26/08/2026
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və baş katibi Nedim Kaya TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırmanı ziyarət ediblər.
Görüş zamanı TÜİB və TİKA arasında əməkdaşlıq imkanları, birgə həyata keçirilə biləcək layihələr və qarşılıqlı fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan–Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.