• "FELAS" xarici ölkələrdə hüquq təhsili almış azərbaycanlı hüquqşünasların öz ideyalarını, fikirlərini, hüquq düşüncələrini və ortaq dəyərlərini paylaşdığı bir şəbəkələşmə platformasıdır.
• Təşkilatın fəaliyyət istiqamətləri:
(a) Şəbəkələşmə tədbirləri vasitəsilə xaricdə təhsil almış azərbaycanlı hüquqşünasları bir araya gətirmək;
(b) Tanınmış və təcrübəli məzunları dəvət edərək müzakirə sessiy
aları, tədbirləri təşkil etməklə təcrübə və bilik mübadiləsi üçün ortaq platforma yaratmaq;
(c) Hüququn müxtəlif sahələrində müzakirə mühiti yaratmaqla qanunvericiliyin və hüquqi praktikanın təkmilləşməsinə nail olmaq;
(d) Müxtəlif növ təlimlər, yay və qış məktəbləri, vörkşoplar təşkil etməklə ölkədə hüquq sahəsində yeni akademik mühit yaratmaq;
(e) Sosial şəbəkə hesabları və digər vasitələrlə xaricdə təhsil almış tanınmış azərbaycanlı məzunların profillərini tanıtmaq;
(f) Yerli universitetlərin hüquq fakültələri arasında tanınmış və yüksək reytinqli xarici universitetlərin, hüquq məktəblərinin yaxşı təcrübələrini təşviq etmək.
• Tədbirlər planı:
(a) Peşəkar tədbirlər – beynəlxalq müstəvidə möhkəmlənən, lakin Azərbaycanda hüquqşünaslar tərəfindən diqqət yetirilməyən və müzakirə edilməyən hüquq sahələrinin, mözvularının həmin istiqamətlər üzrə ixtisaslaşmış xarici və yerli hüquqşünasların iştirakı ilə müzakirəsinin seminarlar, təlimlər, workshoplar vasitəsilə təşkili;
(b) Təhsil tədbirləri – hüquq tələbələri və gənc hüquqşünasların müxtəlif ölkələrdə hüquq təhsilinin xüsusiyyətləri, təhsil və təqaüd imkanları, tələbə həyatı və s. barədə həmin ölkələrdə təhsil almış hüquqşünaslar tərəfindən məlumatlandırılması;
(c) Şəbəkələşmə layihələri – müxtəlif əyləncəli tədbirlər (intellektual yarışlar, gəzintilər, görüşlər və s.) vasitəsilə xaricdə təhsil almış azərbaycanlı hüquqşünasları bir araya gətirmək.
• Hüquqi təhlil və dəstək:
(a) Qanunvericiliyin sahəvi təhlili üzrə qruplar – milli qanunvericilikdə mövcud olan çatışmazlıqlar, kolliziyalar, mümkün yeni yanaşmalar və inkişaf imkanları barədə Təşkilatın nəzdində fəaliyyət göstərəcək Sahəvi Təhlil Qrupları tərəfindən mütəmadi təhlillərin aparılması və təhlillərin nəticələrinin aidiyyəti dövlət qurumlarına ünvanlanması;
(b) "Amicus Curiae" – Ali Məhkəmə tərəfindən ictimai müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələlərlə bağlı hüquqi rəylərin hazırlanması;
(c) "Moot Court" müsabiqələri – beynəlxalq məhkəmə müsabiqələrində yerli universitetləri təmsil edəcək komandaların yarışmalara hazırlaşmasına dəstək göstərilməsi məqsədilə müvafiq sahə üzrə təcrübəsi olan üzvlərin iştirakı ilə təlimlərin, əlçatan xarici universitetlərin komandaları ilə simulyasiyalarının və s. təşkil edilməsi.