1is.az

1is.az İşaxtaranlar üçün arzuladığı işi, İşəgötürənlər üçün uyğun olan namizədləri asanlıqla tapmağa kömək edəcək platforma yaratdıq!-Recruitment.az

İşaxtaranlar isə öz kriteriya və bacarıqlarına uyğun iş elanlarına limitsiz sayda müraciət edə biləcəklər. Recruitment.az-ın axtarış imkanı ilə siz minlərlə iş elanı arasından arzuladığınız işi rahatlıqla tapa biləcəksiniz.

Şirkət: Pasha HoldingVəzifə öhdəlikləri:Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən həval...
15/08/2025

Şirkət: Pasha Holding

Vəzifə öhdəlikləri:
Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən həvalə edilmiş audit, sonrakı audit və xüsusi audit layihələrinin aparılmasına rəhbərlik etmək;
Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;
Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;
Audit layihəsi çərçivəsində onun rəhbərliyi altında olan əməkdaşların işinə nəzarət etmək;
Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Namizədə tələblər
Ali təhsil, 5 ildən artıq ümumi, 3 il bank sahəsində audit, risklərin idarəedilməsi və ya nəzarət funksiyasında iş təcrübəsi;
Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
Bankçılıq sahəsini tənzimləyən qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
Analitik və hesabat yazma bacarığı;
Ünsiyyət qurma, idarəetmə və liderlik bacarığı;
Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows, SQL) ilə işləmək bacarığı;
Ezamiyyələrdə iştirak etmək imkanı;
Azərbaycan dilini mükəmməl və ingilis dilini işgüzar səviyyədə bilməli;
CIA/FRM/CFA/CRMA/CFSA/ACCA/CPA/CIMA üzrə və s. beynəlxalq peşəkar sertifikatlara malik olması və ya mərhələ keçməsi arzuolunandır;

Şirkət:İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiVəzifə öhdəlikləri:Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin ...
25/06/2025

Şirkət:İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə öhdəlikləri:

Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması;
Əsas fəaliyyət göstəricilərinin hesablanması və təhlili;
Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili.

Tələb olunan səriştə və təcrübə:

Təhsil: Ali təhsil (iqtisadiyyat sahələri üzrə);
Təcrübə: Iqtisadi, analitik, modelləşdirmə, tibbi istiqamətdə ən azı 3 illik iş təcrübəsi;
Texniki biliklər: Microsoft Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
Şəxsi bacarıqlar: Təşəbbüskar, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları;
Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.

📍 İşçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verməsi hansı qaydada həyata keçirilir?İşçi əmək müqaviləsinə öz təşə...
19/06/2025

📍 İşçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verməsi hansı qaydada həyata keçirilir?

İşçi əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək istədikdə, bu barədə işəgötürəni yazılı şəkildə xəbərdar etməlidir. Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi ən azı bir təqvim ayı əvvəl işdən çıxmaq niyyətini bildirməlidir. Bəzi hallarda – məsələn, sağlamlıq vəziyyətinə və ya ailə vəziyyətinə görə – bu müddət azalda bilər. Xəbərdarlıq müddəti başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilir və işəgötürən bu barədə əmrlə rəsmi sənəd tərtib edir. İşçi işdən çıxarkən son əmək haqqı, ödənilməmiş məzuniyyətə görə kompensasiya və digər haqqı tam şəkildə almalıdır. Əmək kitabçası və digər sənədlər işçiyə verilməlidir. İşəgötürən bu hüquqları pozarsa, işçi müvafiq orqanlara müraciət edə bilər.

Şirkət: Kapital BankVəzifə və öhdəliklər:Məhsulun yaradılması, funksionallığın hazırlanması zamanı müvafiq proseslərin q...
10/06/2025

Şirkət: Kapital Bank

Vəzifə və öhdəliklər:
Məhsulun yaradılması, funksionallığın hazırlanması zamanı müvafiq proseslərin qurulması və mövcud proseslər üzrə optimizasiya işlərinin aparılması;
Məhsulları və sistemlərin kəsilmə axınını başa düşmək üçün İT ilə əlaqə qurmaq;
Yeni məhsullar üçün prosesin yaradılmasına və ya yeni sistemin inteqrasiyasına dəstək olmaq;
Mövcud prosesləri və məhsulların boşluqlarını tapmaq və keyfiyyətini optimallaşdırılması üçün təhlil etmək;
Sprint ərzində hazırlanan funksionallığı və prosesləri test etmək;
Mövcud proseslərin nəzərdən keçirilməsi və optimallaşdırılması üzrə həllər təkliflər vermək.

Tələblər:
Ali təhsil;
Yüksək analitik düşüncə;
Proqramların və sistemlərin arxitektura anlayışı (Software, Data bases);
İnteqrasiya Layihə Meneceri, Keyfiyyət Təminatı, Sistem Memarı, BPM, Strategiya sahələrində ən azı 2 illik davamlı iş təcrübəsi.

Şirkət: EmbawoodVəzifə və öhdəliklər:Yeni modellərin texniki cizgilərinin işlənməsi;Müştərinin istəyinə uyğun mebelin öl...
04/06/2025

Şirkət: Embawood

Vəzifə və öhdəliklər:
Yeni modellərin texniki cizgilərinin işlənməsi;
Müştərinin istəyinə uyğun mebelin ölçüsü, forması, rəngi və sayının dəqiqləşdirilməsi və satışın həyata keçirilməsi;
Xüsusi istək zamanı mebellərin renderlərinin hazırlanması(3D MAX);
Qəliz, xüsusi sifarişlər zamanı istehsal prosesi ilə maraqlanmaq.

Tələblər:
Ali təhsil;
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
MS Office, Autocard, 3dMAX proqramları biliyi;
Mebel dizayn biliyi;
Komandada işləmək bacarığı.

Şirkət: 166 Yükdaşıma və Logistika166 Yükdaşıma və Logistika şirkəti “Satış Meneceri – Dəmir Yolu Logistikası (Çin–Azərb...
02/06/2025

Şirkət: 166 Yükdaşıma və Logistika

166 Yükdaşıma və Logistika şirkəti “Satış Meneceri – Dəmir Yolu Logistikası (Çin–Azərbaycan Marşrutu üzrə)” vakansiyası elan edir.

Vəzifə və öhdəliklər:
Çin və Qafqaz bölgəsi arasında dəmir yolu yükdaşıma sahəsində təcrübəli, satış yönümlü Satış Menecerini komandamıza axtarırıq. Namizəd FCL və LCL yüklər üzrə müştəri axtarışı, satış proseslərinin idarə olunması və əlaqələrin qurulmasına cavabdeh olacaq.
Çin–Azərbaycan dəmir yolu marşrutu üzrə yeni müştərilərin cəlb olunması;
FCL və LCL yüklər üçün fərdi təkliflərin hazırlanması;
İdxal və ixrac edən şirkətlərlə möhkəm münasibətlərin qurulması;
Aylıq və rüblük satış planlarının yerinə yetirilməsi;
Əməliyyat və müştəri xidməti komandası ilə koordinasiyanın təmin edilməsi;
CRM bazasının düzgün və vaxtında aparılması, hesabatların hazırlanması.

Tələblər:
Logistika və yükdaşıma sahəsində 2 ildən artıq B2B satış təcrübəsi;
Çin–Orta Asiya və Qafqaz dəmir yolu marşrutlarına dair bilik;
Güclü ünsiyyət, təqdimat və danışıqlar bacarığı;
Sahədə müştəri bazasının mövcudluğu üstünlükdür;
Ezamiyyətlərə və sərgilərdə iştirak etməyə hazırlıq.

Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və bonus sistemi;
İnkişaf edən beynəlxalq logistika şəbəkəsində iş imkanları;
Peşəkar və dəstəkçi kollektiv.

İş şəraiti:
İş qrafiki: 09:00-18:00;
Ünvan: Yasamal rayonu., Şəfayət Mehdiyev küçəsi.

📍 İşçinin iş vaxtı, istirahət vaxtı və həftəlik iş saatı necə tənzimlənir?Azərbaycan Respublikasının Əmək Məcəlləsinə gö...
29/05/2025

📍 İşçinin iş vaxtı, istirahət vaxtı və həftəlik iş saatı necə tənzimlənir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, tam ştatla işləyən işçi üçün həftəlik normativ iş vaxtı 40 saatdır (Maddə 89).

İş vaxtı belə tənzimlənir:
Normal iş rejimi – gündə 8 saat, həftədə 5 iş günü və 2 istirahət günü;
6 günlük iş rejimi olanda isə – gündəlik 7 saatdan artıq olmamalıdır.

İstirahət vaxtları:
Həftəlik istirahət: Adətən şənbə və bazar (və ya başqa 2 ardıcıl gün);
Nahar fasiləsi – iş günü ərzində ən azı 30 dəqiqə (amma bu vaxt iş vaxtına daxil edilmir);
Bayram və matəm günləri – qanunla müəyyən edilmiş rəsmi qeyri-iş günləridir (Maddə 105-107).

Qısaldılmış iş vaxtı tətbiq edilir:
18 yaşına qədər şəxslərə (həftəlik 36 saat),
Əlillərə,
Zərərli və ağır işlərdə çalışanlara (qanunla müəyyən olunur).

Əlavə saatlar:
İşçini normadan artıq gündə 4 saatdan, ayda isə 120 saatdan çox işlətmək qadağandır (Maddə 91). Əlavə iş vaxtı artırılmış məbləğlə ödənilməlidir (Maddə 165).

Şirkət: Azərbaycan Respublikasının Mərkəzi BankıVəzifə və öhdəliklər:Maliyyə sabitliyinə təhdid yaradan risklərinin iden...
27/05/2025

Şirkət: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Vəzifə və öhdəliklər:
Maliyyə sabitliyinə təhdid yaradan risklərinin identifikasiyası, onların təhlili, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
Maliyyə bazarları üzrə sistem risklərini qiymətləndirir, makroiqtisadi və xarici şokların maliyyə sabitliyinə təsirini qiymətləndirmək üçün müxtəlif parametrli makromaliyyə modellərini formalaşdırılması;
Maliyyə bazarları üzrə kredit, likvidlik, bazar, əməliyyat və digər riskləri kəmiyyət əsasında qiymətləndirilməsi;
Maliyyə institutlarının dayanıqlığını qiymətləndirmək üçün stress-testlər (“topdown”) və müxtəlif simulyasiyaların həyata keçirilməsi;
Maliyyə sabitiyi üzrə analitik qiymətləndirmələr, stress-testlər və simulyasiyalara dair dövri hesabatlar hazırlayır;
Maliyyə bazarları üzrə əsas göstəricilərin proqnozlaşdırılmasını təmin edilməsi;
Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması.
Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.

Texniki kompetensiyalar:
Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun (Yüksək səviyyədə);
Ümumi iqtisadiyyat və bankçılıq (Yüksək səviyyədə);
Risk təhlili (Yüksək səviyyədə);
Maliyyə sabitliyi (Yüksək səviyyədə);
Maliyyə sistemi, maliyyə bazarları və alətləri (Yüksək səviyyədə);
Maliyyə (Yüksək səviyyədə);
Təcrübə:
Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə (1 il);
Təhsil:
Ali təhsil (iqtisadi/maliyyə/biznesin idarə edilməsi);
Dil bacarığı:
Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yüksək səviyyədə);
Kompüter bacarıqları:
MS Office proqramları (xüsusilə MS Excel, PowerBI); Ekonometrik, statistik paketlər (Eviews, STATA, MATLAB, R, Python və s.) (yaxşı səviyyədə);
Sertifikatlar:
CFA, FRM və ya analoji sahədə digər peşəkar sertifikatlar arzuolunandır.

Şirkət: WESAVəzifə və öhdəliklər:Texniki dizayn və çertyojlara əməl olunmasına nəzarəti həyata keçirmək;Texniki məsləhət...
22/05/2025

Şirkət: WESA

Vəzifə və öhdəliklər:
Texniki dizayn və çertyojlara əməl olunmasına nəzarəti həyata keçirmək;
Texniki məsləhətlər vermək və sahədə problemləri yerində həll etmək;
Sahəyə təqdim edilmiş işçi cizgilərin sahəyə uyğunlaşdırılması;
Sahədə tələb edilən mal,material və texnika tələbatının analizi və sifarişlərin verilməsi;
Qanunvericiliyin və SƏTƏM siyasətinin tələblərinə əməl Spesifikasiya və keyfiyyət standartlarına riayət etməklə yüksək keyfiyyətli işlərin həyata keçirilməsini təmin etmək;
Gündəlik , həftəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması;
Layihələrlə bağlı fəaliyyətlərin hərtərəfli və dəqiq qeydlərini aparmaq;
Emal olunmuş materilların layihəyə görə quraşdırılmasını təmin etmək;
İşin keyfiyyətinə nəzarət etməli, layihənin tələblərinə uyğun şəkildə işlərin aparıldığından əmin olmalı;
Təcrübə üçün hazırlanmış nümunənin yaxud şablonların quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında iştirak edir;
Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir.

Tələblər:
Ali təhsil (memarlıq-inşaat,Mexanika mühəndisliyi ixtisasından məzun olmaq);
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;
Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı.

İş şəraiti

Ünvan: Lətif Sultanov 133;
Şöbə rəhbəri tərəfindən təklif olunan əmək haqqı aralığı: Müsahibə əsasında;
İş qrafiki: 6 gün;
İşçiyə təmin ediləcək mənfəətlər - Telefon, Mobil nömrə.

Şirkət: EmbaFinans BOKTVəzifə və öhdəliklər:Monitorinq və autentifikasiya: Zabbix və RADIUS sistemləri;HA və redundant s...
13/05/2025

Şirkət: EmbaFinans BOKT

Vəzifə və öhdəliklər:
Monitorinq və autentifikasiya: Zabbix və RADIUS sistemləri;
HA və redundant sistemlər: HA, Stackwise, Link Aggregation həlləri;
Switching və Routing: VLAN, STP, VTP, DHCP Snooping, DAI, BGP protokolu;
VPN texnologiyaları: GRE, IPSEC, DMVPN, SSL, ESP, AH;
Şəbəkə təhlükəsizliyi: Port Security, NAC, STP Security, ACL, IP Source Guard;
Şəbəkə xidmətləri: DHCP, NTP, DNS, ARP, NAT, SMTP, FTP, TFTP;
Wi-Fi idarəetməsi: Enterprise səviyyəsində simsiz şəbəkələrin idarə olunması;
Avtentifikasiya və təhlükəsizlik: 802.1X, EAP, LDAP, RADIUS;
Şəbəkə cihazlarının idarə edilməsi: SSH və WEB interfeysləri ilə konfiqurasiya;
Şəbəkə infrastrukturunun idarə edilməsi və optimallaşdırılması;
Şəbəkə təhlükəsizliyinin təmin edilməsi və monitorinqi;
Switching, Routing və Wi-Fi texnologiyalarının idarə olunması;
Şəbəkə və sistem problemlərinin diaqnostikası və həlli.

Tələblər:
Ali Təhsil (aidiyyatı sahə üzrə);
Şəbəkə avadanlıqları: Firewall, Switch, Router və UniFi Network Server-ləri ilə iş təcrübəsi;
Server infrastrukturu: Windows Server (AD, DNS, File Server, Group Policy, IIS, WSUS, Terminal Services), VMware ESXi, vCenter;
Ehtiyat nüsxə və monitorinq: Veeam B&R, Zabbix;
Linux sistemləri: Ubuntu, CentOS, Rocky Linux, komanda sətri alətləri və sistem idarəetməsi.
Minimum 2 il iş təcrübəsi.

Əmək haqqı: Namizədin təcrübəsinə uyğun olaraq 2000-2500 AZN.

📍 İşdən azad olma və ya müqavilənin ləğvi hansı hallarda mümkündür?Əmək müqaviləsi bir sıra hallarda ləğv edilə bilər:İş...
08/05/2025

📍 İşdən azad olma və ya müqavilənin ləğvi hansı hallarda mümkündür?

Əmək müqaviləsi bir sıra hallarda ləğv edilə bilər:

İşçinin arzusu ilə – işçi işdən öz təşəbbüsü ilə çıxa bilər (lakin qanunla müəyyən edilmiş qaydada).

İşəgötürənin arzusu ilə – işəgötürən işçini müxtəlif səbəblərdən azad edə bilər, məsələn: işçinin intizam qaydalarını pozması, işə gəlməməsi, istehsalatın dayandırılması və s.

Əmək müqaviləsinin müddətinin başa çatması – müddətli müqavilə bitdikdə əmək müqaviləsi avtomatik olaraq sona çatır, əgər tərəflər razılaşarsa.

İş yerinin və ya işin dəyişdirilməsi – əgər işəgötürən iş yerini dəyişərsə və ya yeni şəraitdə işçi bu şəraitə uyğun gəlməzsə, müqavilə ləğv oluna bilər.

Səhiyyə ilə əlaqədar – işçi sağlamlıq vəziyyəti səbəbindən işə çıxa bilməzsə, əmək müqaviləsi ləğv edilə bilər.

İşdən azad etmə zamanı mütləq işçinin hüquqlarına hörmətlə yanaşılmalı və işəgötürən müvafiq prosedurlara riayət etməlidir.

Şirkət: Deluks Kamin MMCVəzifə və öhdəliklər:Rəhbərlik tərəfindən verilən işlərin görülməsi;  Şirkətin təyin etdiyi marş...
06/05/2025

Şirkət: Deluks Kamin MMC

Vəzifə və öhdəliklər:
Rəhbərlik tərəfindən verilən işlərin görülməsi;
Şirkətin təyin etdiyi marşrut üzrə işcilərin daşınması;
Şirkətin mallarının təyinatı üzrə daşınması.

Tələblər:
25-40 yaş arası kişilər;
Təcrübəli;
BC kateqoriyalı;
Bakı şəhərini yaxşı tanımalı;
Rayonlara gedə bilməli;
Yük maşını idarə edə bilməli (Ford, Atego);
Kollektivə uyğunlaşma qabiliyyəti yüksək olmalı;
Verilən və qoyulan tələbləri vicdanla və məsuliyyətlə yerinə yetirməli.

Address

Azerbaycan
Baku

Alerts

Be the first to know and let us send you an email when 1is.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 1is.az:

Share