05/02/2024
Pul vəsaitlərinin hərəkəti hesabatı- Cash flow
Müəssisənin “Balans Hesabatı” və “Mənfəət və Zərər Hesabatı” – müəssisənin hesabat dövrünün sonuna olan maliyyə vəziyyəti barədə tam informasiya ilə təmin etmir. Balans hesabatında hesabat dövrünün sonuna müəssisənin maliyyə vəziyyəti, Mənfəət və Zərər hesabatında isə maliyyə ili ərzində əldə edilmiş gəlir açıqlanır. Lakin bu hesabatlardan müəssisənin nağd pul vəsaitlərinin vəziyyəti haqqında informasiyanı əldə etmək olmur.
Bunu bilmək həddən artıq lazımdır, çünki mənfəətli müəssisələr belə borclarını ödəmək üçün nağd pul vəsaitlərinə malik olmadığı halda iflasa uğraya bilərlər. Buna görə də qeyd edə bilərik ki, müəssisənin mənfəətinin olması onun sərbəst nağd pul vəsaitlərinə malik olması demək deyil.
Fərz edək ki, hər hansı bir müəssisə 2000 manat nağd pul vəsaitinə malikdir. Hesabat dövrü ərzində isə müəssisə 5000 manat məbləğində kreditlə mal almışdır. Həmçinin bu dövr ərzində 9000 manat məbləğində kreditlə mal satmışdır. Mənfəət və Zərər hesabatında müəssisənin 4000 manat mənfəəti olduğu qeyd edilir. Belə bir halda kreditorlar borclarının ödənməsini istəyirlər, lakin müəssisənin əlində 2000 manat nağd pul vəsaiti vardır. Beləliklə, müəssisə mənfəətli olduğu halda debitorlar öz borclarını qaytarmamış, kreditorlarla hesablaşmaqda isə çətinlik çəkir və iflas olmaq təhlükəsi ilə üzləşir.
"MAM Audit" ilə əməkdaşlıq etməklə siz bu çətinliklərdən qorunacaq və əlavə maliyyələşmə mənbələrinə ehtiyac duymayacaqsınız!
Xidmətlərimizlə www.mam.az
saytına daxil olaraq daha yaxından tanış ola və sifariş edə bilərsiniz.
Sifariş üçün:
https://mam.az/contact
📱(+99450) 270 57 47
📩 [email protected]