Agro PM Group

Call Directions Website Contact the business

Agro PM Group Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agro PM Group, Ahmad Rajabli 33, Baku.

Kənd təsərrüfatı üzrə texniki iqtisadi əsaslandırma, biznes planların tərtibi, torpaq və əmlakın qiymətləndirilməsi, açar təslimi layihələrin icrası, torpaq və su analizi, məsləhət xidmətləri, təlim.

11/04/2026

Sıfırdan qurduğumuz və hazırda da xidmət etməyə davam etdiyimiz gilas bağı. Siz də bu kimi bağlar salmaq istəyirsizsə, ilkin araşdırmadan, biznes plan yazılması da daxil olmaqla bağın salınmasına qədər xidmətinizdəyik.

✅ 16-17 mart 2026-cı il tarixində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə  “Dəqiq kənd təsərrüfatında süni intell...
13/03/2026

✅ 16-17 mart 2026-cı il tarixində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Cəlilabad rayonunda ilin ilk “Bootcamp” tədbiri keçiriləcək.
✅ “Bootcamp” proqramı Cəlilabad Dövlət Peşə Mərkəzində baş tutacaq.
✅ Bootcamp çərçivəsində ölkə üzrə süni intellektin tədris olunduğu ixtisaslarda təhsil alan 20-ə yaxın ali təhsil müəssisəsindən tələbələr, o cümlədən 10-a yaxın Akselerasiya və İnkubasiya Mərkəzindən mütəxəssislərin iştirakı nəzərdə tutulur.

13/03/2026

İşğaldan azad edilmiş ərazilərdə torpaq icarəsi müsabiqəsinin nəticələri bəlli olub

◼️İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi məqsədilə keçirilən II investisiya müsabiqəsinə yekun vurulub.

◼️Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, II İnvestisiya Komissiyasının iclasında müsabiqənin nəticələri təsdiqlənərək qaliblərin siyahısı müəyyənləşdirilib.

◼️2025-ci ilin 15 dekabrında elan olunan və sənəd qəbulu fevralın 5-də yekunlaşan müsabiqəyə ümumilikdə 162 sahibkarlıq subyekti müraciət edib. Artıq müsabiqə iştirakçılarının hamısına nəticələrlə bağlı SMS vasitəsilə bildiriş göndərilib, qalib elan olunan sahibkarların məlumatlandırılması isə mərhələli şəkildə davam etdirilir.

İxracatçıların nəzərinə!  Yerli kənd təsərrüfatı və qida məhsullarının BƏƏ-yə ixrac imkanları genişləndirilir*Azərbaycan...
11/03/2026

İxracatçıların nəzərinə!

Yerli kənd təsərrüfatı və qida məhsullarının BƏƏ-yə ixrac imkanları genişləndirilir*

Azərbaycan məhsullarının xarici bazarlara çıxışının asanlaşdırılması və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində növbəti uğurlu addım atılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında keçirilən onlayn görüşdə yerli məhsulların körfəz bazarına ixracı istiqamətində mühüm razılaşmalar əldə olunub.

Strateji Əməkdaşlıq və Anlaşma Memorandumu: Görüşün əsas mövzularından biri “Heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu layihəsinin müzakirəsi olub. Bu sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və ixrac prosedurlarının sadələşdirilməsi üçün hüquqi baza rolunu oynayacaq.

Aparılan intensiv müzakirələr nəticəsində Azərbaycandan BƏƏ-yə aşağıdakı məhsulların ixracı üzrə sertifikatlar razılaşdırılıb və bu sahədə ixracın həyata keçirilməsi artıq mümkündür:

• Ət və ət məhsulları: Mal, qoyun, keçi, quş və dovşan əti (həm xam, həm də termik emal olunmuş).
• Balıq və dəniz məhsulları: Vəhşi və ya yetişdirilən balıqlar, molyusklar və s.
• Süd və süd məhsulları.
• Bal və arıçılıq məhsulları.
• Yumurta: Süfrə yumurtaları və yumurta məhsulları.

Sözügedən məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixrac prosedurları, tələb olunan baytarlıq və fitosanitar sertifikatlarının alınması, habelə qida təhlükəsizliyi standartları ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün sahibkarlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxlaya bilərlər (AQTA link: https://afsa.gov.az/az ).

AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təşkil olunub. Təlim iştirakçılarına “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətra...

Kənd təsərrüfatında ən çox rast gəlinən vəziyyət:Fermer təsərrüfat qurur → investisiya edir → 1-2 il sonra anlayır ki, g...
15/02/2026

Kənd təsərrüfatında ən çox rast gəlinən vəziyyət:

Fermer təsərrüfat qurur → investisiya edir → 1-2 il sonra anlayır ki, gəlir xərci ödəmir.

Səbəb adətən torpaq, məhsul və ya bazar deyil.Səbəb — hesablanmamış biznes modelidir.

Bir çox hallarda:• istixananın rentabelliyi əvvəlcədən hesablanmır• heyvandarlıqda yem xərci yanlış planlaşdırılır• bağ salınır, amma satış kanalı düşünülmür• kredit götürülür, lakin pul axını (cash-flow) uyğun qurulmur

Biz kənd təsərrüfatı layihələri üçün peşəkar biznes plan və maliyyə modeli hazırlayırıq:

✔ Qrant və investorlara təqdim edilə bilən format
✔ 5-10 illik maliyyə proqnozu
✔ Rentabellik və geriödəmə müddətinin hesablanması
✔ Subsidiyaların və dövlət dəstəyinin modelləşdirilməsi

Əgər layihəyə başlamamısınızsa — biznes plan sizi zərərdən qoruyar.Əgər artıq başlamısınızsa — biznes plan sizi xilas edə bilər.

Ətraflı məlumat və ilkin konsultasiya üçün birbaşa yazın

1. +994102347066 WhatsApp və ya
2. buraya messenger vasitəsilə və ya
3. bu paylaşımın altında rəy yazmaqla

Təlim olacaq
26/08/2024

Təlim olacaq

Hörmətli fermer və sahibkarlar, Kənd Təsərrüfatı Nazirliyi özəl sektorla tərəfdaşlıq çərçivəsində meyvəçilik və tərəvəzçilik sahəsində təlim proqramlarını…

Əqli mülkiyyət hüquqlarının (ƏMH) qorunması və kontrafakt və saxta məhsullarla mübarizə məqsədilə Fina LLP və ABŞ Ticarə...
26/08/2024

Əqli mülkiyyət hüquqlarının (ƏMH) qorunması və kontrafakt və saxta məhsullarla mübarizə məqsədilə Fina LLP və ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (the Commercial Law Development Program of the US Department of Commerce) (“CLDP”) tərəfindən təşkil olunan “ƏMH-nin Mühafizəsi və Qorunması: Saxtakarlığa Qarşı Tədbirlər” üzrə Konfransdan.

Konfransda saxta və kontrafakt məhsullar və belə məhsulların identifikasiyası və onların yayımına qarşı mübarizə barədə müzakirələr aparılır.

Bəs ƏMH nədir? - patent, əmtəə nişanı, müəllif hüquqları və s. bu kimi ƏMH insan zehni tərəfindən yaradılan hər hansı bir əsərin, ixtiranın, simvolun, adın və ya dizaynın sahibinə tanınan hüquqlardır. Bu hüquqlar, yaradıcılıq və yenilikləri qorumaq və təşviq etmək məqsədi daşıyır.

Bu hüquqlar, yaradıcılara və ixtiraçılara öz əsərlərini və ixtiralarını iqtisadi cəhətdən dəyərləndirməyə imkan verir, eyni zamanda, bu cür yeniliklərin ictimaiyyətə faydalı olması üçün balansı təmin edir.

Siz də ƏMH sahəsində hüquqlarınızın qorunmasını istəyirsinizsə, ilk növbədə bu hüquqları qeydiyyatdan keçirməlisiniz. Bu işi isə biz görürük, müraciət edə bilərsiniz!

☎️ +994 12 465 75 15
📳 +994 50 500 06 65

📧 [email protected]

Consulting Group MMC

, , , , , , , , 🏢🔍

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının...
20/08/2024

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

✅5 hektaradək olduqda – 2 faiz miqdarında;
✅5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;
✅10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

Qeyd edim ki, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasınnın Qanununa əsasən, ailə kəndli təsərrüfatı ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.

Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər.

Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.

, , , , , , , , 🏢🔍

Consulting Group MMC

10/02/2024

15-27 fevral 2024 tarixləri arasında KOBİA tərəfindən onlayn və offline formatda əsasən kənd təsərrüfatını əhatə edən aşağıdakı mövzularda görüşlər keçiriləcək:

- arıçılıq,
- heyvandarlıq,
- çayçılıq,
- ailə kəndli təsərrüfatının inkişafı,
- baramaçılıq və ipəkçilik,
- turizm və ictimai iaşə,
- aqrobiznes,
- ərzaqlıq buğda istehsalı,
- üzümçülük və şərabçılıq,
- qadın sahibkarlığın inkişafı,
- güzəştli maliyyə vəsaitlərinə çıxış

Müxtəlif qurumların iştirak edəcəyi görüşlərdə iştirak sərbəstdir.

https://www.smb.gov.az/az/all-news/fevral-ayinda-sahibkarlar-ucun-muxtelif-movzularda-gorusler-ve-maariflendirici-tedbirler-kecirilecek

Address

Ahmad Rajabli 33
Baku
AZ1075

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 16:00

Telephone

+994505000665

Alerts

Be the first to know and let us send you an email when Agro PM Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Agro PM Group:

Shortcuts

Share