Antik Herrac

Antik Herrac Antik əşyaları bizdən alın, bizdə satın. Minimal artım 1 manatdan 100 manata kimi ola bilər. Göstərilən minimal məbləğdən aşağı artım təklifi keçərsiz sayılacaq.

“Antik” Hərrac səhifəsinin şərtləri:

1.Hərracda iştirak etmək istəyənlər üçün qaydalar:

1.1 Hərraca çıxarılan əşya əvvəlcədən səhifə və əşyanın sahibi tərəfindən ortaq müəyyən olunan qiymətlə hərraca çıxarılacaq . Əşyanın ilkin qiyməti minimum 1 manat və ya daha çox ola bilər.

1.2 Hərracda iştirak edənlər üçün ən aşağı artım səhifə tərəfindən müəyyən olunacaq və əşyadan əşyaya dəyişəcək. Məsələ

n, əgər əşyaya minimal artım məbləği 2 manat qoyulubsa hərracda 1 manat artım edən şəxsin təklifi qeydə alınmır. Uyğun olaraq hər hansı bir şəxs 4 manat təklif edibsə, digər şəxs əşyanı almaq üçün 4 manata minimalo artım olaraq 2 manat çox, yəni 6 manat yazmalıdır. Hərraclarda qəpiklə artım nəzərə alınmır, minimal artım yanlız 1 manat ola bilər.

1.3 Hərracın keçirilmə müddəti səhifə tərəfindən təyin olunaraq hər paylaşımda qeyd olunacaq. Bu müddət bitdikdən sonra hərracda ən yüksək məbləğ təklif edən şəxsin təklifi keçərli sayılır və əşya ona satılır. Hərracın vaxtı bitdikdə ən yüksək məbləğ təklif edən şəxs bu əşyanı almalıdır. Hərraclar minimum 24 saat davam edir. Hərraclar saat 23:00-da bitir və 23:00-da edilən təkliflər keçərli sayılır. 23:00-dan sonra edilən təkliflər keçərsizdir

1.4 Hərracda təklif yazan hər hansı bir şəxslə bu təklifini təsdiq üçün səhifə tərəfindən əlaqə yaradılacaq. Əgər bu əlaqə zamanı təklif edən şəxs təklifini hərracın sonuna kimi təsdiqləməsə təklifi keçərsiz sayılacaq. Təklifin reallağı və hərracların şəffaflığı üçün təklif yazan şəxsdən səhifə nömrə istəyə bilər. Səhifə tərəfindən aşkar olunan və hərracın şəffaflığına zədə gətirə biləcək təklif yazan hər hansı bir saxta profil səhifədən çıxarılacaq və bir daha səhifəyə qayıda bilməyəcək.

1.5 Hərracda qalib gələn və əşyanı alan şəxslə 3 gün müddətində əlaqə saxlanılması mümkün olmadıqda və ya əşyanı almaqdan imtina etdikdə alıcıya xəbərdarlıq edilir. Alıcı bu zaman səhifədən çıxarılacaq və bir daha səhifəyə qayıda bilməyəcək. Hər hansı bir hərrac zamanı bu baş verərsə ən yüksək təklifdən aşağıda olan şəxsə bu əşya təklif olunacaq. Qeyd: İkinci ən yüksək təklifi verən şəxsə əşya təklif olunduqda əşyanı almaya bilər. Qeyd: İkinci ən yüksək təklif əşya sahibini qane etmirsə əşya yenidən hərraca çıxarıla bilər. Qeyd: Hərracda qazanılan əşya yenidən hərraca qoyula bilməz.

1.6 Hərrac keçirilərkən qoyulan əşya barədə səhifə istifadəçilərinin mənfi rəylər yazması, hərraca aid olmayan məlumat və ya sual verilməsi, hər hansı bir formada təhqirə yol verilməsi qadağandır və qeyd olunan qadağalara əməl etməyən şəxslərin rəyləri silinəcək. Hər hansı irad və təkliflərinizi səhifənin mesaj bölməsinə yazmağınız arzu olunandır.

1.7 Hərraca qoyulan əşya barədə hər hansı bir sualınız olsa və ya əlavə məlumat almaq istəsəniz zəhmət olmasa səhifənin mesaj bölməsinə yazın.

1.8 Səhifədə hərrac paylaşımlarında hər hansı bir səhifə və qrupun reklam olunması qadağandır. Bu hal həmin istifadəçinin səhifəyə girişini məhdudlaşdıracaq.



2.Hərracda antik əşyasını yerləşdirmək istəyənlər üçün qaydalar:

2.1 Hərraclarımızda kolleksiya üçün əşyaların, rəsm əsərlərinin, antik əşya və əskinasların və s. satışı baş tutur.

2.2 Hərraca qoymaq istədiyiniz əşyanın şəkilləri səhifənin mesaj bölməsinə göndərilir və əşyanın ili və vəziyyəti yazılır. Əşyanın paylaşılmasına səhifə qərar verir. Əgər əşya paylaşılmağa uyğundursa əşyanın daha keyfiyyətli və tam əks etdirən şəkilləri istənilir. Əşyanın hər hansı problemi varsa şəkillərdə bu mütləq görünməlidir və ya səhifəyə öncədən deyilməlidir. Məsələn, qədimi saatın şüşəsində xırda bir çat və ya cızıq varsa bu həm şəkillərdə görünməli, həm də səhifəyə yazılmalıdır. Bütün bunlar hərracın uğurla başa çata bilməsi üçün vacibdir.

2.3 Hərracın müddəti başa çatdıqdan sonra əşyaya ən yüksək məbləğ təklif edən şəxsə əşya mütləq satılmalıdır. Nəzərə alın ki, hərracda hər zaman siz gözlədiyiniz nəticə olmaya bilər. Sizin əşyanız gözlədiyiniz məbləğdən ucuz və ya baha satıla bilər.

2.4. Hərracın müddəti bitməmiş hərracda olan əşyanın satışı qadağandır.

2.5 Hərracda olan əşyanın sahibi hərraca müdaxilə etməməlidir. Əşyanın sahibinin hərrac zamanı rəylərdə əşyasını tərifləməsi və ya əşya barədə əlavə məlumat yazması qadağandır.

2.6 Hərraca qoyulan əşyanın reklama qoyulması zamanı reklamın ödənişi əşya sahibindən alınacaq.

2.7 Rezervli hərraclarda qiymət əşya sahibini qane etməsə əşyanı satmaya bilər. Rezerv qiymət öncədən əşya sahibi tərəfindən səhifəyə bildirilir və bu səhifə tərəfindən məxfi saxlanılır

2.8 Qaydalara əməl etməyən əşya sahibi səhifədə bir daha əşyasını yerləşdirə bilməyəcək. Hərracda iştirak etməmişdən öncə qaydaları oxuduğunuz üçün çox sağ olun! Hər hansı sual, irad və təklifiniz olarsa bizə yazın. Hörmətlə,
“Antik” Hərrac komandası

🏛️ QƏDİM ƏŞYALARINIZI DƏYƏRLƏNDİRİRİK!Evinizdə illərdir qorunan və dəyərini bilmədiyiniz əşyalar varsa, biz onları alırı...
05/09/2026

🏛️ QƏDİM ƏŞYALARINIZI DƏYƏRLƏNDİRİRİK!

Evinizdə illərdir qorunan və dəyərini bilmədiyiniz əşyalar varsa, biz onları alırıq! 💰

🖼️ Rəsm əsərləri və Azərbaycan rəssamlarının əsərləri
📷 Qədimi fotoaparatlar
🏺 Farfor fiqurlar və kolleksiya əşyaları
🏅 Orden və medallar
🎶 Qrammafon və plastinkalar
📼 Kasetlər
🥈 Gümüş əşyalar
⌚ Qədimi saatlar
🪑 Antik və klassik mebellər
🗿 Bronz əşyalar və heykəlciklər

🔎 Peşəkar qiymətləndirmə
💵 Əşyalarınıza uyğun real dəyər
🚚 Evinizdən götürülmə imkanı
🤝 Güvənli və şəffaf əməkdaşlıq

Əlinizdə qədimi əşya varsa, şəklini bizə göndərin — ilkin məlumat və qiymətləndirmə üçün sizə cavab verək.

📩 Əlaqə üçün mesaj bölməsinə yazın!

🏺 Qədimi əşyalarınızı dəyərindən aşağı satmayın!Saat, medal, fotoaparat, pul, orden, sikkə və digər antik əşyalar alınır...
01/09/2026

🏺 Qədimi əşyalarınızı dəyərindən aşağı satmayın!

Saat, medal, fotoaparat, pul, orden, sikkə və digər antik əşyalar alınır.

💰 Yüksək qiymətləndirmə
🏠 Ünvanınıza gəlirik
💵 Nağd ödəniş

📲 070 585 39 37
Əşyanız varsa, bizə yazın!

Hərracın kodu: 169051İlkin qiymət: 5 manatMinimal artım: 5 manat (Qəpiklə artım nəzərə alınmır)Əşya: 1950-ci illərə aid ...
30/08/2026

Hərracın kodu: 169051
İlkin qiymət: 5 manat
Minimal artım: 5 manat (Qəpiklə artım nəzərə alınmır)

Əşya: 1950-ci illərə aid əl işi Qazax xalçası

Vəziyyət: Çox Yaxşı (şəkillərə baxın)
Əl işidir. Ölçüsü: 2.80x1.75 metr

Hərracın bitmə vaxtı: 31.08.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Rezervli hərracın kodu: 169050İlkin qiymət: 5 manatMinimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: RUSİYA İST...
01/08/2026

Rezervli hərracın kodu: 169050
İlkin qiymət: 5 manat
Minimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: RUSİYA İSTEHSALI OLAN MEXANİKİ QOL SAATI.

Ölkə: Rusiya federasiyası
İl: 1990 ci illər
Model: komandirski
Mexanizm: mexaniki
Vəziyyət: Əla/Yaxşı (şəkillərə baxın)
Qeyd: orijinaldır

Hərracın bitmə vaxtı: 03.08.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Rezervli hərracın kodu: 169049İlkin qiymət: 10 manatMinimal artım: 10 manat (Qəpiklə artım nəzərə alınmır)Əşya: ŞƏXSİ KO...
01/08/2026

Rezervli hərracın kodu: 169049
İlkin qiymət: 10 manat
Minimal artım: 10 manat (Qəpiklə artım nəzərə alınmır)

Əşya: ŞƏXSİ KOLLEKSİYADAN TƏQDİM OLUNMUŞ ÇOX NADİR RƏQƏMLİ ƏLA - İDEAL VƏZİYYƏTDƏ MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASLNIN İLK KAĞIZ PULLARINDAN OLAN BANKNOT.

Ölkə: Azərbaycan
İl: 1992 ci il
Say: 1 ədəd
Vəziyyət: Əla/İdeal (Şəkillərə baxın)
Qeyd: orijinaldır.Azərbaycanın ilk pullarından biridir.5manatlıq nominalında İlk 47-ci çıxan pul sayılır.Pul kolleksiyaçı tərəfindən xüsusi qorunaraq saxlanılıb və saxlanılır.

Hərracın bitmə vaxtı: 03.08.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!!

Rezervli hərracın kodu: 169048İlkin qiymət: 10 manatMinimal artım: 10 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: İSVEÇRƏ ...
29/07/2026

Rezervli hərracın kodu: 169048
İlkin qiymət: 10 manat
Minimal artım: 10 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: İSVEÇRƏ ŞƏHƏRLƏRİNDƏ KEÇİRİLƏN ATIÇILIQ YARIŞLARININ QALİBLƏRİNƏ VERİLƏN MEDALLAR SETİ

Ölkə: İsveçrə
İl: 1970 - 2000 ci illər
Material: latun
Çəki: 32 - 35 qr
Say: 17 ədəd
Vəziyyət: Əla/Yaxşı (şəkillərə baxın)
Qeyd: orijinaldır

Hərracın bitmə vaxtı: 02.08.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Hərracın kodu: 169047İlkin qiymət: 10 manatMinimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: SSRİ DÖNƏMİNDƏ BUR...
29/07/2026

Hərracın kodu: 169047
İlkin qiymət: 10 manat
Minimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: SSRİ DÖNƏMİNDƏ BURAXILMIŞ DÖRD ƏDƏD MÜHƏNDİS XƏTKEŞİ.

Ölkə: SSRİ
İl: 1970 - 1980 ci illər
Say: 4 ədəd
Vəziyyət: Əla/Yaxşı (şəkillərə baxın)
Qeyd: orijinaldır

Hərracın bitmə vaxtı: 01.08.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Rezervli hərracın kodu: 169046İlkin qiymət: 5 manatMinimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: SSRİ DÖVRÜ...
29/07/2026

Rezervli hərracın kodu: 169046
İlkin qiymət: 5 manat
Minimal artım: 5 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: SSRİ DÖVRÜNDƏ QIZIL SUYUNA ÇƏKİLMİŞ 875 ƏYAR GÜMÜŞDƏN HAZIRLANMIŞ ÇAY QAŞIĞI.

Ölkə: SSRİ
İl: 1950 ci illər
Material: gümüş 875 əyar
Çəki: 32.45 qr
Vəziyyət: Əla/Yaxşı (şəkillərə baxın)
Qeyd: orijinaldır

Hərracın bitmə vaxtı: 01.08.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Hərracın kodu: 169045İlkin qiymət: 10 manatMinimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: SSRİNİN İLK İLLƏRİ...
29/07/2026

Hərracın kodu: 169045
İlkin qiymət: 10 manat
Minimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: SSRİNİN İLK İLLƏRİNDƏ BURAXDIĞI DÖRD ƏDƏD GÜMÜŞ SİKKƏ.

Ölkə: SSRİ
İl: 1923, 1924 və 1925 ci illər
Nominal: 15 və 20 qəpik
Material: gümüş
Çəki: 11.41 qr ( ümumi )
Say: 4 ədəd
Diametr: 19.70 mm
Vəziyyət: Əla/Yaxşı (şəkillərə baxın)
Qeyd: orijinaldır

Hərracın bitmə vaxtı: 01.08.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Hərracın kodu: 169044İlkin qiymət: 10 manatMinimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)Əşya: İNGİLTƏRƏ KRALİÇAS...
29/07/2026

Hərracın kodu: 169044
İlkin qiymət: 10 manat
Minimal artım: 1 manat.(Qəpiklə artım nəzərə alınmır)

Əşya: İNGİLTƏRƏ KRALİÇASI II ELİZABETTA VƏ KRALI V GEORGİVİN ŞƏRƏFİNƏ KANADA DÖVLƏTİNİN BURAXDIĞI İKİ ƏDƏD GÜMÜŞ SİKKƏ

Ölkə: Kanada
İl: 1918 və 1962 ci illər
Nominal: 10 cents
Material: gümüş
Çəki: 4.49 qr
Say: 2 ədəd
Diametr: 18 mm
Vəziyyət: Əla/Yaxşı (şəkillərə baxın)
Qeyd: orijinaldır

Hərracın bitmə vaxtı: 01.08.2026 saat 23:00
Zəhmət olmasa, hərracda iştirak etməmişdən əvvəl səhifənin şərtləri ilə tanış olun.
Bütün iştirakçılara uğurlar!!!

Address

Khagani 1
Baku

Opening Hours

Monday 12:00 - 20:00
Tuesday 12:00 - 20:00
Wednesday 12:00 - 20:00
Thursday 12:00 - 20:00
Friday 12:00 - 20:00
Saturday 12:00 - 20:00
Sunday 12:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Antik Herrac posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Antik Herrac:

Shortcuts

Share