NAR Psixologiya Merkezi

NAR Psixologiya Merkezi 𝐔𝐇𝐒𝐀𝐋 𝐏𝐒İ𝐗𝐎𝐋𝐎𝐐𝐋𝐀 𝐘𝐀𝐋𝐍𝐈𝐙 D𝐄𝐘İ𝐋

Meoow yay səyahəti haqqında düşünərkən özümə uyğun valiz seçim edirəm ki, görüm içində rahat yatıb gedə bilərəm ?😼😼
17/05/2026

Meoow yay səyahəti haqqında düşünərkən özümə uyğun valiz seçim edirəm ki, görüm içində rahat yatıb gedə bilərəm ?😼😼

🌿 Sən də bu komandanın bir parçası ola bilərsən!Axtarırıq:🧠 Uşaq & yeniyetmə psixoloqu🗣 Loqoped🎓 Psixologiya tələbələri📍...
02/05/2026

🌿 Sən də bu komandanın bir parçası ola bilərsən!

Axtarırıq:
🧠 Uşaq & yeniyetmə psixoloqu
🗣 Loqoped
🎓 Psixologiya tələbələri

📍 Xırdalan | Xocasən | Qobu | Lökbatan

📩 CV-ni göndər → [email protected]

Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anırıq. Bu tarix yalnız keçmişin acı...
31/03/2026

Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anırıq. Bu tarix yalnız keçmişin acı bir səhifəsi deyil həm də kollektiv yaddaşımızın milli kimliyimizin formalaşmasında mühüm iz buraxmış bir həqiqətdir.

Nar Psixologiya Mərkəzi olaraq inanırıq ki, travmalar yalnız fərdi deyil həm də kollektiv şəkildə yaşanır və nəsildən-nəslə ötürülə bilər. Bu kimi tarixi hadisələr cəmiyyətin emosional yaddaşında iz qoyur insanların təhlükəsizlik hissinə güvən duyğusuna və kimlik anlayışına təsir edir.

Bu gün biz yalnız itkiləri xatırlamırıq həm də sağalmağın, anlamağın və yadda saxlamağın vacibliyini vurğulayırıq. Çünki unutmaq yox dərk etmək sağalmanın ilk addımıdır.

Nar simvolu həyatın davamlılığın və yenilənmənin rəmzi olaraq bizə xatırladır ki, ən dərin ağrıların içindən belə həyat və ümid cücərə bilər.

Ruhları şad olsun. Unutmadıq, unutmayacağıq.

🌿 Novruz bayramınız mübarək!Bu əziz bayram münasibətilə hər birinizə möhkəm cansağlığı, firavanlıq və ailə səadəti arzul...
20/03/2026

🌿 Novruz bayramınız mübarək!

Bu əziz bayram münasibətilə hər birinizə möhkəm cansağlığı, firavanlıq və ailə səadəti arzulayırıq. Qoy baharın gəlişi evlərinizə sevinc, qəlblərinizə ümid və istilik gətirsin.

Sevgi və ehtiramla,
Nar Psixologiya Mərkəzi

Xocalı yalnız tarixdə baş vermiş faciə deyil bu kollektiv yaddaşımızda iz buraxmış ağır psixoloji travmadır. Hər bir iti...
25/02/2026

Xocalı yalnız tarixdə baş vermiş faciə deyil bu kollektiv yaddaşımızda iz buraxmış ağır psixoloji travmadır. Hər bir itirilən həyat, yarımçıq qalan talelər və şahidlərin yaşadığı ağrılar nəsillər boyu ötürülən emosional yükə çevrilmişdir.

Biz inanırıq ki, sağalma unutmaqla deyil xatırlamaq və qəbul etməklə başlayır. Travmanın sağaldılması üçün ilk addım onun adını çəkmək, həqiqəti qorumaq və insan ləyaqətini müdafiə etməkdir.

Bu gün biz susaraq hörmət göstərir, danışaraq isə həqiqəti qoruyuruq.
Xocalı qurbanlarının ruhu qarşısında baş əyirik.
Unutmuruq. Unutdurmuruq.

Nar Psixologiya Mərkəzi

20 Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı eyni zamanda milli şüurun və mənəvi dirənişi...
19/01/2026

20 Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı eyni zamanda milli şüurun və mənəvi dirənişin simvoluna çevrilmiş tarixi gündür. Bu faciə minlərlə insanın qəlbində silinməz izlər buraxmış, kollektiv yaddaşımızda dərin psixoloji travma və eyni zamanda güclü milli birləşmə hissi formalaşdırmışdır.

Nar Psixologiya Mərkəzi olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla anır onların ailələrinə və bütün xalqımıza səbir və dözüm diləyirik. Bu gün yalnız bir matəm günü deyildir eyni zamanda insan ləyaqətinin, azadlıq arzularının və mənəvi gücün təcəssümüdür.

Unutmayaq ki, tarixi travmaların sağaldılması yaddaşın inkarı ilə yox onu dərk etmək, anlamaq və gələcək nəsillərə sağlam psixoloji miras olaraq ötürməklə mümkündür.

Şəhidlərimizin ruhu şad olsun.
Azərbaycan xalqının başı sağ olsun.

Nar Psixologiya Mərkəzi



Geridə qoyduğumuz il cəmiyyət olaraq həm fərdi həm də sosial səviyyədə ciddi psixoloji çağırışlarla yadda qaldı. Bu dövr...
30/12/2025

Geridə qoyduğumuz il cəmiyyət olaraq həm fərdi həm də sosial səviyyədə ciddi psixoloji çağırışlarla yadda qaldı. Bu dövr bir daha göstərdi ki, psixoloji sağlamlıq insan rifahının və sosial dayanıqlığın əsas sütunlarından biridir. Nar Psixologiya Mərkəzi olaraq yeni ildə psixoloji rifahın qorunmasına, empatiya mədəniyyətinin güclənməsinə və sağlam münasibətlərin təşviqinə xüsusi önəm verilməsini arzulayırıq.

Yeni ildə psixoloji dəstəyin daha əlçatan olması fərdlərin güclü görünmək məcburiyyəti olmadan ehtiyaclarını ifadə edə bilməsi və cəmiyyətin bu ehtiyaclara anlayışla yanaşması əsas məqsədlərimizdəndir. Ümid edirik ki, qarşıdakı il daha sağlam düşüncəli daha anlayışlı və daha dayanıqlı bir cəmiyyətin formalaşmasına töhfə verəcək.

Yeni iliniz mübarək. 🎄

Hörmətlə,
Nar Psixologiya Mərkəzi

Geridə qoyduğumuz il cəmiyyət olaraq həm fərdi həm də sosial səviyyədə ciddi psixoloji çağırışlarla yadda qaldı. Bu dövr...
30/12/2025

Geridə qoyduğumuz il cəmiyyət olaraq həm fərdi həm də sosial səviyyədə ciddi psixoloji çağırışlarla yadda qaldı. Bu dövr bir daha göstərdi ki, psixoloji sağlamlıq insan rifahının və sosial dayanıqlığın əsas sütunlarından biridir. Nar Psixologiya Mərkəzi olaraq yeni ildə psixoloji rifahın qorunmasına, empatiya mədəniyyətinin güclənməsinə və sağlam münasibətlərin təşviqinə xüsusi önəm verilməsini arzulayırıq.

Yeni ildə psixoloji dəstəyin daha əlçatan olması fərdlərin güclü görünmək məcburiyyəti olmadan ehtiyaclarını ifadə edə bilməsi və cəmiyyətin bu ehtiyaclara anlayışla yanaşması əsas məqsədlərimizdəndir. Ümid edirik ki, qarşıdakı il daha sağlam düşüncəli daha anlayışlı və daha dayanıqlı bir cəmiyyətin formalaşmasına töhfə verəcək.

Yeni iliniz mübarək. 🎄

Hörmətlə
Nar Psixologiya Mərkəzi

Today, we honor the memory of Heydar Aliyeva leader whose vision, dedication, and unwavering commitment shaped the found...
12/12/2025

Today, we honor the memory of Heydar Aliyev
a leader whose vision, dedication, and unwavering commitment shaped the foundations of modern Azerbaijan.

We remember Him with deep respect and acknowledge the lasting influence of his work on the nation’s path forward.

10 Dekabr Ümumdünya İnsan Haqları Günü bizə xatırladır ki:heç kəsin ləyaqəti toxunulmaz ola bilməz,heç kim qorxu, zorakı...
10/12/2025

10 Dekabr Ümumdünya İnsan Haqları Günü bizə xatırladır ki:
heç kəsin ləyaqəti toxunulmaz ola bilməz,
heç kim qorxu, zorakılıq, ayrı-seçkilik içində yaşamalı deyil,
hər bir insanın səsi eşidilməyə layiqdir.

Psixoloji baxımdan insan hüquqları yalnız qanun deyil, emosional təhlükəsizlik, hörmət, sərhədlər və insanın özünü dəyərli hiss etməsi deməkdir. Hüququ qorunan insan daha güclü, daha sağlam və daha yaradıcı olur.

Bu günün mesajı sadədir:
Dünya daha ədalətli olur biz bir-birimizin hüququnu qoruduğumuz zaman. Günəşli günlər ✨🫶🏻

Address

Hesen Eliyev Küçesi 103
Baku
NARPSIXOLOGIYAMERKEZI

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when NAR Psixologiya Merkezi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share