ALPHA Coaching & Consulting

ALPHA Coaching & Consulting Ethos. Pathos. Logos. HAQQIMIZDA

Kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə xidmətlər təqdim edən şirkətimiz 2011-ci ildən etibarən fəaliyyət göstərir.

Missiyamız özünüdərkin artırılması istiqamətində insanlara köməklik etmək, öz potensiallarını və güclü tərəflərini kəşf edib, davamlı inkişaf prosesinə daxil olmalarında onlara yol göstərməkdir. Özünükəşf mərhələsində fərdlərə yeni səriştələr qazandırmaq və həyat balanslarının qurulmasında onlara dəstək olmaq ən böyük məqsədlərimizdəndir.

“Alpha” sözünun mənası

Korporativ brendimiz “Alpha” sözü

yunan əlifbasının Άλφα, ərəb əlifbasının Əlif, finikiya və yəhudi əlifbalarının Alef hərflərindən ilhamlanaraq yaradılmışdır. Müasir latın əlifbasının ilk hərfi olan "A" hərfi də öz kökünü Alphadan alır. Alpha fəlsəfədə ilk olmanın və başlanğıcın, ən yaxşının və ən güclünün rəmzi kimi qəbul edilmişdir. Elmin qapısı sayılan Alphabet (bizim dildə Əlifba) sözü Alpha (Əlif) ilə başlayır. Biz də bu fəlsəfədən ilham alaraq fəaliyyət göstərdiyimiz sahələrdə ən öndə və ən güclü olmağı hədəfləyirik.

İnsan beyninin davamlı şəkildə elektromaqnit dalğaları yaratdığı elm tərəfindən bilinən həqiqətdir və bu hadisə psixofiziologiyada beynin ritmik aktivliyi adlanır. Beyin tərəfindən ötürülən dalğalardan biri və ən vacibi Alpha dalğalar sayılır.

7.5–12.5 Hz aralığında müşahidə olunan Alpha dalğalar əsasən insanın gümrah, rahat və sakit psixoloji vəziyyətində generasiya olunur. Beynin Alpha vəziyyətində hüzurun, diqqət və konsentrasiyanın, dincəlmənin, pozitiv düşüncənin, özünüdərkin, yaradıcılıq və təxəyyülün ən yüksək səviyyəsinə çatır. Alpha vəziyyəti “həzz hormunu” sayılan endorfinin daha çox ifraz olunduğu və immunitetin gücləndiyi anlardır. Sadəcə Alpha vəziyyətdə özünütənzimləmə və əsəb sisteminin bərpası mümkündür. Bu dalğalarda ikən beynimizin verdiyimiz qərarlar daha sağlam və yaradıcı qərarlardır. Alpha vəziyyəti beynin sağ və sol yarım kürələrinin (məntiq və duyğularımızın) tarazlığa daha yaxın olduğu vəziyyətdir. Nəhayət, Alpha dalğalarında şüuraltına enmək və intuitsiyaya daha çox güvənmək mümkündür. Alpha dalğalarının güclənməsi emosional rahatlanmağa və şüurun genişlənməsinə şərait yaradır. Yaradıcı insanlar bu anı ilham anı adlandırırlar. Dünyadakı bir çox elmi kəşflər və mədəni nəaliyyətlər məhz beynin Alpha dalğalarını yaşadığı anlarda ortaya çıxmışdır. VİZYONUMUZ

Fəaliyyət göstərdiyimiz sektorun qabaqcıl, yenilikçi və fərqlilik yaradan, xidmət və fəaliyyətləri ilə rəqiblərin nümunə götürdüyü, müştərilərin üstünlük verdiyi şirkət olmaq.

Fərdi və komanda kouçinqi sessiyalarımız bu sahədə çoxillik iş təcrübəsinə sahib peşəkar kouçlarımız Fidan Əzimli və Elç...
14/08/2026

Fərdi və komanda kouçinqi sessiyalarımız bu sahədə çoxillik iş təcrübəsinə sahib peşəkar kouçlarımız Fidan Əzimli və Elçin Əzimli tərəfindən təqdim olunur. Aşağıdakı link vasitəsi ilə onlarla tanış ola bilərsiniz.

Founded in 2011 ALPHA Coaching & Consulting is a coaching and training company on management and personal skills development with focus on better learning processes to meet today’s business demands.

Emosional intellekt çox vaxt nəticələri ilə qiymətləndirilir: effektiv ünsiyyət, empatiya, özünüidarəetmə və sağlam müna...
28/07/2026

Emosional intellekt çox vaxt nəticələri ilə qiymətləndirilir: effektiv ünsiyyət, empatiya, özünüidarəetmə və sağlam münasibətlər. Biz isə hesab edirik ki, bu nəticələrin arxasında duran inkişaf prosesini anlamaq daha vacibdir.

Məhz bu yanaşmadan çıxış edərək "Kouçinq – bir emosional intellekt laboratoriyasıdır" məqaləsini hazırladıq və emosional intellektə fərqli bir prizmadan baxmağa çalışdıq.

Sizi məqaləni oxumağa dəvət edirik və fikirləriniz maraqlıdır: sizcə, insanı dəyişdirən yaşadıqlarıdır, yoxsa yaşadıqları üzərində düşünmək bacarığı? Fikirlərinizi şərhlərdə bölüşün.

Təsəvvür et: iclasda kimsə sənin təklifini axıra qədər dinləmədən sözünü kəsir. İçində qəfil bir qıcıq qalxır və sən özündən asılı olmadan kəskin bir cavab qaytarırsan. Axşam evə qayıdanda hələ də həmin cavabı - kaş deməyəydim dediyin o bir cümləni - beyn...

Əziz müsəlman dostlarımız,Qurban Bayramınızı təbrik edir, sizə hüzur və əmin-amanlıq diləyirik!
27/05/2026

Əziz müsəlman dostlarımız,

Qurban Bayramınızı təbrik edir, sizə hüzur və əmin-amanlıq diləyirik!

Bir neçə il əvvəl dövlət sektorunda kouçinq yanaşmasına münasibət daha ehtiyatlı idi və bu sahə bir çox hallarda təşkila...
14/05/2026

Bir neçə il əvvəl dövlət sektorunda kouçinq yanaşmasına münasibət daha ehtiyatlı idi və bu sahə bir çox hallarda təşkilati inkişaf prioritetləri sırasında ön plana çıxmırdı. Ayrı-ayrı qurumlarda fərdi kouçinqə maraq müşahidə olunsa da, komanda kouçinqi yanaşmasına daha məhdud şəkildə yanaşılırdı.

Son dövrlərdə isə bu istiqamətdə yanaşmanın dəyişdiyi müşahidə olunur. Dövlət qurumlarından kouçinq proqramlarına marağın artması insan kapitalının inkişafına verilən diqqətin gücləndiyini göstərir.

ALPHA Coaching & Consulting olaraq növbəti inkişaf proqramına Dövlət Vergi Xidmətində start verdik. Peşəkar kouçlarımız Fidan Əzimli və Elçin Əzimli tərəfindən aparılan bu proqram çərçivəsində il sonuna qədər davam edəcək fərdi və komanda kouçinqi proseslərinə DVX-nın 53 nəfər yüksək rəhbəri cəlb olunub.

Proqram Harrison Assessments International şirkətinin peşəkar qiymətləndirmə alətləri ilə müşayiət olunur.

Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strateji planında insan kapitalının ayrıca prioritet istiqamət kimi müəyyənləşdirilməsi və innovativliyin əsas dəyərlərdən biri kimi vurğulanması bu yanaşmanın sistemli xarakter daşıdığını göstərir.

Bu kimi təşəbbüslərin artması ölkədə inkişaf yönümlü idarəetmə və liderlik mədəniyyətinin daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində icra etdiyimiz 4 aylıq genişmiqyaslı TOT proqramı yekunlaşdı və ...
28/04/2026

Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində icra etdiyimiz 4 aylıq genişmiqyaslı TOT proqramı yekunlaşdı və 64 daxili təlimçi yüksək nəticələrə görə sertifikatlaşdırıldı.

Peşəkar kouç və mentorlarımız Elçin Əzimli və Fidan Azimli tərəfindən təqdim olunan bu çoxmərhələli proqram təlim sessiyaları, xüsusi qiymətləndirmə kompetensiyalarının hazırlanması və final təqdimatlarından ibarət idi. Müasir dünyada daxili təlimçilərin yetişdirilməsi qurum daxilində öyrənmə mədəniyyətini gücləndirməklə komandanın çevik inkişafı üçün strateji əhəmiyyət daşıyır.

Hər bir detala verdiyi peşəkar diqqət və yaradılan şəraitə görə ABB-yə və HR komandasına təşəkkür edirik.
ABB .coaching.consulting

Əziz xanımlar!Hər birinizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.Cəmiyyətin inkişa...
07/03/2026

Əziz xanımlar!

Hər birinizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Cəmiyyətin inkişafında, ailə dəyərlərinin qorunmasında və peşəkar mühitin zənginləşməsində qadınların rolu əvəzsizdir. Onların müdrikliyi, məsuliyyəti və yaradıcılığı həyatın müxtəlif sahələrində mühüm dəyişikliklərin və davamlı inkişafın əsas hərəkətverici qüvvələrindən biridir.

Bu əlamətdar gün münasibətilə hər birinizə möhkəm cansağlığı, yeni uğurlar və ilham dolu günlər arzulayırıq. Qoy həyatınızda sevinc, dəyər və hörmət hər zaman sizinlə olsun.

8 Mart - Beynəlxalq Qadınlar Gününüz mübarək! 🌷

Hörmətlə,
ALPHA Coaching & Consulting

💡 Texniki bilik və bacarıqlar üzünüzə iş həyatının qapısını aça bilər, lakin peşəkar mühitdə yüksəlişi təmin edən Emosio...
20/02/2026

💡 Texniki bilik və bacarıqlar üzünüzə iş həyatının qapısını aça bilər, lakin peşəkar mühitdə yüksəlişi təmin edən Emosional intellektdir. Öz emosiyalarını tanımaq və üzərində işləmək, başqalarının hisslərini düzgün oxumaq, ünsiyyət bacarıqlarını ustalıqla istifadə etmək - bütün bunlar iş mühitində etibarın, səmərəli əməkdaşlığın və güclü liderliyin əsasıdır.

Emosional intellekti gücləndirmək üçün 4 praktik addım:

1️⃣ Özünü müşahidə altında saxla: Gün ərzində emosional reaksiyalarını izlə: “İndi nə hiss edirəm və niyə?” Bu sual özünü tanımağın və anlamağın ilk addımıdır.
2️⃣ 6 saniyə qaydası: Çətin söhbətlərdə və ya tənqid zamanı cavab verməzdən əvvəl 6 saniyəlik pauza ver. Bu, impulsiv deyil, rasional qərar verməyə kömək edir.
3️⃣ Sətiraltı mesajları oxu: Qarşı tərəfi dinləyərkən yalnız sözlərə deyil; səs tonuna, bədən dilinə və davranışına da diqqət yetir.
4️⃣ Konstruktiv tənqid: Tənqid edərkən birbaşa şəxsiyyəti deyil, davranışı və nəticəni hədəf al. Bu, qarşı tərəfin müdafiə mexanizmini zəiflədir və inkişafı təşviq edir.

👉 Unutma: Emosional intellekt doğuşdan gələn bir istedad deyil, inkişaf etdirilə bilən bacarıqdır. "Mən beləyəm, dəyişə bilmərəm" düşüncəsini kənara qoyun.

Dünən verdiyiniz reaksiyanı bu gün analiz edib dərs çıxarmaq, sabah isə daha təmkinli davranmaq - məhz bu kiçik addımlar uzunmüddətli karyerada və liderlik yolunda böyük fərqlər yaradır.

AZCON Holdinqə bağlı şirkətlərdə həyata keçiriləcək Rəqəmsal Körpü Proqramı üçün mentor olacaq IT mütəxəssisləri və rəhb...
19/02/2026

AZCON Holdinqə bağlı şirkətlərdə həyata keçiriləcək Rəqəmsal Körpü Proqramı üçün mentor olacaq IT mütəxəssisləri və rəhbərləri ilə birlikdə “Mentorluğun əsasları” silsilə təlimlərini uğurla tamamladıq. Peşəkar kouç və mentorlarımız Fidan Əzimli və Elçin Əzimli tərəfindən təqdim olunan bu proqramda AZCON Holding-in müxtəlif şirkətlərindən 60-a yaxın əməkdaş iştirak edirdi.

Bu təşəbbüs yalnız texniki biliklərin ötürülməsi deyil, eyni zamanda təşkilat daxilində təcrübə paylaşımı, əməkdaşlıq mədəniyyəti və liderlik bacarıqlarının formalaşması baxımından da mühüm addımdır. Rəqəmsal Körpü Proqramı gənc mütəxəssislərlə təcrübəli IT ekspertləri arasında sağlam və davamlı inkişaf mühiti yaratmağı hədəfləyir.

Bu proqram eyni zamanda AZCON Holding-in insan kapitalına verdiyi dəyərin açıq göstəricisidir. Şirkət yalnız sistemlərə və texnologiyaya deyil, onları idarə edən insanlara da sərmayə yatırdığını bu təşəbbüslə nümayiş etdirir. Məhz belə yanaşma uzunmüddətli inkişafın və güclü komanda mədəniyyətinin əsasını yaradır.

Bu proqram çərçivəsində təlim iştirakçıları ilə üç gün boyunca birlikdə mentorluğun nə olduğunu, necə daha yaxşı dinləməyi, düzgün suallar verməyi, gənc mütəxəssislərə necə dayaq olmağı müzakirə etdik. Texniki bilik ötürücülüyəndən daha çox, insanla işləmə bacarığı üzərində dayandıq. Çünki güclü mentorluq məhz burada başlayır.

Bu güclü mentorlar komandasının rəqəmsal dünyada yeni uğur hekayələrinin memarı olacağına inanırıq. Dəyərli mentorlarımıza enerjiləri və səmimiyyətləri üçün təşəkkür edirik.

Yolunuz açıq, təsiriniz daimi olsun, əziz mentorlar!

Əziz dostlar, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni iliniz mübarək olsun!
30/12/2025

Əziz dostlar, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni iliniz mübarək olsun!

Dövlət Vergi Xidməti (DVX) əməkdaşlarının peşəkar inkişafına və korporativ mədəniyyətin gücləndirilməsinə xüsusi önəm ve...
26/12/2025

Dövlət Vergi Xidməti (DVX) əməkdaşlarının peşəkar inkişafına və korporativ mədəniyyətin gücləndirilməsinə xüsusi önəm verən qabaqcıl qurumlarımızdandır.👌

ALPHA Coaching & Consulting olaraq, DVX ilə 2024-2025-ci illəri əhatə edən uğurlu əməkdaşlığımızın 2026-cı ildə də davam edəcəyindən böyük məmnuniyyət duyuruq. Yeni ildə bizi DVX-nin rəhbər heyəti üçün:
- Fərdi kouçinq sessiyaları,
- Komanda kouçinqi layihələri kimi həyəcanverici yeniliklər gözləyir.

🐪 "Dəyərlər Karvanı" ilə Komanda Ruhu

Bu yaxınlarda Xidmətin Tədris Mərkəzində keçirilən "Strateji inkişaf mərhələsində təşkilati dəyişikliklər" tədbiri çərçivəsində maraqlı bir layihəyə imza atdıq. Qurumun korporativ dəyərlərinin aşılanmasına həsr olunmuş və tərəfimizdən xüsusi hazırlanan "Dəyərlər karvanı" intellektual oyununa peşəkar kouçlarımız Fidan Əzimli və Elçin Əzimli tərəfindən fasilitatorluq edildi. 2 saatlıq komanda quruculuğu sessiyası boyunca iştirakçıların yüksək motivasiyası, marağı və öz komandalarına töhfə vermək həvəsi həqiqətən görülməyə dəyər idi. 🙂

Peşəkar inkişaf və komanda ruhu üçün belə layihələrə dəyər verən qurumlarla çiyin-çiyinə çalışmaq bizə həmişə ilham verir! ✊

Address

Atatürk Avenue, 118A/120
Baku
AZ1069

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994559092222

Alerts

Be the first to know and let us send you an email when ALPHA Coaching & Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ALPHA Coaching & Consulting:

Shortcuts

Share