VSK Consulting & Outsourcing

VSK Consulting & Outsourcing Mühasibat və Vergi uçotu sahəsində xidmətlər.

Facebook səhifəmiz rəsmi səhifə olaraq vergi, mühasibat və maliyyə sahəsində maarifləndirmə üçün nəzərdə tutulmuşdur. Səhifədə istifadə olunan üzərində şirkətə aid logo yerləşdirilmiş profil şəkilləri bizə aiddir və başqa şəxslər tərəfindən özününkiləşdirilmiş formada vəya olduğu kimi istfadəsi qadağandır.

MÜHASİB – TƏCRÜBƏÇİƏgər siz mühasibat və vergilər üzrə kursları uğurla bitirmisinizsə və təcrübə keçərək işə qəbul olmaq...
09/11/2021

MÜHASİB – TƏCRÜBƏÇİ
Əgər siz mühasibat və vergilər üzrə kursları uğurla bitirmisinizsə və təcrübə keçərək işə qəbul olmaq istəyirsinizsə bizə CV göndərin.

Elana aşağıdakı keçiddən baxa bilərsiniz:

Əgər siz mühasibat və vergilər üzrə kursları uğurla bitirmisinizsə və təcrübə keçərək işə qəbul olmaq istəyirsinizsə bizə CV göndərin. Tələblər: Maliyyə, mühasibat və audit üzrə təhsil arzuolunandır Vergi məcəlləsi, Əmək qanunvericiliyi üzrə biliklər Müxab...

03/08/2021

VSK Consultancy MMC 5 yaşını qeyd edir.

Mühasib vakansiyası elan edilir.İş barədə məlumat:- Gündəlik mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar - E-Qaimə f...
28/03/2021

Mühasib vakansiyası elan edilir.

İş barədə məlumat:
- Gündəlik mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
- E-Qaimə fakturalarının təqdim edilməsi, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar
- Kağız daşıyıcıda olan sənədlərin tərtibi
- Vergi hesabatlarının hazırlanması
- Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması
- Müxabirləşmələrin düzgünlüyünün yoxlanılması. Balansın çıxarılması
- Mühasibat uçotu üzrə əməliyyatların 1C 8.2 proqramına işlənməsi

Namizədə tələblər:
- Ali təhsil
- İş təcrübəsi: minimum 1 il
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- Proqramlar: MS Office (xüsusillə Excel), BTP, 1C 8.2
- e-gov, e-taxes və digər portallardan istifadə etmək
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
- Sərbəst işləmə və qərar vermə bacarığı
- Fərdi və kollektivdə işləmə qabiliyyəti

Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.

Uyğun olan namizədlər CV-ni [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

19/01/2021

1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetir...

“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” təsdiqlənib.
28/12/2020

“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” təsdiqlənib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli 365 nömrəli Qərarı ilə “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” təsdiq edilmişdir. Bu Qayda Azərbaycan Respublikasının Mərkəzi Bankına, ...

15/12/2020

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi...

23/11/2020

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqları artırılıb.

Prezident İlham Əliyevin bu gün imzaladığı
fərmana əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə,

hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin

ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malik olacaq.

29/03/2020

Bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək artırılıb.

Məlum olduğu kimi, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir. Bundan başqa, aksiz, yol vergisi və ƏDV bəyannamələri hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları vergi orqanına təqdim olunur və vergilər dövlət büdcəsinə ödənilir.

Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir.

Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, aksiz, yol, əlavə dəyər, hüquqi şəxslərin mənfəət və əmlak vergiləri, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 06.04.2020-ci il tarixə keçirilmişdir.

Dəyərli izləyicilər və bizimlə əməkdaşlıq edən şirkətlər,Sizi, Baharın gəlişi və Novruz bayramı münasibəti ilə təbrik ed...
20/03/2020

Dəyərli izləyicilər və bizimlə əməkdaşlıq edən şirkətlər,

Sizi, Baharın gəlişi və Novruz bayramı münasibəti ilə təbrik edirik !

Address

Baku
1025

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

+994512919189

Alerts

Be the first to know and let us send you an email when VSK Consulting & Outsourcing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VSK Consulting & Outsourcing:

Share