Marsol Group

Call Directions Website Contact the business

Marsol Group The rhythm of your business! Business Networking Club Uğurlu biznes tərəfdaşınız

29/09/2026

Sentyabrın 29-da "Aztelco"nun tərkibində fəaliyyət göstərən "Advera" şirkətinin və Marsol Group-un birgə təşkilatçılığı ilə “Başkent” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.

Video icmalı sizlərə təqdim edirik.

Sentyabrın 29-da "Aztelco"nun tərkibində fəaliyyət göstərən "Advera" şirkətinin və Marsol Group-un birgə təşkilatçılığı ...
29/09/2026

Sentyabrın 29-da "Aztelco"nun tərkibində fəaliyyət göstərən "Advera" şirkətinin və Marsol Group-un birgə təşkilatçılığı ilə “Başkent” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.

İştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb.

"Aztelco" şirkətinin Biznesin İnkişafı üzrə rəhbəri Nasir Əkbərli şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Daha sonra Advera şirkətinin direktoru Əkbər Mədətli İctimai nəqliyyat və əlaqəli məkanlarda reklam yerlərinin icarəsini rəqəmsal formada həyata keçirən vahid mərkəz olan "Adgo" brendinin fəaliyyəti haqqında təqdimat edərək, sahibkarları ətraflı məlumatlandırıb.

Sonda 2026-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.

Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun (RIYADA) sədri və Marsol Group arasında görüş baş tutu...
28/09/2026

Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun (RIYADA) sədri və Marsol Group arasında görüş baş tutub.

Görüş çərçivəsində RIYADA-nın sədri Halima Al, Marsol Group və partnyor şirkətlərin nümayəndələri arasında yeni əməkdaşlıq imkanları və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev Marsol Group-un fəaliyyəti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verib.

Görüşdə iki ölkənin sahibkarları arasında birgə fəaliyyətlərin təşkili, qarşılıqlı biznes əlaqələrinin genişləndirilməsi və investisiya imkanları müzakirə olunub. Həmçinin Oman və Azərbaycan biznes mühitləri arasında yeni əlaqələrin qurulması və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

27 sentyabr tarixində Marsol Group partnyorlarının iştirakı ilə ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Nati...
28/09/2026

27 sentyabr tarixində Marsol Group partnyorlarının iştirakı ilə ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovla görüş keçirilib.

Görüşdə Marsol Group-un təsisçisi Tural Mustafayev, partnyorlar və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov iştirak ediblər.

Görüş zamanı Azərbaycan və ABŞ arasında biznes əlaqələrinin inkişaf perspektivləri, yerli sahibkarların ABŞ bazarına çıxış imkanları, ixrac potensialı və iki ölkənin biznes nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin sahibkarlar üçün yeni biznes əlaqələrinin qurulması, ikitərəfli əməkdaşlıq imkanlarının artırılması və beynəlxalq bazarlara çıxış istiqamətində mümkün təşəbbüslər müzakirə olunub.

27 Sentyabr – Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə qanvermə aksiyası keçirilib.Kiçik və Or...
27/09/2026

27 Sentyabr – Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə qanvermə aksiyası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə keçirilən qanvermə aksiyasında Avrora Qrup əməkdaşları da fəal iştirak ediblər. Ümumilikdə, aksiyaya qoşulan 100-ə yaxın əməkdaşımız könüllü qan verərək ehtiyacı olan insanlara dəstək göstərib, həmrəylik və sosial məsuliyyət nümunəsi nümayiş etdirib.

Aksiya çərçivəsində qan verən şəxslərin sağlamlıq vəziyyəti həkim-mütəxəssislər tərəfindən əvvəlcədən yoxlanılıb, müvafiq tibbi müayinələr aparıldıqdan sonra qanvermə prosesi həyata keçirilib.

Qeyd edək ki, “Bir damla qan, min ümidə can” aksiyası artıq üçüncü dəfədir keçirilir və cəmiyyətimizdə qan donorluğu mədəniyyətinin təşviqinə, eləcə də minlərlə insan üçün ümid işığının yaranmasına töhfə verir.

27 Sentyabr – Anım GünüVətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və e...
26/09/2026

27 Sentyabr – Anım Günü

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq.

Marsol Group partnyorları arasında VI Masaüstü Tennis Çempionatı keçirilib.🏓Marsol Sports və QOLAT Sport Services-in bir...
26/09/2026

Marsol Group partnyorları arasında VI Masaüstü Tennis Çempionatı keçirilib.🏓

Marsol Sports və QOLAT Sport Services-in birgə təşkilatçılığı ilə sentyabrın 26-da keçirilən VI Masaüstü Tennis Çempionatı idman, rəqabət, əyləncə və biznes əlaqələrini bir araya gətirib.

Çempionatda Marsol Group partnyoru olan 40-a yaxın sahibkar iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlar iştirakçılar arasında dostluq münasibətlərinin və yeni əməkdaşlıq imkanlarının formalaşmasına da şərait yaradıb.

Çempionatın nəticələrinə əsasən:
🥇 I yer – “Ecolife” şirkətinin rəhbəri Etibar Vəliyev
🥈 II yer – “Arbitro” şirkətinin rəhbəri Nəcəf Əliyev
🥉 III yer – “Hazel” şirkətinin rəhbəri Ceyhun Babayev

Qaliblər kubok və sertifikatlarla təltif olunublar.

Marsol Group tərəfindən sahibkarlar arasında əməkdaşlıq və komanda ruhunun gücləndirilməsi məqsədilə sosial, idman və digər birgə fəaliyyətlərin gələcəkdə də daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.

“Bir damla qan, min ümidə can” aksiyasında 800-dən çox şəxs iştirak edib27 sentyabr – Anım Gününə həsr olunmuş “Bir daml...
26/09/2026

“Bir damla qan, min ümidə can” aksiyasında 800-dən çox şəxs iştirak edib
27 sentyabr – Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə keçirilən qanvermə aksiyası yekunlaşıb. Aksiyada sahibkarlar və şirkət əməkdaşları olmaqla 800-dən çox şəxs iştirak edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.

Aksiya 23–25 sentyabr tarixlərində Bakı ilə yanaşı, Lənkəran-Astara, Quba-Xaçmaz və Şəki-Zaqatala bölgələrini də əhatə edib.
Aksiyanın ilk ünvanı 23 sentyabr tarixində Lənkəran-Astara bölgəsi olub. Burada Marsol Region partnyoru olan sahibkarlar, şirkət əməkdaşları və yerli sakinlərlə yanaşı, Lənkəranda səfərdə olan Marsol Group partnyorları da qanvermə aksiyasına qoşulublar.

24 sentyabrda aksiya Quba-Xaçmaz və Şəki-Zaqatala bölgələrində davam edib. 25 sentyabrda isə Bakı şəhərində Bakı KOB Evi, Respublika Qan Bankı və Məlhəm Beynəlxalq Hospital olmaqla 3 mərkəzdə təşkil olunub.

Aksiya çərçivəsində qan verən şəxslərin sağlamlıq vəziyyəti həkim-mütəxəssislər tərəfindən əvvəlcədən yoxlanılıb, müvafiq tibbi müayinələr aparıldıqdan sonra qanvermə prosesi həyata keçirilib.

Qeyd edək ki, “Bir damla qan, min ümidə can” aksiyası artıq üçüncü dəfədir keçirilir.

Aksiyaya göstərdikləri dəstəyə görə sahibkarlara, şirkət əməkdaşlarına, Marsol Group partnyorlarına və bütün könüllülərə təşəkkür edirik.

Bir damla qan, min ümidə can!

Address

Əhməd Rəcəbli 27A
Baku
AZ1000

Opening Hours

Monday 09:30 - 18:00
Tuesday 09:30 - 18:00
Wednesday 09:30 - 18:00
Thursday 09:30 - 18:00
Friday 09:30 - 18:00
Saturday 09:30 - 18:00

Telephone

+994123101558

Alerts

Be the first to know and let us send you an email when Marsol Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Marsol Group:

Shortcuts

Share