TRUD.AZ

TRUD.AZ TRUD.AZ с удовольствием предлагает Вам свою помощь, опыт и знания! TRUD.AZ
Мы работаем на вас !

TRUD.AZ функционирует на Русском, Азербайджанском, Английском и Турецком языках.
Здесь вы можете самостоятельно пройти регистрацию и подбирать персонал, либо заняться поиском квалифицированной работы для себя.

Кроме того, кадровое агентство TRUD.AZ с удовольствием предлагает Вам свою помощь, опыт и знания!
Мы готовы взять на себя функции, а также профессиональное решение задач в области подб

ора компетентного и квалифицированного персонала на условиях взаимовыгодного сотрудничества.

Наша задача – предоставление качественной услуги с высоким уровнем сервиса.

Şirkət: Miniso Co LLCVakansiya: Satış təmsilçisiTələblər: Təhsil: Ali və ya orta;Azərbaycan dilini və Rus dilini bilməsi...
20/05/2024

Şirkət: Miniso Co LLC
Vakansiya: Satış təmsilçisi

Tələblər:
Təhsil: Ali və ya orta;
Azərbaycan dilini və Rus dilini bilməsi üstünlükdür;
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Satış qabiliyyəti olmalı;
Məhsulları təqdim etmək bacarığına malik olmalı

Əsas vəzifələr:
Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.

Biz Sizə təklif edirik:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Həftədə 6 iş günü, 1 gün istirahət;
Karyera yüksəlişi imkanı;
Əmək haqqı : Başlanğıc üçün (NET) 450 AZN, artan əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış Təmsilçisi” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə: 050 505 52 76

Şirkət: SOCAR Downstream ManagementVakansiya: Dövri təmir üzrə çilingərVəzifənin məqsədi:Zavod ərazisində cavabdeh olduğ...
20/05/2024

Şirkət: SOCAR Downstream Management
Vakansiya: Dövri təmir üzrə çilingər

Vəzifənin məqsədi:
Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmiri və təmiri üçün əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirilməlidir. İşçi vəzifələrini Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq riayət etmək məsuliyyətini daşıyır.

Vəzifə öhdəlikləri:
SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.
Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək.
Təmir, quraşdırma zamanı tələb olunan bütün alət və avadanlıqlardan düzgün istifadə etmək.
Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək.
İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “rəhbərinə”ə xəbər vermək.
İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.
Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək.
Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək.
İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək.
SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirmək.
İşlə əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilməsi.

Tələblər:
Orta təhsil (Mexanika ixtisaslı peşə və ya orta texniki təhsil);
Təcrübə tələb olunmur;
Yoxlanışlar aparmaq üçün, hündürlükdə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlarına əsaslanaraq bütün fırlanan avadanlıqları sazlamaq və onlara xidmət etməyi bacarmaq;

Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Dövri təmir üzrə çilingər” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət tarixi: 30.05.2024

Şirkət: Alliance LogisticsVakansiya: Qrafik dizaynerİş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dəkOfis: Port Baku...
14/05/2024

Şirkət: Alliance Logistics
Vakansiya: Qrafik dizayner

İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək

Ofis: Port Baku Towers

Vəzifə öhdəlikləri:
Verilmiş təlimatlar və təqdim olunan informasiya əsasında şirkət ilə bağlı olan bütün qrafik və dizayn işlərini icra etmək;
Şirkətin bütün sosial media postları, reklamları, veb-saytları və digər platforması üçün biznesin müasir tələblərinə uyğun olan və kreativ dizayn və qrafik işlərinin tətbiq olunması;
Dizayn işlərinin şirkətin brend standartlarına müvafiq olmasını təmin etmək üçün vahid vizual identiklik saxlanılmasına dəstək göstərmək;
Rəqəmsal bannerlərin dizayn və adaptasiya edilməsi;
Xüsusi proqram vasitəsilə illustrasiya, materialların eskizlərini tərtib etmək;
Kompüter vasitəsilə illustrasiya, materialların eskizlərini tərtib etmək;
Aparılan işlər üzrə hesabatlar hazırlamaq.

Namizədə olan tələblər:
Ali təhsil (Marketinq və ya Media üzrə arzu olunandır)
Qrafik dizayn sahəsində minimum 3 illik iş təcrübəsi;
Yüksək səviyyədə Adobe Creative Suite (Illustrator, Photoshop, InDesign), Canva digər bənzər alətlər ilə işləmək bacarığı;
Reklam materiallarının istifadə qaydası üzrə biliklər;
Yüksək səviyyədə şifahi və yazılı azərbaycan, rus və ingilis dili bilikləri;
Kreativlik və detallara diqqətli olmaq.

Vakansiyaya müraciət üçün CV-nizi və portfolionuzun linkini [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur (mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə).

Şirkət: RİCONVakansiya: AnbardarVəzifə funksiyaları üzrə gözləntilərimiz:Tikinti materialların qəbulu;Məhsulların anbard...
14/05/2024

Şirkət: RİCON
Vakansiya: Anbardar

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
Tikinti materialların qəbulu;
Məhsulların anbarda yerləşdirilməsi;
Məhsulların yüklənməsi və boşaldılması;
Anbarda keçirilən sayımları həyata keçirtmək;

Kvalifikasiyaya olan tələblər:
Ali təhsil üstünlükdür;
Azərbaycan;
Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
MS Office (Word, Excel,1C) yüksək səviyyədə bilmək;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
Tikinti sahəsi barədə məlumatlı olması;
Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
Problemləri həll etmək bacarığına malik olmaq;

İş şəraitimiz:
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
İş qrafiki 6 günlük;
Mehriban komanda;
Perspektivli iş şəraiti;
Ofis Ağ Şəhər ərazisində yerləşir

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] email ünvanına göndərməkləri xahiş olunur.

Şirkət: Blue Planet DistributionVakansiya: KassirVəzifə öhdəlikləri:Kassa avadanlıqlarını hazır vəziyyətə gətirmək və hə...
14/05/2024

Şirkət: Blue Planet Distribution
Vakansiya: Kassir

Vəzifə öhdəlikləri:
Kassa avadanlıqlarını hazır vəziyyətə gətirmək və hər hansı bir nasazlıq olarsa baş kassirə xəbər vermək;
Gün ərzində olan satışlara nəzarət etmək və bütün satışları sistemə vurmaq;
Öz xidmət yerini təmizləmək və səliqəyə salmaq;
Kassaya aidiyyatı olmayan şəxsləri kassaya buraxmamaq;
Gün sonu hesabatlarını baş kassirə göndərib kassanı bağlamaq;

Namizədə tələblər:
Kassir kimi minimum 1 illik iş təcrübəsinin olması;
Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
Dil bilikləri: Azərbaycan (yüksək səviyyədə), İngilis dili və Rus dilləri (arzuolunandır);
Müştərilərlə peşəkar səviyyədə ünsiyyət qurmaq bacarığı;
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Kassir” yazaraq [email protected] e-mail ünvanına göndərməkləri xahiş olunur. Yalnız tərcümeyi halı vəzifə tələblərinə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət: Plastcon GroupVakansiya: İnsan Resursları üzrə mütəxəssisVəzifə öhdəlikləri:AR qanunvericiliyin tələblərinə uyğu...
14/05/2024

Şirkət: Plastcon Group
Vakansiya: İnsan Resursları üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:
AR qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, azad olması, məzuniyyət, ezamiyyət və s. əmrlərinin hazırlanması;
Əmək müqavilələrin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, elektron sistemə daxil edilməsi;
Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərin məzuniyyət uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
Aylıq tabel və davamiyyətin uçotunu aparılması;
Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməsi.

Namizədə aid tələblər:
Ali təhsil;
Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi arzuolunandır);
AR Əmək Məcəlləsini bilməli;
ƏMAS elektron sistemində işləmək bacarığı;
Azərbaycan dilini yüksək, rus dili arzuolunandır;
MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
İşgüzar yazışma, sərbəst araşdırma və problem həll etmə qabiliyyəti, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik;
Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti, dəqiqlik, detallara fikir vermə qabiliyyəti;

İş şəraiti:
6 günlük iş qrafiki (şənbə günü qısa iş günü), həftə içi – 9:00-18:00, şənbə günü – 10:00-14:00
İş yeri: Sumqayıt şəhəri, 76-cı məhəllə, SXİF ətrafı (Köhnə Dizayn Boru Fabriki)
Korporativ nömrə, könüllü tibbi sığorta;
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: Net 900 AZN

Tələblərə uyğun namizədlər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “İnsan Resursları üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

Şirkət: West HospitalVakansiya: Əczaçıİş barədə məlumat:Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həya...
03/05/2024

Şirkət: West Hospital
Vakansiya: Əczaçı

İş barədə məlumat:
Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək,
Müştərilərə məhsul seçimində köməklik göstərmək
Aptekə daxil olan məhsulları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək
Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək
Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək
Sifarişi dəqiq və vaxtında yerinə yetirmək

Namizədə tələblər:
Xanım namizəd
Yaş həddi: 25-35
Ali Tibbi təhsil və sertifikat mütləqdir
Səlist nitq qabiliyyətinə malik olmalıdır
Kompyuterdə işləməyi sərbəst bacarmalıdır, 1C biliyi vacibdir
Sənədlərlə işləməyi bacarmalı, aktiv və çevik olmalıdır
Kassa və post terminalı bilməlidir
Təcrübəsiz namizədlərin müraciyyətlərinə baxılmayacaq

İş şəraiti:
İş vaxtı: həftədə 6 gün, 7 saat
Əmək haqqı: namizədin bilik və təcrübəsinə görə təyin ediləcək
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə

Namizədlərdən şəkilli CVlərini e-mailin mövzu hissəsində “Əczaçı” qeyd edərək [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Şirkət: Barkod ElectronicsVakansiya: 1C operatorYaş: 18-35Ərazi: Bakı Əmək haqqı: 400-700İş staji: minimum 1 ilTəhsil: A...
03/05/2024

Şirkət: Barkod Electronics
Vakansiya: 1C operator

Yaş: 18-35
Ərazi: Bakı
Əmək haqqı: 400-700
İş staji: minimum 1 il
Təhsil: Ali təhsil
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi

Vəzifə tələbləri:
Müfaviq sahə üzrə ali təhsil
Yaş həddi: 23 – 40 yaş
Staj: 1 – 3 il
Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 1 il təcrübə.

Namizədə tələblər:
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
Satış, anbar və bütün istehsal əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi ( istehsalın idarə edilməsi)
Anbar qalığına nəzarət
Anbardan şöbələrə verilən inventarların xərclər üzrə qeydiyyatının aparılması
Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək
Tələbnamələrinin tərtib edilməsi və sifarişə bağlanması
Avans hesabtalarının işlənməsi
Məhsulların proqram üzərindən istismara verilməsi
Mədaxillərin proqram üzərindən təsdiqlənməsi
Proqramda məhsul və kontragentlərin açılması
Vəzifə öhdəliklərinə aid olan Aktların hazırlanması
Aylıq inventarizasiyada iştirak və sənədləşmənin təmin edilməsi
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.

Göstərilən tələblərə cavab verən, xüsusilə şəxslərin və namizədlərin CV-lərini “1C Operator” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Şirkət: VIP Xidmətlər Qrupu MMCVakansiya: Hava limanı zallarında növbətçiVəzifə öhdəlikləri:Biznes zallarda qida məhsull...
03/05/2024

Şirkət: VIP Xidmətlər Qrupu MMC
Vakansiya: Hava limanı zallarında növbətçi

Vəzifə öhdəlikləri:
Biznes zallarda qida məhsullarının və qəlyanaltıların servis üçün hazırlanması;
Qabların və meyvələrin yuyulması;
Qida məhsulları və içkilərə vitrində, gözləmə zalındakı soyuducuda səliqəli şəkildə yerləşdirmək;
Zallarda səliqə-səhmanın təmin edilməsi.

Vəzifə tələbləri:
Cinsi: Qadın;
Təhsil: Orta təhsil;
Dil bilikləri: Rus və ingilis dillərini orta səviyyədə bilmək (A2-B1);
Sərnişinlərlə ünsiyyətdə gülərüzlülük;
Nizam-intizamlı olmaq;
Gecə növbəsində işləyə bilmə.

Əmək şəraiti:
Əmək haqqı: 800-850 AZN (net);
İş rejimi: 2 növbəli (08:00-20:00; 20:00-08:00);
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
Nəqliyyat ilə təmin etmə.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Növbətçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət: GiləziVakansiya: HüquqşünasTələblər:Hüquq üzrə ali təhsil (magistr dərəcəsinin olması üstünlükdür);Korporativ hü...
03/05/2024

Şirkət: Giləzi
Vakansiya: Hüquqşünas

Tələblər:
Hüquq üzrə ali təhsil (magistr dərəcəsinin olması üstünlükdür);
Korporativ hüquq sahəsində 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili-arzuolunandır;
E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.

Vəzifə öhdəlikləri:
Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;
Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;
Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun оlаn müqаvilələrin imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi;
Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi;
Müəssisənin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhlil edilməsi;
Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak.

İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş qrafiki;
Əmək haqqı: 1500+ AZN
İş yeri:Əhməd Rəcəbli.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron poçtuna mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə və ya 077-278-82-88 əlaqə nömrəsinə göndərmələri xahiş olunur.

̈quqşünas

Şirkət: RestaurantVakansiya: İnsan resursları üzrə kiçik mütəxəssisİş yeri: Restoran/Dağüstü parkİşin təsviri:İşə qəbul,...
30/04/2024

Şirkət: Restaurant
Vakansiya: İnsan resursları üzrə kiçik mütəxəssis

İş yeri: Restoran/Dağüstü park

İşin təsviri:
İşə qəbul, işdən azad olunma və digər kadr kargüzarlığına aid olan sənədlərin hazırlanması;
İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı;
Namizədlərlə müsahibələrin keçirilməsi;
İşçilərin daxili nizam qaydalarına riayət olunmasına nəzarət etmək.

Tələblər:
Ali təhsil;
Aidiyyəti sahə üzrə minimum 6 ay təcrübə;
Yüksək ünsiyyət bacarıqları;
Komandada işləmə qabiliyyəti;
Səlis və işgüzar danışıq bacarığı.

Uyğun namizədlərdən CV-lərini “İnsan resursları üzrə kiçik mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Şirkət: PASHA BankVakansiya: Özəl Bankçılıq üzrə Assistentİşiniz nədən ibarətdir?Müştərinin (həm bankdaxili, həm də xar...
30/04/2024

Şirkət: PASHA Bank
Vakansiya: Özəl Bankçılıq üzrə Assistent

İşiniz nədən ibarətdir?
Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımı tədbirlərin görülməsi;
Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və standartların ən yüksək səviyyəsində icrasının təmin edilməsi;
Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası;
İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğun təmin edilməsi;
Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi;
Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
Ehtiyac olduqda filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi;
Filial rəhbəri və filial koordinatoru tərəfindən təyin olunmuş tapşırıq və layihələrin planlaşdırılması;
Bank standartlarına uyğun məktubların hazırlanması, Filiala əlaqəli məktubların qəbulu və göndərilməsi;
Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatının təmin edilməsi.

Sizdən nə tələb olunur?
Təhsil: İqtisadiyyat və bənzər sahə üzrə Bakalavr təhsili;
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə 1 (bir) ilədək;
Xarici dillər: Rus dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə);
Kompüter bilikləri: Microsoft Office (MS Word, MS Excel);
Məhsul üzrə biliklər: müvafiq daxili Siyasət və Prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, qanunvericilik üzrə müvafiq biliklər;
Məhsul üzrə biliklər: hesabat hazırlama, güclü ünsiyyət, münaqişələrin həlli, innovativ düşünmə və özünüinkişaf bacarıqları.

Vakansiyaya keçid linki: https://lnkd.in/e7F6V8_R

Address

Bakı, Heydər Əliyev 189A
Baku

Alerts

Be the first to know and let us send you an email when TRUD.AZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TRUD.AZ:

Share