10/06/2026
Hörmətli səhiyyə və sağlamlıq turizmi sektoru nümayəndələri,
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası adından Sizi Bakı şəhərində keçiriləcək Astana şəhəri nümayəndə heyətinin iştirakı ilə “Road-show” tədbirinə dəvət edirik.
Tədbirin məqsədi Azərbaycan və Qazaxıstan arasında səhiyyə, tibbi turizm, reabilitasiya, onkologiya, neyrocərrahiyyə, reproduktiv sağlamlıq, klinik əməkdaşlıq və beynəlxalq pasiyent yönləndirilməsi sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və B2B görüşlərin təşkili ilə əməkdaşlıq imkanlarının müzakirəsidir.
Tədbirdə Astana şəhərindən turizm, səhiyyə və tibb müəssisələrini təmsil edən nümayəndələr iştirak edəcəklər. Görüş zamanı klinikalar, tibb mərkəzləri, turizm şirkətləri və sağlamlıq turizmi üzrə fəaliyyət göstərən təşkilatlar arasında birbaşa əlaqələrin yaradılması üçün geniş imkanlar təqdim olunacaq.
Tədbir haqqında məlumat
Tarix: 16 iyun 2026-cı il
Məkan: InterContinental Baku
Ünvan: Zərifə Əliyeva küçəsi 31, Bakı
Zal: “Leyli & Majnun”
Qonaqların qeydiyyatı: 09:00 – 09:30
Tədbirin başlanması: 10:00
Tədbirdə iştirak etmək istəyən qonaqlardan əvvəlcədən qeydiyyatdan keçmələri xahiş olunur. Hər bir iştirakçı ayrıca qeydiyyat formasını doldurmalıdır.
Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfy1hWLaCFouBaewOlehB2ZZQIunoxM4evrj-aL6t_pgx9v_A/viewform
Hörmətli həmkarlar, Sizi bu mühüm görüşdə fəal iştirak etməyə, Azərbaycan–Qazaxıstan səhiyyə və sağlamlıq turizmi əməkdaşlığının inkişafına töhfə verməyə dəvət edirik.
Hörmətlə,
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyəti