Daşkəsən Dəmir Filiz/Dashkasan Iron Ore

Daşkəsən Dəmir Filiz/Dashkasan Iron Ore Dashkasan Iron Ore LLC was established and registered as a subsidiary legal entity of AzerGold CJSC on December 14, 2020.

“Daşkəsən Dəmir Filiz” MMC ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində ilk dəfə olaraq törəmə hüquqi şəxs qismində təsis edilib və dövlət qeydiyyatına alınıb. Məqsəd Səhmdar Cəmiyyətin irimiqyaslı layihələrindən biri olan Daşkəsən dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir.

“Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkətinin birgə təsis etdiyi ...
05/06/2026

“Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkətinin birgə təsis etdiyi “Azerbaijan Metal Company” MMC (“AzMC) tərəfindən reallaşdırılan dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb.

İyunun 4-də keçirilən tədbirdə zavod layihəsi üzrə bank təyinatlı texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin nəticələri təqdim olunub və layihənin növbəti mərhələlərini əhatə edən sənədlər imzalanıb.

📄Tədbir çərçivəsində “AzMC” ilə Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd.” şirkəti arasında İlkin Mühəndislik müqaviləsi imzalanaraq layihənin növbəti icra mərhələsinə keçid rəsmiləşdirilib.

📄Həmçinin “AzMC” ilə “ING Bank” arasında layihənin ixrac kredit agentlikləri vasitəsilə maliyyələşdirilməsinin koordinasiyasını nəzərdə tutan saziş imzalanıb və bununla “ING Bank” layihənin qlobal koordinatoru təyin edilib.

Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, ölkəmizə davamlı inkişaf və firavanlıq ...
28/05/2026

Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, ölkəmizə davamlı inkişaf və firavanlıq arzulayırıq.

Müstəqilliyimiz daim möhkəm və əbədi olsun!

Qurban Bayramı birlik, həmrəylik və ehtiyacı olanlarla paylaşmağın ən gözəl nümunəsidir. Qoy etdiyiniz dualar qəbul, kəs...
27/05/2026

Qurban Bayramı birlik, həmrəylik və ehtiyacı olanlarla paylaşmağın ən gözəl nümunəsidir. Qoy etdiyiniz dualar qəbul, kəsdiyiniz qurbanlar Uca Yaradan dərgahında məqbul olsun.

Xalqımızı bütün müsəlman dünyasının müqəddəs bayramı olan Qurban Bayramı münasibətilə təbrik edirik!

Heydər Əliyev Azərbaycanın müasir tarixində silinməz iz qoymuş, dövlətçilik ideyalarını möhkəmləndirmiş və xalqın gələcə...
10/05/2026

Heydər Əliyev Azərbaycanın müasir tarixində silinməz iz qoymuş, dövlətçilik ideyalarını möhkəmləndirmiş və xalqın gələcəyini formalaşdırmış dahi liderdir.

Onun uzaqgörən siyasəti, qətiyyətli qərarları və xalqına olan sarsılmaz bağlılığı bu gün də Azərbaycanın inkişaf yolunun əsasını təşkil edir. Müstəqil dövlətimizin qurulması və güclənməsi məhz onun adı ilə bağlıdır. Onun əziz xatirəsini dərin ehtiramla yad edir, onun ideyalarına sadiqliyimizi bir daha ifadə edirik.

Sizi Ramazan bayramı münasibəti ilə təbrik edirik!Bu mübarək gündə tutduğunuz orucların və etdiyiniz duaların qəbul olma...
20/03/2026

Sizi Ramazan bayramı münasibəti ilə təbrik edirik!

Bu mübarək gündə tutduğunuz orucların və etdiyiniz duaların qəbul olmasını diləyirik.

Ramazan Bayramınız mübarək!

Əziz xanımlar!Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti...
08/03/2026

Əziz xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və
həyatınızın bütün sahələrində uğurlar arzulayırıq!

“Daşkəsən Dəmir Filiz” MMC-nin laboratoriyası beynəlxalq standartlara uyğun akkreditasiyadan keçib.Belə ki, laboratoriya...
06/02/2026

“Daşkəsən Dəmir Filiz” MMC-nin laboratoriyası beynəlxalq standartlara uyğun akkreditasiyadan keçib.

Belə ki, laboratoriya AZS ISO/IEC 17025:2020 — “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartı üzrə uğurla akkreditasiyadan keçərək müvafiq akkreditasiya attestatına layiq görülüb.

Sözügedən sənəd laboratoriyanın fəaliyyətinin beynəlxalq standartlara tam uyğun olduğunu, aparılan sınaq və analizlərin dəqiq, etibarlı və obyektiv nəticələr verdiyini rəsmi şəkildə təsdiqləyir.

“Daşkəsən Dəmir Filiz” MMC-nin kollektivi 20 yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Daşkəsən Şəhidlər xiyabanını ...
20/01/2026

“Daşkəsən Dəmir Filiz” MMC-nin kollektivi 20 yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Daşkəsən Şəhidlər xiyabanını ziyarət edib.

Ziyarət zamanı ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

20 Yanvar – Ümumxalq Hüzn günü 🕯Azadlıq və müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizi qürur və ehtiramla anır...
20/01/2026

20 Yanvar – Ümumxalq Hüzn günü 🕯

Azadlıq və müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizi qürur və ehtiramla anırıq!

“AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin birgə təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi i...
25/12/2025

“AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin birgə təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası həyata keçirilib.

Address

2H Mikayil Mushfig Str
Baku
AZ1004

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125857788

Website

Alerts

Be the first to know and let us send you an email when Daşkəsən Dəmir Filiz/Dashkasan Iron Ore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category