06/05/2026
Sərgidə KOB-lar üçün yeni satış imkanları
KOBİA mikro, kiçik və orta bizneslərin satış imkanlarını artırmaq və bazarlara çıxışını genişləndirmək məqsədilə Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində xüsusi stendlə təmsil olunur.
Stenddə KOB-ların qənnadı, bal, zəfəran, pendir və digər məhsulları nümayiş edilir, həmçinin yeni işgüzar əlaqələrin qurulması üçün imkan yaradılır.
Sərgi ilə tanışlıq çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva da KOBİA-nın stendini ziyarət ediblər.
Sərgilər 8 mayadək davam edəcək.