15/08/2012
YPX haqqında təlimat.
Ümumi müddəalardan çıxarış:
2.9.7. Gündüz vaxtı şəhərdaxili post və marşrutlara yalnız 1 nəfərdən ibarət piyada, moto və ya avtopatrul naryadı təyin edilir. Hərəkətin intensivliyinin sıx olduğu küçə və yollarda avtopatruldan ibarət naryadların tətbiqi yol verilməzdir.
4 və ya 5 qonşu post və marşrutlara zabit heyətindən bir nəfər naryad başçısı təyin edilir. Zərurət yarandığı hallarda naryad başçısına (BYPM-nə) konkret post və ya marşrut təhkim oluna bilər. Stasionar postlarda, şəhərkənarı yollarda və sutkanın vaxtı tərkibində ikidən az əməkdaş olan naryadların tətbiqi qadağandır.
3.4.4.2. Gecə vaxtı nəqliyyat vasitəsi yalnız stasionar postlarda, habelə ondan kənarda yol polisi naryadının tərkibində iki müfəttiş olduqda saxlanıla bilər.
3.4.4.4. Ekipajda iki müfəttiş olduqda sükan arxasında olmayan müfəttiş keşik avtomobilindən düşür və saxlanılmış nəqliyyat vasitəsinin arxasından keçərək sürücüyə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmasının səbəbini bildirməklə ondan aşağıdakı sənədlərin təqdim olunmasını tələb edir:
sürücülük vəsiqəsini;
sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada alındıqda, onu əvəz edən müvəqqəti icazə vərəqəsini;
fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni;
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə, xüsusi razılıq (lisenziya) və ya yol vərəqəsini;
daşınan yüklərə dair sənədləri;
nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə;
sərnişin daşınmaya cəlb olunmuş nəqliyyat vasitələri üçün marşrut vərəqəsini ;
təhlükəli və iri qabaritli yük daşınmasının hərəkət marşrutu və qəza vərəqəsi, belə daşımaya ijazə şəhadətnaməsi (sürüjü və nəqliyyat vasitəsi) və s.
3.4.4.5. Müfəttiş vacib halda sürücüdən saxlanılmış nəqliyyat vasitəsinin mühərrikinin qeyri işlək vəziyyətə gətirilməsini və onun nəqliyyat vasitəsindən çıxmasını tələb edir, sürücü ilə danışıqları və sənədələşməni bir qayda olaraq yol çiynində (səkidə) aparır. Bu zaman nəqliyyat vasitəsinə söykənmək (onun üzərində və içərisində yazı yazmaq, ayağını ayaqaltıya və ya bamperə qoymaq və s.) yolverilməzdir. Müfəttiş yalnız əlverişsiz hava şəraitində (külək, yağmur) sənədləşməni keşik avtomobilinin içərisində aparır. İstənilən halda hərəkət iştirakçısının qayda pozuntusunun sənədləşdirilməsi məqsədilə keşik nəqliyyat vasitəsinə mindirilməsi qadağandır. Piyada xidmət aparan müfəttişlər isə mövjud şəraitə uyğun hərəkət edir.