Navigator.az

Navigator.az www.navigator.az Портал, где даже реклама стала полезной Navigator.az saytına xoş gəlmisiniz! Bütün komandamız adından sizə uğurlar və ən yaxşısını arzulayırıq!

Navigator.az Azərbaycanda şirkətlərin, malların və xidmətlərin kataloqudur.

14 ildir ki, şirkətlər və fərdi sahibkarlar tərəfindən təklif olunan mal və xidmətlərlə maraqlanan ziyarətçilərə istinad məlumatlarını uğurla təqdim edirik. Biz şirkətlər və təşkilatlar haqqında məlumatların sistemləşdirilməsi və aktuallığını yoxlamaq üçün çox böyük işlər görmüşük. Navigator.az saytını Azərbaycanda 1 nömr

əli kataloqa çevirməyə imkan verən hər bir şirkətlə şəxsi əlaqəmiz oldu. Məlumatların işlənməsi və təşkili üçün istifadə etdiyimiz meyarlar saytın ziyarətçilərinə kataloqun səhifələrində təqdim olunan şirkətlər və onlar tərəfindən göstərilən xidmətlər haqqında təsdiqlənmiş məlumatları əldə etməyə imkan verir. Saytın bütün strukturu ziyarətçiyə nəinki lazımi məlumatları tapmağa, xəritədə axtarılan müəssisənin yerini görməyə, onlarla tez bir zamanda əlaqə yaratmağa imkan yaratmışıq. Biz ziyarətçiyə öz üstünlüklərinə əsasən ən yaxın şirkətləri seçməklə vaxta qənaət etməyə kömək edirik. Yaxın gələcəkdə Azərbaycan şirkətlərinə öz mal və xidmətlərini həm daxili, həm də beynəlxalq bazarlarda təqdim etməyə kömək edəcək xeyli sayda yeni funksiyaların istifadəyə verilməsini planlaşdırırıq. Siz dəyərli istifadəçilərimizə xidmətimiz ilə bağlı hər hansı fikir və şərhə görə minnətdar olacağıq. Hörmətlə, Navigator.az kollektivi

(+99450) 228-40-06 Kontent şöbəsi
(+99450) 228-40-05 Reklam şöbəsi

🏗 Tikinti Sektorunda AR Texnologiyası – Rəqəmsal İnkişafın Yeni SəviyyəsiTikinti sənayesi sürətlə rəqəmsallaşır və Artır...
09/06/2025

🏗 Tikinti Sektorunda AR Texnologiyası – Rəqəmsal İnkişafın Yeni Səviyyəsi

Tikinti sənayesi sürətlə rəqəmsallaşır və Artırılmış Reallıq (AR) bu prosesdə əsas rol oynayan texnologiyalardan birinə çevrilib. Bu təqdimat, AR texnologiyasının tikinti layihələrinin planlaşdırılması, idarə olunması və icrası mərhələlərində necə istifadə olunduğunu əks etdirir.

🔹 Layihə Vizualizasiyası
AR texnologiyası vasitəsilə tikinti planları 3D formatda real mühit üzərində vizual şəkildə təqdim olunur. Bu, layihə iştirakçılarına obyektin gələcək görüntüsünü daha işin əvvəlindən canlı şəkildə görməyə imkan yaradır.

🔹 Səhvlərin Aşkarlanması və Risklərin Azaldılması
Reallıqla üst-üstə düşən AR modellər, dizayn və icra mərhələlərində potensial uyğunsuzluqları erkən mərhələdə üzə çıxararaq, bahalı düzəlişlərin qarşısını alır.

🔹 Effektiv Kommunikasiya və Komanda Əməkdaşlığı
AR texnologiyası memarlar, mühəndislər və tikinti heyəti arasında texniki detalları daha anlaşıqlı və interaktiv formada paylaşmaq imkanı verir. Bu isə qərarların daha sürətli və əsaslı şəkildə qəbul olunmasına xidmət edir.

🔹 Obyektin Canlı Təqdimatı
Müştərilər və investorlar üçün obyektin hələ tikilməmiş vəziyyətdə yerində, real ölçülərdə necə görsənəcəyini göstərmək mümkündür. Bu, satış və təsdiq mərhələlərində mühüm üstünlükdür.

🔹 Gələcəyin Standartı
AR texnologiyası yaxın illərdə BIM (Building Information Modeling) sistemləri ilə tam inteqrasiya olunaraq, tikinti sahəsində texniki nəzarət, təhlükəsizlik və keyfiyyət idarəçiliyinin yeni standartlarını formalaşdıracaq.

Gələcək artıq buradadır!Navigator + AR = Ən güclü təcrübə. Biznesinizi qabaqlayın, müştərilərinizi heyran qoyun və rəqib...
07/05/2025

Gələcək artıq buradadır!
Navigator + AR = Ən güclü təcrübə. Biznesinizi qabaqlayın, müştərilərinizi heyran qoyun və rəqiblərinizdən fərqlənin. Ən son yeniliklər üçün bizi izləyin! ✨

Artırılmış Reallıq = Sonsuz İmkanlarNavigator-ın yeni funksiyası ilə müştərilər məkanları, məhsulları və dizaynları 360°...
07/05/2025

Artırılmış Reallıq = Sonsuz İmkanlar
Navigator-ın yeni funksiyası ilə müştərilər məkanları, məhsulları və dizaynları 360° araşdıra, daha sürətli qərar verə bilirlər. İnnovasiya ilə fərqlənin! 🌐

“Navigator” – Hər zaman bir addım öndə!Artıq biznesinizdə interaktivliyi yeni mərhələyə daşıyırıq. Navigator-a əlavə etd...
07/05/2025

“Navigator” – Hər zaman bir addım öndə!
Artıq biznesinizdə interaktivliyi yeni mərhələyə daşıyırıq. Navigator-a əlavə etdiyimiz AR texnologiyası ilə məhsul və xidmətləriniz real mühitdə canlanır! 🚀

Qurban Bayramınız mübarək!Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər...
28/06/2023

Qurban Bayramınız mübarək!

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi b...
26/06/2023

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram.

İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Restoran sifarişlə hazırlanmış və brend yeməklər də daxil olmaqla, geniş çeşiddə mürəkkəb yeməklər təqdim edən ictimai i...
23/06/2023

Restoran sifarişlə hazırlanmış və brend yeməklər də daxil olmaqla, geniş çeşiddə mürəkkəb yeməklər təqdim edən ictimai iaşə müəssisəsidir. Yeməklər adətən restoranda servis edilir və yeyilir, lakin bir çox restoranlarda çatdırılma variantları da təklif olunur, bəziləri isə yalnız çatdırılma təklif edir. Ölkəmizdə də kifayət qədər restoranlar fəaliyyət göstərir. Əsasən Bakıda restoranlar, kafe şəbəkələri, ailəvi, kabinetli restoranlar daha çoxdur. Tarqovuda, İceri seherde restoranlar mərkəzdə yerləşdiyi üçün xarici turistlərə daha əlverişli sayılır. Lakin digər bölgələrdə yerləşən restoranlar da kifayət qədər tanınır. Bunlara Merdekanda, Ehmedlide, Novxanida restoranlar kafe şəbəkələri daxildir. Restoranların tam siyahısıyla səhifəmizdən tanış ola bilərsiz.

Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günün...
15/06/2023

Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.

Найдите работу, в которую влюбитесь, и вам больше не придётся трудиться ни одного дня в жизни. #работа  #б2б  #труд
10/06/2023

Найдите работу, в которую влюбитесь, и вам больше не придётся трудиться ни одного дня в жизни.

#работа #б2б #труд

Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan...
28/05/2023

Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Navigator.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Navigator.az:

Share