Sahibkarların Virtual Tədris Mərkəzi

Sahibkarların Virtual Tədris Mərkəzi Burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər müxtəlif məlumatlar, məsləh

Burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər müxtəlif məlumatlar, məsləhətlət və tövsiyələr əldə edə bilərlər.

Mikro, kiçik və orta biznesin problemləri və bunların aradan qaldırılması yolları Sizi maraqlandırırsa aşağıdakı müzakir...
06/07/2024

Mikro, kiçik və orta biznesin problemləri və bunların aradan qaldırılması yolları Sizi maraqlandırırsa aşağıdakı müzakirəni izləməyinizi tövsiyə edirəm:

«Аktual mövzu – maraqlı söhbət»29.06.2024Müzakirə mövzusu: Mikro və kiçik biznesin problemləri.Proqramın qonaqları: Rövşən Ağayev və İlkin Qarayev

Qlobal iqlim dəyişmələri və Azərbaycan mövzusunda müzakirə. Müzakirədə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli...
10/12/2023

Qlobal iqlim dəyişmələri və Azərbaycan mövzusunda müzakirə. Müzakirədə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov iştirak edib. Müzakirə zamanı qlobal iqlim dəyişmələrinin səbəbləri, qlobal istiləşmənin dünyada və Azərbaycanda xüsusın kənd təsərrüfatına təsirləri, hazırkı durum, vəziyyətdən çıxış yolları, bütün bəşəriyyətin, ayrı-ayrı dövlətlərin və hər bir fərdin məsuliyyəti haqqında söhbət aparılıb.

Qlobal iqlim dəyişmələri və Azərbaycan mövzusunda müzakirə. Müzakirədə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli və Sahibkarlığa və Bazar İqtisadiyya...

https://www.youtube.com/watch?v=XBKq9EVw4KUQlobal iqlim dəyişmələri və Azərbaycan mövzusunda müzakirə. Müzakirədə profes...
13/09/2023

https://www.youtube.com/watch?v=XBKq9EVw4KU

Qlobal iqlim dəyişmələri və Azərbaycan mövzusunda müzakirə. Müzakirədə professor Fuat Rəsulov və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov iştirak edib. Müzakirə zamanı qlobal iqlim dəyişmələrinin səbəbləri, qlobal istiləşmənin dünyaya və Azərbaycana təsirləri, hazırkı durum, vəziyyətdən çıxış yolları, bütün bəşəriyyətin, ayrı-ayrı dövlətlərin və hər bir fərdin məsuliyyəti haqqında söhbət aparılıb.

Qlobal iqlim dəyişmələri və Azərbaycan mövzusunda müzakirə. Müzakirədə professor Fuat Rəsulov və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fon...

08/09/2023

JURNALİSTLƏRİN DİQQƏTİNƏ!

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən dəstəklənən “Azərbaycan: vətəndaşların qlobal iqlim dəyişmələri ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması” adlı layihə həyata keçirir. Layihənin məqsədi dünyada və o cümlədən ölkəmizdə müşahidə edilən iqlim dəyişikliyinin iqtisadi, sosial çağırışları, başlamış enerji keçidi və digər məsələlərlə əlaqədar Azərbaycan vətəndaşlarının və medianın müvafiq problemlərin həllində iştirakının mümkün yolları haqqında məlumatlılığını artırmaqdır. Bu məqsədlə layihə çərçivəsində KİV-lər üçün təlim də nəzərdə tutulur. On jurnalistə (layihənin məhdud büdcəsi təlimə dəvət olunacaq jurnalistlərin sayını artırmağa imkan vermir) xüsusi təlimin keçirilməsi planlaşdırılıb.
Təlimi ölkəmizdə yaxşı tanınan ekspertlər aparacaq. Dünya iqlim dəyişmələrindəki trendlər, bu dəyişmələrin səbəbləri, sağlamlığa, iqtisadiyyata (xüsusilə aqrar sektora) təsirləri, vətəndaşların necə davranmalı olmaları barədə təlim iştirakçılarına biliklər veriləcək.
Layihə çərçivəsində müxtəlif aspektlər üzrə jurnalist araşdırmaları müsabiqəsi də keçiriləcək: 1) ev təsərrüfatlarında elektrik və qaza qənaət; 2) vətəndaşların avtomobil nəqliyyatından istifadəsinin azaldılması; 3) bərpa olunan enerji mənbələrindən istifadə və enerji keçidi. Təlim iştirakçıları bu mövzularda yazılarına görə maliyyə ilə dəstəklənəcək. Ən yaxşı yazı müəllifi mükafatlandırılacaq.
Təlim Oktyabr ayının 7-də, Şənbə günü keçiriləcək. İştirak etmək arzusunda olan jurnalistlər bu ünvana müraciət etməlidirlər: [email protected]

Qlobal iqlim dəyişmələri və Azərbaycan mövzusunda müzakirə. Müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzv...
07/09/2023

Qlobal iqlim dəyişmələri və Azərbaycan mövzusunda müzakirə. Müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İslam Mustafayev və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov iştirak edib. Müzakirə zamanı qlobal iqlim dəyişmələrinin səbəbləri, qlobal istiləşmənin dünyaya və Azərbaycana təsirləri, hazırkı durum, vəziyyətdən çıxış yolları, bütün bəşəriyyətin, ayrı-ayrı dövlətlərin və hər bir fərdin məsuliyyəti haqqında söhbət aparılıb.

Qlobal iqlim dəyişmələri və Azərbaycan mövzusunda müzakirə. Müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İslam Mustafayev və Sahi...

(26 may 2023) İqtisadi Forumda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov,...
31/05/2023

(26 may 2023) İqtisadi Forumda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı, hüquqşünaslar Azər Quliyev və Hafiz Həsənov əmək qanunvericiliyində, xüsusən Əmək məcəlləsində bəzi uyğunsuzluqlardan danışdılar və onların aradan qaldırılması üçün təkliflər irəli sürdülər.

Bu gün (26 may 2023) İqtisadi Forumda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Neftçilərin Hüquqlarının Müda...

Hörmətli xanım və bəylər!Biznesə başlayaraq və ya biznesinizi uğurla davam etdirərək aşağıdakı xidmətlərimizdən istifadə...
18/05/2023

Hörmətli xanım və bəylər!
Biznesə başlayaraq və ya biznesinizi uğurla davam etdirərək aşağıdakı xidmətlərimizdən istifadə edə bilərsiniz:
1. Biznes sahəsinin seçilməsinə dair məsləhətlər (ödənişsiz);
2. Bazar araşdırmasının aparılması və Biznes-Planın hazırlanması;
3. Şirkətin qeydiyyatdan keçməsinə dair məsləhətlər (ödənişsiz). Müvafiq sənədlərin hazırlanması;
4. Şirkət işçilərinizə təlimlərin keçirilməsi;
5. Şirkətinizin strateji inkişaf proqramının hazırlanması;
6. Şirkətinizin gəlirliliyinin artırılması yollarına dair təhlillər və tövsiyələrin hazırlanması;
7. Maliyyə, mühasibat, vergi uçotunun təşkili və idarəçiliyi;
8. Kadr uçotunun təşkili və idarəçiliyi;
9. Gömrük uçotunun təşkili, idarəçiliyi və Gömrük əməliyyatlarının tam şəkildə aparılması;
10. Şirkətin qeydiyyatdan keçməsi, adının, direktorun, təsisçilərin dəyişdirilməsi və digər məsələlər üzrə hüquqi xidmətin göstərilməsi;
11. Fəaliyyətiniz üçün Lisenziya və İcazələrin alınması;
12. Tender prosedurlarının təşkili və idarəçiliyi;
13. İT Xidmətlərinin göstərilməsi;
14. 1C Proqram təminatının uçot baza məlumatlarına əsasən işlənilməsi;
Xidmətlərə görə ödənişin məbləği işin/biznesin böyüklüyündən asılıdır. Bu xidmətləri əldə etmək üçün bizə müraciət edə bilərsiniz:
055-695-94-95 – Orxan Ağayev.

Sabit Bağırov,
Sahibkarlığa və Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondunun prezidenti

29 yanvar 2023. İqtisadi Forum TV. Mövzu: Hasilat sənayesində şəffaflıq. İştirakçılar: Sabit Bağırov (Sahibkarlığa və Ba...
10/02/2023

29 yanvar 2023. İqtisadi Forum TV. Mövzu: Hasilat sənayesində şəffaflıq. İştirakçılar: Sabit Bağırov (Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri) və İlham Hüseynli (İctimai Birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının əlaqələndiricisi.

29 yanvar 2023. İqtisadi Forum. Mövzu: Hasilat sənayesində şəffaflıq. İştirakçılar: Sabit Bağırov (Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım F...

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ayrılan "Döndükdə gəlirimiz ...
04/01/2023

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ayrılan "Döndükdə gəlirimiz olsun" qrant layihəsi üzrə final konfrans keçirilib http://edf.az/basic/web/az/current-projects/262

02/11/2022

Hörmətli Suşalı!
Sabah, cümə axşamı, noyabrın 3də Şuşalılar üçün aşağıdakı mövzuda təlim keçiriləcək:
"Sahibkarın ödədiyi vergilər, icbari ödənişlər və mühasibatlığın əsasları".
Şuşaya döndükdən sonra öz biznesini qurmaq istəyənlər üçün bu təlimdə bütün lazım olan biliklər veriləcək.
SİZİ BU TƏLİMƏ DƏVƏT EDİRİK.
İştirakçılara təlimin sonunda Sertifikat təqdim ediləcək.
Təlim saat 10.00-dan 16.00-ya qədər davam edəcək. Nahar, çay və su təmin edilir.
Təlimçi tanınmış məsləhət şirkətinin rəhbəri olacaq.
Təlim Dövlət Agentliyinin dəstəyi ilə keçirilir.
Bu təlimdə iştirak etmək istəsəniz mənə yazın. Ünvanı göndərəcəyəm.
Xoş arzularla Sabit Bağırov (055-214-07-32)

Şuşaya Qayıdacaq Şəxslərə Biznes Təlimləri Keçiriləcək
14/09/2022

Şuşaya Qayıdacaq Şəxslərə Biznes Təlimləri Keçiriləcək

Şuşaya qayıdacaq şəxslərə biznes təlimləri keçiriləcək 1 manşet Bütün xəbərlər Şuşa 13 Sentyabr 202213 Sentyabr 2022Kərim Kərimli 3 0 113 Şuşaya qayıdandan sonra öz peşəsi, ixtisası, sənəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə bi...

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) E L A NƏziz Şuşaya qayıtmaq niyyətində olan həm...
13/09/2022

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF)

E L A N
Əziz Şuşaya qayıtmaq niyyətində olan həmvətənlərimiz!
Əgər Siz Şuşaya döndükdə malik olduğunuz peşə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı düşünürsünüzsə, təşkil etdiyimiz biznes təlimləri Sizin gələcək uğurlarınızın təməli ola bilər. Təlimlər ödənişsizdir. (Daha ətraflı məlumat üçün keçid edin - http://edf.az/basic/web/az/current-projects/257).

Address

Nəcəfqulu Rəfiyev Küçəsi 25, Mənzil 120
Baku
AZ1025

Alerts

Be the first to know and let us send you an email when Sahibkarların Virtual Tədris Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sahibkarların Virtual Tədris Mərkəzi:

Share