Archeology Azerbaijan

Archeology Azerbaijan Arxeologiya sadəcə elm deyil — irs naminə bir missiyadır. Tarix, arxeologiya, antropologiya ilə maraqlanan hər kəs üçün yaradılmış bir kanal.

Abidələr dilsiz-ağızsız ola bilər! Amma onları xalq olaraq müdafiə etsək, tariximizi gələcəyə mükəmməl daşıyacağıq!

09/06/2026

Tezliklə Azıx mağarası" tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim olunacaq.

Bəşər tarixinin ən qədim yaşayış məskənlərindən biri hesab olunan Azıx mağarasına həsr edilmiş elmi-sənədli filmin tizerini təqdim edirik.

Film qədim insanın izlərini, aparılan arxeoloji tədqiqatların nəticələrini və Azıx mağarasının dünya arxeologiyasındakı yerini tamaşaçılara çatdırır.Layihənin elmi məzmunu uzun illər ərzində aparılmış araşdırmalara əsaslanır.

Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri Əjdər Babazadə
Azıx arxeoloji tədqiqat və analiz laboratoriyası”nın Tədqiqatçısı Turan Eldarov və digər arxeoloq ,tədqiqatçılarda iştirak edəcək.

Keçmişin sirlərinə işıq salan bu ekran əsəri ilə çox yaxında görüşəcəyik.

07/06/2026

State Historical and Cultural Reserve "Keshikchidag"

06/06/2026

Archaeological and anthropological research in Azerbaijan.

05/06/2026

2026-cı il arxeoloji və antropoloji çöl tədqiqatları mövsümünün açılış mərasimi baş tutub. Qarşıdakı aylarda Azərbaycanın qədim keçmişinə işıq salacaq araşdırmalar aparılacaq, torpağın altında gizlənən tarixi izlər üzə çıxarılacaq və elmi dünyaya yeni nəticələr təqdim olunacaq.

Yeni mövsümün bütün tədqiqatçılar üçün uğurlu, məhsuldar və zəngin kəşflərlə yadda qalmasını arzulayırıq.

Arxeologiya və Antropologiya İnstitutundan rəsmi açıqlama❗AMEA-NIN MÜXBİR ÜZVÜ, PROFESSOR VƏLİ BAXŞƏLİYEV, AMEA ARXEOLOG...
02/06/2026

Arxeologiya və Antropologiya İnstitutundan rəsmi açıqlama❗

AMEA-NIN MÜXBİR ÜZVÜ, PROFESSOR VƏLİ BAXŞƏLİYEV, AMEA ARXEOLOGİYA VƏ ANTROPOLOGİYA İNSTİTUTUNUN NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA FƏALİYYƏT GÖSTƏRƏN XARABA-GİLAN ARXEOLOJİ EKSPEDİSİYASININ RƏİSİ, DOSENT BƏHLUL İBRAHİMLİ VƏ TƏDQİQATÇI HÜSEYN CƏFƏROV TƏRƏFİNDƏN QAYAÜSTÜ URARTU MİXİ YAZILI MƏTNİN YERİNİN AŞKAR EDİLMƏSİ BARƏDƏ PRESS-RELİZ.

Bakı şəhəri 02 İyun 2026-cı il


2800 il yaşı olan qayaüstü mixi yazılı mətnin yeri müəyyən edildi 01 iyun 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəisi, İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərov İlandağ ərazisində e.ə. VIII əsrlərə aid qaya üzərində Urartu mixi yazılı mətnin yerini aşkar ediblər.
Xatırladaq ki, XX əsrin 80-ci illərinin sonunda Naxçıvan MR-dəki İlandağ ərazisində qaya üzərində göstərilən mixi yazılı mətn aşkar olunaraq elmi dövriyyəyə daxil edilmişdi. Lakin abidənin yeri dəqiq göstərilməmişdi. Bu illər ərzində dəfələrlə axtarış cəhdlərinə baxmayaraq, abidənin yerini aşkar etmək mümkün olmamışdı.

Qeyd edək ki, İlandağ ərazisindəki qaya üzərində mixi yazılı mətndə Urartu çarı I Sardurinin oğlu İşpuini (e.ə.820-810 cu illər) və onun oğlu Menua (e.ə.786-764 illər) mədh olunub. Mövcud tərcümə versiyasına görə, mətndə bu sözlər əks olunub: “Haldi tanrısının himayəsi altında Sardurinin oğlu İşpuini (və) İşpuininin oğlu Minua Arşini şəhərini fəth etdilər. Onlar (və ya o) Arşini şəhərinin torpağını fəth etdilər, onlar (və ya o) Aniani şəhərinin torpağını fəth etdilər və (və ya o) onu dağıtdılar.... o, Haldi tanrısı üçün bir stela ucaltdı. Puluadi torpağında bir ritual tətbiq etdi: O (ritualda iştirak edən) Puluadi torpağından Haldi tanrısına [bir öküz] və Haldi tanrısının arvadına bir inək qurban verə bilərmi?”.

01/06/2026

Naxçıvan tarixinə aid dəyərli tapıntı.

Bu gün təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra nəhayət ki tapıldı. Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir. Onlar indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə kurban kəsilməsindən bəhs edilir. Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana hücumları uğursuz olmuşdur. Sisianda tapılan yazıdan məlum olur ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onara xərac verməklə öz müstəqilliyini qoruyub saxlamışdır.

30/05/2026

Archeology Azerbaijan.

27/05/2026

Archaeological complex of Shakhbulag

Tarix elmləri doktoru Tarix Dostiyevin Elm sahə üzrə Dövlət Mükafatına layiq görülməsi ilə bağlı Azərbaycan Milli Elmlər...
26/05/2026

Tarix elmləri doktoru Tarix Dostiyevin Elm sahə üzrə Dövlət Mükafatına layiq görülməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun AÇIQLAMASI

26 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə görkəmli alim tarix elmləri doktoru, arxeoloq Tarix Meyrut oğlu Dostiyev Elm sahəsi üzrə Dövlət Mükafatına layiq görülmüşdür.

Orta əsrlər Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılarda üzə çıxarılmış şirli keramika məmulatları əsasında Azərbaycanın maddi mədəniyyətinin tarixi inkişaf mərhələlərinin tədqiqində əldə etdiyi mühüm nəticələrin yer aldığı “Şəmkirin şirli keramikası: forma və məzmunun birləşdiyi mədəniyyət fenomeni” (Bakı, 2025) və UNESCO-nun xüsusi proqramı əsasında fəaliyyət göstərən Mərkəzi Asiya Tədqiqatları İnstitutunun dəstəyi ilə ingilis və rus dillərində nəşr olunmuş “Orta əsr Gəncənin şirli keramikası” (Astana-Səmərqənd-Bakı, 2024) fundamental monoqrafiyaları Azərbaycan, Türk dünyası və dünya elmi üçün unikal töhfələr olmuşlar. Bu əsərlərə istinadən 2026-cı ilin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Elmi Şurasının qərarı ilə görkəmli alimin namizədliyi Ali Dövlət mükafatını almaq üçün müsabiqəyə təqdim edilmişdir.

Bu ali mükafat yalnız bir alimin əməyinə verilən dəyər deyil, bütövlükdə Azərbaycan arxeologiyasına, milli tarixşünaslığa və Azərbaycan alimlərinin uzun illər ərzində göstərdiyi fədakar fəaliyyətə verilən böyük dəyərdir. Uzun illərdir AMEA Arxeologiya və Antropologiya İnstitutunun zəhmətkeş kollektivi sıralarında Azərbaycanın orta əsrlər tarixi, Türk-İslam mədəniyyəti və arxeologiyası sahəsində yorulmadan çalışan Tarix Dostiyevin elmi fəaliyyəti ölkəmizin zəngin tarixi irsinin araşdırılması və dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Cənab Prezidentin bu sərəncamı Azərbaycan elminə göstərilən dövlət qayğısının və diqqətinin növbəti bariz nümunəsidir. Qarşıdan gələn 28 May – Müstəqillik Günü və müqəddəs Qurban bayramı ərəfəsində bu qərar Azərbaycan elm ictimaiyyəti üçün qürurvericidir.

AMEA Arxeologiya və Antropologiya İnstitutu kollektivi olaraq Azərbaycan elminə, arxeologiyasına və alimlərinə göstərdiyi yüksək diqqət və qayğıya görə cənab Prezidentə dərin minnətdarlığımızı və səmimi təşəkkürümüzü bildiririk.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Archeology Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share