Cahan Holding

Call Directions Website Contact the business

Cahan Holding Group of companies consist of companies like "Cahan Pen", "Days Hotel Baku", "Cahan To***co", "Cahan Motors", "Cahan Red", "Cahan Commerce",

5 Oktyabr – Müəllimlər Günü münasibətilə gənclərin bilik və bacarıqlarının inkişafına töhfə verən bütün müəllimlərə təşə...
05/10/2026

5 Oktyabr – Müəllimlər Günü münasibətilə gənclərin bilik və bacarıqlarının inkişafına töhfə verən bütün müəllimlərə təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzulayırıq.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Sahibkarlar Konfederasiyasının və Cahan Şirkətlər Qrupunun rəhbər şəxslə...
27/09/2026

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Sahibkarlar Konfederasiyasının və Cahan Şirkətlər Qrupunun rəhbər şəxsləri Zəfər Parkını ziyarət ediblər.

Ziyarət zamanı Zəfər Abidəsi önünə gül dəstələri qoyulub, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

27 Sentyabr – Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəs...
26/09/2026

27 Sentyabr – Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edildiyi gündür.

Şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla anırıq. 🇦🇿

Sentyabrın 18-də Naxçıvanda “BE Master” Usta Klubunun təntənəli təqdimat mərasimi keçirilib.İnşaat və istehsalat sahəsin...
20/09/2026

Sentyabrın 18-də Naxçıvanda “BE Master” Usta Klubunun təntənəli təqdimat mərasimi keçirilib.

İnşaat və istehsalat sahəsində fəaliyyət göstərən “BE Group” tərəfindən yaradılan klubun əsas məqsədi peşəkar ustaların fəaliyyətini dəstəkləmək, onların inkişafına töhfə vermək və innovativ həlləri təşviq etməkdir.

Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, o cümlədən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Kazım Hüseynəliyev iştirak edib. Qonaqlara “BE Group”un məhsulları, texnologiyaları və “BE Master” Usta Klubunun imkanları təqdim olunub. Çoxsaylı usta və mütəxəssis “BE Master” mobil tətbiqini yükləyərək klubun ilk üzvləri sırasına qoşulub.

Mərasimdə “BE Group”un icraçı direktoru Zəka Abdullayev şirkətin fəaliyyət istiqamətləri və gələcək layihələri barədə məlumat verib. “Deceuninck Group” nümayəndəsi Bora bəy “BE Group”un Avropa standartlarına uyğun istehsal və xidmət modelini yüksək qiymətləndirərək, şirkətin beynəlxalq miqyasda tanınan “Winsa” brendinin Azərbaycanda rəsmi istehsalçısı və eksklüziv distribüteri olduğunu vurğulayıb.

Tədbir musiqili proqram və ustalar üçün təşkil olunan stimullaşdırıcı lotereya ilə davam edib, qaliblərə müxtəlif hədiyyələr təqdim olunub. Mərasim xatirə fotosu ilə yekunlaşıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasov da iştirak edib.

20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik! Müstəqilliyimiz və suverenliyimiz da...
19/09/2026

20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik! Müstəqilliyimiz və suverenliyimiz daim olsun!

🇦🇿

Təhsil hər bir uğurlu gələcəyin təməlidir. Yeni tədris ilində bütün şagird və tələbələrimizə uğurlar, müəllimlərimizə is...
15/09/2026

Təhsil hər bir uğurlu gələcəyin təməlidir.

Yeni tədris ilində bütün şagird və tələbələrimizə uğurlar, müəllimlərimizə isə bu şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq! 📚

Sentyabrın 1-də Naxçıvanda Cahan İnşaat MMC-nin yeni layihələri olan “Panorama Residence” və “Ümid Park”ın təqdimat məra...
02/09/2026

Sentyabrın 1-də Naxçıvanda Cahan İnşaat MMC-nin yeni layihələri olan “Panorama Residence” və “Ümid Park”ın təqdimat mərasimi keçirilib.

Tədbirdə layihələrin konsepsiyası, müasir memarlıq həlləri və sakinlərin rahatlığı üçün nəzərdə tutulan imkanlar barədə məlumat verilib. Bildirilib ki, hər iki layihə Naxçıvanda müasir yaşayış mühitinin formalaşdırılmasına və şəhərin inkişafına töhfə verməyi hədəfləyir.

Təqdimat mərasimində Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov, eləcə də digər dövlət rəsmiləri iştirak ediblər.

Tədbirdə, həmçinin, tərəfdaş bankların rəhbər şəxsləri, ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev və Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Səlcuq Dəmir iştirak ediblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasov da iştirak edib.

#2026

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətil...
26/08/2026

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın inkişafı naminə məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayırıq.

Doğum gününüz mübarək, Mehriban xanım! Mehriban Aliyeva

Avqustun 22-də Daşkənddə Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi ...
22/08/2026

Avqustun 22-də Daşkənddə Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin birgə təşkilatçılığı ilə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib.

Görüşdə sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verir.

Qeyd edək ki, tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasov da iştirak edib.

#2026

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü 🇦🇿     #🇦🇿
01/08/2026

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü 🇦🇿

#🇦🇿

Address

Babek Avenue 21/99
Baku
AZ1031

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 16:00

Telephone

+994123100085

Alerts

Be the first to know and let us send you an email when Cahan Holding posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cahan Holding:

Shortcuts

Share