩 Daha ətraflı bloq yazımızda oxuya bilərsiniz. Vakansiyanız uzun müddətdir bağlanmırsa, problemin namizəddə, vakansiyada, yoxsa prosesdə olduğunu birlikdə analiz edək.

05/10/2026

Şirkət böyüdükcə proseslərin “kim necə istəyirsə, elə də etsin” prinsipi ilə idarə olunması getdikcə daha çox risk yaradır.

Çünki proses bir şəxsin təcrübəsindən asılı olduqda:
→ işlərin icrası ləngiyə bilər
→ səhvlərin sayı arta bilər
→ məsuliyyət bölgüsü qarışa bilər
→ böyümə zamanı nəzarət çətinləşə bilər.

İşə qəbuldan satınalmaya, ödəniş təsdiqlərindən hesabatlılığa qədər təkrarlanan proseslər üçün aydın qayda, mərhələ və məsuliyyət bölgüsü formalaşdırmaq vacibdir.

Standartlaşdırma isə yalnız prosesi sənədləşdirmək deyil. Məqsəd prosesi daha ölçülə bilən, təkrarlana bilən və miqyaslana bilən etməkdir.

📌 Bəs sizin şirkətdə hansı proses hələ də şəxslərin yanaşmasından asılıdır?

Bloqu tam oxumaq üçün saytımıza keçid edin.
https://management.az/

📌 Şirkət böyüdükcə daha çox işçi götürmək həmişə doğru həll olmur.Bəzi funksiyalar üçün daxili komanda, bəzilərində isə ...
01/10/2026

📌 Şirkət böyüdükcə daha çox işçi götürmək həmişə doğru həll olmur.

Bəzi funksiyalar üçün daxili komanda, bəzilərində isə autsorsinq daha uyğun model ola bilər. Bəzi hallarda isə hər iki yanaşmanı birləşdirən hibrid model daha məqsədəuyğundur.

🔍 Bəs sizin şirkətiniz üçün hansı model uyğundur?
Bu postda şirkətin:
▪️ ölçüsünü
▪️ iş yükünü
▪️ funksiyanın strateji əhəmiyyətini
nəzərə alaraq daxili komanda, autsorsinq və hibrid model arasında seçim etməyə kömək edən qərar yanaşmasını paylaşırıq.

💬 Postu nəzərdən keçirin və nəticənizi şərhlərdə bizimlə paylaşın:
Daxili komanda, autsorsinq, yoxsa hibrid model?

📖 Mövzu ilə bağlı daha ətraflı məlumat üçün bloqu oxuyun:

🔗 https://management.az/x%C9%99b%C9%99rl%C9%99r/daxili-komanda-yoxsa-autsorsinq-sirketiniz-ucun-dogru-model-nece-secilir

29/09/2026

Şirkətdə kritik bir prosesin yalnız bir əməkdaşın bilik və təcrübəsindən asılı olması ciddi əməliyyat riski yarada bilər.

👤 İşçi məzuniyyətdədir → proses gecikir
🚪 İşdən ayrılır → bilik itkisi yaranır
⏳ Əlçatan deyil → qərarlar ləngiyir

Bu, şirkətin düzgün idarə olunmaması demək deyil. Problem kritik resursun bir nöqtədə cəmlənməsidir.

🤝 Global Management daxili komandanızı əvəz etmir. Kritik funksiyalarda əlavə resurs, ekspertiza və dəstək təqdim edərək biznesinizin davamlılığını gücləndirir.

📩 Kritik funksiyalarınızda əlavə dəstəyə ehtiyacınız varsa, bizimlə əlaqə saxlayın.

27 Sentyabr – Anım Günü qəhrəmanlarımızın göstərdiyi misilsiz şücaəti və Vətən uğrunda etdikləri ən ali fədakarlığı ehti...
27/09/2026

27 Sentyabr – Anım Günü qəhrəmanlarımızın göstərdiyi misilsiz şücaəti və Vətən uğrunda etdikləri ən ali fədakarlığı ehtiramla xatırladığımız gündür.

Onların şərəfli mübarizəsi və müqəddəs əmanəti Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olaraq qalacaq.

Şəhidlərimizin əziz xatirəsini sonsuz hörmət və minnətdarlıqla anırıq!

Address

75 Rasul Rza, Winter Park Plaza
Baku
AZ1014

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Global Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share