SYOB - Öz Biznesinə Başla

Call Directions Website

SYOB - Öz Biznesinə Başla SYOB -la öz biznesinizi qurmaq daha asan olacaq!

SYOB - dünyanın bir çox aparıcı təlim mərkəzləri tərəfindən ideyasını biznesə çevirmək istəyən, öz işini qurmaq arzusunda olan, investisiya yatırımı axtaran və biznesə yeni başlayan şəxslər üçün təklif olunan uğurlu bir təlim proqramıdır. Yerli biznes mühitini və beynəlxalq təcrübəni nəzərə alaraq təklif etdiyimiz bu proqram sayəsində öz biznesinizi qurmaq daha asan olacaq!

27/05/2017
NR Academy-nin SYOB (Start Your Own Business) layihəsi çərçivəsində “İdeyadan Biznesə Doğru İlk Addımlar” adlı növbəti t...
18/03/2017

NR Academy-nin SYOB (Start Your Own Business) layihəsi çərçivəsində “İdeyadan Biznesə Doğru İlk Addımlar” adlı növbəti təlim keçirilmişdir.

Təlim layihənin tərəfdaşı olan ORKHANWAY | Coaching şirkətinin rəhbəri, biznes təlimçi Orxan Şahbaz tərəfindən aparılmışdır.

18/03/2017
Əziz dostlar, NR Academy Sizləri SYOB (Start Your Own Business) layihəsi çərçivəsində “İdeyadan Biznesə Doğru İlk Addıml...
10/03/2017

Əziz dostlar, NR Academy Sizləri SYOB (Start Your Own Business) layihəsi çərçivəsində “İdeyadan Biznesə Doğru İlk Addımlar” adlı növbəti təlimə dəvət edir!

Təlim layihənin tərəfdaşı olan ORKHANWAY | Coaching şirkətinin rəhbəri, biznes təlimçi Orxan Şahbaz tərəfindən aparılacaq və aşağıdakı mövzuları əhatə edəcək:
• Biznes İdeya nədir? Onu necə yaratmaq olar?;
• İdeyaların generasiyası – kreativ biznes ideyanın tapılması;
• Biznes ideyada 4 əsas şərt;
• İdeyaların qiymətləndirilməsi və seçimi (praktiki üsullar);
• İdeyanın düzgün analizi, biznes ideyanın TEST edilməsi;
• Biznesə başlamaq üçün ilk addımlar;
• Uğurlu biznes modelin yaradılması;
• Biznes misiya və məqsədlərin qoyulması, SMART təhlil;
• Biznesin Strateji Planlaşdırılması (7 addım).

Ətraflı: https://goo.gl/YUxbmw

Bu gün NR Academy-nin “SYOB” (Start Your Own Business) layihəsi çərçivəsində öz biznesini qurmaq arzusunda olan gənclərl...
05/03/2017

Bu gün NR Academy-nin “SYOB” (Start Your Own Business) layihəsi çərçivəsində öz biznesini qurmaq arzusunda olan gənclərlə ilk görüş keçirilib.
Seminar xarakterli görüşdə təlimçi kimi “Uğura inan, öz biznesinə başla!” kitabının müəllifi, “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin müavini Elşən Bədirxanov iştirak edib.

E. Bədirxanov seminar iştirakçılarına biznesdə və həyatda uğur, uğurun 10 prinsipi, özünə inam və uğursuzluğa münasibət haqqında faydalı məlumatlar verib və praktiki misallar gətirib.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarın sonunda müəllif tərəfindən aktiv iştirakçılara kitab hədiyyə edilib. Nəzərinizə çatdıraq ki, “Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “ASAN Könüllülər”in dəstəyi ilə nəşr etdirilən “Uğura inan, öz biznesinə başla!” kitabının elektron versiyasını bu link (http://aba.az/maliyy%C9%99-savadligi/kitablar/) vasitəsi ilə ABA-nın saytından ödənişsiz əldə edə bilərsiniz.

Xatırladaq ki, NR Academy hər həftəsonu SYOB (Start Your Own Business) layihəsi çərçivəsində bu tipli təlim və seminarlar keçirəcəkdir.

05/03/2017

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin müavini  Elşən Bədirxanov öz biznesini qurmaq arzusunda olan gənclərə “Uğura inan, öz biznesinə başla!” adı altında seminar keçib. BBN.az xəbər verir ki, NR Academy-nin “SYOB” (Start Your Own Business) layihəsi çərçivəsində öz biznesini qurmaq arzusunda…

Təlim proqramında kimlər iştirak edə bilər?● Öz biznesini qurmaq istəyənlər;● Biznesə yeni başlayanlar;● Hazırda kiçik b...
23/02/2017

Təlim proqramında kimlər iştirak edə bilər?
● Öz biznesini qurmaq istəyənlər;
● Biznesə yeni başlayanlar;
● Hazırda kiçik bizneslə məşğul olanlar;
● Tələbələr;

Təlim proqramına daxildir:
● Tədris vəsaitləri
● Təqdimatlar
● Praktiki çalışmalar, biznes oyunlar
● Yekun biznes planın təqdimatı
● İştirak haqqında sertifikat
● Kofe-breyk

Təlimçilər:
● Orxan Şahbaz
● Ramil Cabbarov
● Mahir Qarayev
● Rəşad Bayramov
● Emin Səttarov
Ətraflı məlumat üçün bu linkə keçid alın - http://bit.ly/2kdWVui

Öz biznesini qurmaq arzusunda olanların nəzərinə!NR Academy və ORKHANWAY | Coaching 5 peşəkar təlimçi ilə SYOB (Start Yo...
20/02/2017

Öz biznesini qurmaq arzusunda olanların nəzərinə!

NR Academy və ORKHANWAY | Coaching 5 peşəkar təlimçi ilə SYOB (Start Your Own Business) təlim proqramını təqdim edir!

SYOB - dünyanın bir çox aparıcı təlim mərkəzləri tərəfindən ideyasını biznesə çevirmək istəyən, öz işini qurmaq arzusunda olan, investisiya yatırımı axtaran və biznesə yeni başlayan şəxslər üçün təklif olunan uğurlu bir təlim proqramıdır. Yerli biznes mühitini və beynəlxalq təcrübəni nəzərə alaraq təklif etdiyimiz bu proqram sayəsində öz biznesinizi qurmaq daha asan olacaq!

Təlim proqramı 3 modul, 11 əsas təlim, 4 Master Klass və yekun təqdimatdan ibarətdir.
Əlavə olaraq təlim proqramı ərzində öz biznesini qurmuş 4 uğurlu gənc sahibkar iştirakçılarla görüşəcək və öz təcrübələrini bölüşəcəklər.
Sonda iştirakçılar hazırladıqları biznes planların təqdimatını edəcəklər. Ən yaxşı biznes plan qalib seçiləcək və mükafatlandırılacaqdır. Bütün iştirakçılar sertifikatla təmin olunacaqlar. Ətraflı https://goo.gl/9bbZjG

Qeydiyyat üçün tələsin! Yerlər məhduddur.

SYOB təlim proqramının təlimçilərindən biri də Vergi Uçotu üzrə Azərbaycanda ən tanınmış təlimçilərdən olan Emin Səttaro...
15/02/2017

SYOB təlim proqramının təlimçilərindən biri də Vergi Uçotu üzrə Azərbaycanda ən tanınmış təlimçilərdən olan Emin Səttarovdur.
Emin Səttarov bu sahədə 7 ildən artıq iş təcrübəsinə malikdir. O, peşəkar karyerası zamanı PwC Azərbaycan, Müdafiə Sənayesi Nazirliyi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və s kimi yerlərdə işləmişdir. 2014 – cü ildən etibarən “SM Consulting” MMC – də vergi məsələləri üzrə direktor vəzifəsində çalışır.
Emin Səttarov Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistr dərəcəsində iqtisadiyyatın təşkili və idarə edilməsi üzrə, Londonda Rose of York Language School-da ingilis dilində tədris ixtisası üzrə təhsil almışdır.
2010 -cu ildən etibarən, mütəmadi olaraq, bir çox təlimlərin təşkil olunmasını və tədrisini həyata keçirmişdir. 5 ildən artıq təlimçi karyerasında yüzlərlə tələbə yetişdirmiş Emin müəllim Vergi Uçotu sahəsində dərin bilikləri, zəngin iş təcrübəsi eləcə də sadə izah etmə bacarığı ilə tələbələrin rəğbətini qazanmışdır.
O, SOCAR, KPMG Azerbaijan, Oxfam, DəmirBank, Alten Group MMC, Benkons, Mobitel MMC, ADA Universiteti və s kimi böyük nə nüfüzlu şirkətlərin əməkdaşlarına Vergi təlimləri tədris etmişdir.

Address

Rasul Rza 27/15
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when SYOB - Öz Biznesinə Başla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share