BizPro Career Coaching Baku

BizPro Career Coaching Baku Uğurlu iş həyatına bizimlə başlayın!

BizPro Career Coaching sizə aşağıdakı xidmətləri təqdim edir:
• CV’lərin yazılması və tərcümə edilməsi
• Cover Letter’lərin yazılması və tərcümə edilməsi
• Motivation Letter’lərin yazılması və tərcümə edilməsi
• Təqaüd ərizələrinin yazılması və tərcümə edilməsi
• İş müsahibələrinə Skype üzərindən hazırlıq
• Digər Career Coaching xidmətləri

BizPro Career Coaching предоставляет Вам следующие услуг

и:
• Составление и перевод резюме
• Составление и перевод сопроводительного письма
• Составление и перевод мотивационного письма
• Составление и перевод заявлений на Стипендию
• Подготовка к собеседованиям по Скайпу
• Другие услуги Career Coaching’a

BizPro Career Coaching offers you the following services:
• Writing and translation of CVs
• Writing and translation of Cover Letters
• Writing and translation of Motivation Letters
• Writing and translation of applications for Scholarship
• Preparation for interviews over Skype
• Other Career Coaching services

Əziz izləyicilərimiz, BizPro qısa bir fasilədən sonra yenilənmiş komandası və yaradıcı ideyaları ilə yenidən sizin xidmə...
12/04/2017

Əziz izləyicilərimiz,

BizPro qısa bir fasilədən sonra yenilənmiş komandası və yaradıcı ideyaları ilə yenidən sizin xidmətinizdədir!

Aşağıdakı yeniliklər artıq bu gündən tətbiq olunmaqdadır:

1. Qiymətlərimizi universallaşdırdıq. Artıq tələbələr üçün hər bir xidmətimiz sadəcə 15azn, işləyən kəslər üçün isə 20azn məbləğindədir. Əgər iki və ya daha çox xidmətdən yararlanmaq istəyirsinizsə, xüsusi endirimlər tətbiq olunacaq.
2. Bir çox müştərimizin arzusu üzrə artıq CV-lərimiz müxtəlif dizaynlarda hazırlanır. CV hazırlanmamışdan qabaq sizə 10 hazır dizaynı yollayırıq və siz bəyəndiyiniz dizaynı seçdikdən sonra CV-niz məhz həmin üslubda hazırlanır.
3. Bütün sənədlərimiz "dörd-göz" ("four-eyes") prinsipi əsasında hazırlanır, yəni komanda üzvlərimiz tərəfindən hazırlandıqdan sonra müvafiq ekspert tərəfindən bir daha yoxlanılır və plagiata qarşı müvafiq proqramlara yüklənilir.

Əlavə irad və ya təklifləriniz varsa lütfən bu barədə bizimlə şərhlərdə bölüşün!

Uğurlarınız bol olsun!

30/01/2017

Dostlar,

Unutmayın ki, BizPro money-back sistemi ilə işləyir. Hazırladığımız sənəddən və ya göstərdiyimiz xidmətdən razı qalmadığınız təqdirdə ödənişinizin 80% sizə geri qaytarılır.

İşimizin keyfiyyəti və sizin məmnuniyyətiniz bizim üçün hər şeydən vacibdir!

21/01/2017

Əziz tələbələr!

Sizə xoş xəbərimiz var! Sizin üçün CV, Cover Letter və ya Motivation Letter yazmaq üçün xidmət haqqımız 25azn deyil, sadəcə 15azn-dir.

Tələbəçilik asan deyil, elə onunçün BizPro sizi düşünür!

18/01/2017

Dostlar,

Bildirmək istəyirik ki, CV təhlili xidmətimiz tamamilə pulsuzdur.

CV-nizi neçə yerə yollayırsınız, lakin cavab gəlmir və siz problemin nədə olduğunu anlamırsınız? O zaman CV-nizi bizə yollayın, təhlil edib məsləhət verək!

09/01/2017

Əziz dostlar,

Fəxr və sevinc hissi ilə sizinlə gözəl bir xəbəri bölüşmək istəyirik.

Bu gün bizim Scholarship Letter (Təqaüd Məktubu) yazdığımız bir müştərimiz ABŞ universitetlərindən birindən 10.000 ABŞ dolları məbləğində təqaüdə layiq görülüb.

Unutmayın, Sizin uğurunuz bizim də uğurumuzdur!

09/01/2017

Dəyərli dostlar,

Bir çox müştərilərimizin CV və iş üçün ərizə məktubunu birlikdə sifariş etdiyini nəzərə alaraq, müştərilərimiz üçün artıq bu xidmətləri paket şəklində təqdim edirik və CV + Cover Letter paketinin qiyməti artıq sadəcə 30azn-dir!

Qeyd etmək istərdik ki, bu xidmətlərin hər birinin qiyməti ayrı-ayrılıqda 25azn-dir.

Uğurlu karyeranıza bizimlə başlayın!

Forbes'dən günün sitatı:Seçdiyiniz yolda sizdən öncə gedənlərdən öyrənin, lakin özünüzə yeni cığır açmağın vaxtının gəld...
14/12/2016

Forbes'dən günün sitatı:

Seçdiyiniz yolda sizdən öncə gedənlərdən öyrənin, lakin özünüzə yeni cığır açmağın vaxtının gəldiyini anlayacaq qədər ağıllı olun.

12/12/2016

Niyə CV-nizi yazmağı bizə həvalə edəsiniz? Çünki CV məsləhətçimiz 10 ildən artıq İnsan Resursları üzrə iş təcrübəsinə malikdir və işə götürənlərin hansı CV-lərə üstünlük verdiyini yaxşı bilir.

Motivation və Cover məktublarını isə xaricdə təhsil almış və xarici şirkətdə artıq 5 ildən artıqdır ki çalışan komanda üzvümüz yazır.

Biz işimizə məsuliyyətlə yanaşdığımız üçün həmişə müsbət nəticələr əldə edirik!

Sizin uğurunuz bizim uğurumuzdur!

Xaricdə və xarici şirkətlərdə işçilərin maaşı məxfi məlumat sayılır və yaxın ailə üzvlərindən başqa kiməsə açıqlanması q...
02/12/2016

Xaricdə və xarici şirkətlərdə işçilərin maaşı məxfi məlumat sayılır və yaxın ailə üzvlərindən başqa kiməsə açıqlanması qəti qadağandır. Əgər belə bir hal işəgötürən tərəfindən aşkar edilsə, həmin işçi hətta işdən kənarlaşdırıla bilər.

Azərbaycanda hal-hazırda belə bir qayda yoxdur və işçilərin əksəriyyəti maaşlarını gizlətmirlər. Sizcə maaş məxfi məlumat sayılmalıdır yoxsa onu gizlətməyin heç bir mənası yoxdur?

Fikirlərinizi şərhlərdə bizimlə bölüşün!

03/11/2016

Çoxdandır işləmək istədiyiniz bir şirkət və ya bir sahə var, lakin təhsiliniz və təcrübənizin uyğun olmadığını düşünürsünüz? Bizə yazın! Sizin təcrübə və bacarıqlarınızı birlikdə təhlil edək, və məqsəd edindiyiniz şirkətin istəklərinə uyğunlaşdırıb maraqlı bir CV hazırlayaq!

Dostlar, bu gün sizinlə peşəkar işçi olmanın 10 sirri ilə bölüşəcəyik. İş yerində uğur qazanmaq üçün peşəkar davranış nü...
03/11/2016

Dostlar, bu gün sizinlə peşəkar işçi olmanın 10 sirri ilə bölüşəcəyik. İş yerində uğur qazanmaq üçün peşəkar davranış nümayiş etmək ən vacib amillərdən biridir.

1. Hər kəsə hörmətlə yanaşın.
2. Sizinkindən fərqli olsa belə başqalarının fikirlərinə hörmət edin.
3. Çalışdığınız şirkətin siyasəti və qanunlarına uyğun davranış sərgiləyin.
4. Keyfiyyətə uyğun məhsuldarlıq göstərin.
5. Peşəkar işçi kodeksinə uyğun qanunlar çərçivəsində davranın.
6. Dini mövzulara toxunmamağa çalışın.
7. İşlədiyiniz şirkət haqqında xoşlamadığınız şeyləri yüksək səslə ictimai yerlərdə müzakirə etməyin.
8. İstənilən növ cinsi təqiblərdən mütləq uzaq olun.

The workplace is a home away from home where individuals build, nurture and sometimes even end relationships. It is not surprising to know that most important deals that are to remain within confide doors are laughed upon over a cup of coffee in the cafeteria by juniors because of the strong grapevi...

Son illərdə LinkedIn peşəkar plarforması işə düzəlmək üçün ən vacib portallardan birinə çevrilmişdir. Artıq Azərbaycanda...
27/10/2016

Son illərdə LinkedIn peşəkar plarforması işə düzəlmək üçün ən vacib portallardan birinə çevrilmişdir. Artıq Azərbaycanda da rekruiterlər çox zaman potensial namizədləri məhz LinkedIn'də axtarırlar və elə orada uyğun namizədlərə iş təklif edirlər. Biz "buzz keywords" metodikasından istifadə edərək sizin üçün rekruiterləri və İnsan Resursları üzrə mütəxəssisləri cəlb edəcək LinkedIn profili yaradırıq. Gerisi isə asandır!

Have you ever wanted to get inside the head of a headhunter?

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when BizPro Career Coaching Baku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BizPro Career Coaching Baku:

Share